Brahiozavr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Brahiozavr
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Brahiozavr
Beynəlxalq elmi adı

Brahiozavr (lat. Brachiosaurus; "çiyin kərtənkələsi") — Ot yeyən dinozavrdır. Sauropoda infradəstəsinə aid növdür. Yura dövrünün sonları 161,2–145,2 milyon il öncə Şimali AmerikaAfrika ərazisində yayılmışdır. Seysmozavr aşkarlanana qədər dünyada yaşamış ən hündür dinozavr olmuşdur.

Brachiosaurus adı Çiyin kərtənkələsi mənasını verir. Bu yunan sözüdür q.yun. βραχίων — "çiyin" və q.yun. σαῦρος — "kərtənkələ".

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

8 metrlik boğazın sonunda kiçik görsənən başa malik imiş. Baş 13 metr yüksəklikdə yerləşirmiş. Burun dəlikləri gözlərin altında yerləşərən nisbətən uzun olmuşdur. Ehtimal ki, kiçik xortuma malik imiş. Onların ön ayaqları arxa ayaqlarına nisbəttə uzun olmuşdur. Bu xüsusiyyət canlını Zürafəyə bənzədirmiş. Onların boynu qabağa istiqamətlənmiş formada olmuşdur. Dişləri güçlü və bıcağa bənzər imiş.

Brahiozavrlar Şimali Amerika və Afrika ərazisində Yura dövrünün sonlarından Təbaşir dövrünün ortalarına qədər ki dövrdə yaşamışdır.

Böyük ehtimal ki, ağac yarpaqlar ilə qidalanırmış. Bəziləri onların 50 t, 11 və ya 22 metr uzunluğa (eninə) malik imiş. Bəziləri isə 60 t, hündürlüyü 15 m və 26–27 m uzunluğa malik imiş. Hətta belə versiya vardır ki, çəkisi 80 ton imiş. 2015 20 iyun tarixli son məlumata əsasən Brahiozavr 25 uzunluğa, 36 ton çəkiyə və 13 metr hündürlüyə malik imiş. Berlinin Humbold adına muzeydə 14 metrlik Brachiosaurus brancai (Almaniyanın Afrikadakı müstəmləkəsində Tendaquru dağında indiki Tanzaniya ərazisində aşkarlanmış tapıntı) hazırda ayrı cins olan Giraffatitana daxil edilir.

Brachiosaurus nougaredi Lapparent 1960-cı ildə təsvir edilmşdir. Bu növ Wargla Əlcəzairdə aşkarlanmışdır. Sonradan bi növün Alb əsrinə aidliyi müəyyənləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, bu növ Brachiosaurus altithoraxGiraffatitan kimi dinozavlardan 40 milyon il cavan olmuşdur. Hazırda bu takson nomen dubium kimi qeyd olunur. Səbəb isə tapıntı azlığıdır.

2003 Gerhar Mayer (Gerhard Maier) Indiana University Press yeni növü Abdallahsaurus aşkarladığını bildirmişdir. Harırda isə bu növ nomen nudum hesab edilir və tapıntılar isə Giraffatitan olduğu deyilir[1].

Belə bir fikir vadır ki, Brahiozavr əsasən çay və göl kənarlarına yaşamışlar. Bitkilərə çatmaq üçün onlar su tutarlarını sərbəst keçə bilirdilər. Bu fikir son zamanlar inkar edilir. Belə ki, güçlü axınlar bu nəhəngi batıra və boğa bilərdi[2].

Stiven Spilberqin "Yura dövrünün parkı" filmində Brahiozavr cəmi bir necə epizodda görünür. "Yura dövrünün parkı 3" filmində (Co Constonun rejissorluğu ilə) cəmi bir epizodda görsənir.

  1. Maier, Gerhard. (2003) "African Dinosaurs Unearthed: The Tendaguru Expeditions". Indiana University Press. 512pp.
  2. "10 Facts About Brachiosaurus". 2014-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-23.