Beyin
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beyin | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Beyin — bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir.
Ümumi
[redaktə | mənbəni redaktə et]Məlumatı yoxla. |
Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır.
Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir.
Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir.
İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır. Ondan sonra isə sabitləşməyə başlayır.
Vəzifələri
[redaktə | mənbəni redaktə et]Beyin qarışıq və mürəkkəb ola bilər. Məsələn, insan beyni 100 milyarddan çox neyrondan ibarətdir və bu neyronların hər biri, özü kimi 10.000 dənə üzvü ilə əlaqə yaradır. Beyinə daxil olan və çıxan sinir impulsların sürəti saatda 270 kilometrə bərabərdir. Beyinin tam fəaliyyət göstərməsi üçün 10 vattlıq lampa gücündə enerji tələb olunur. Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə , bir o qədər çox yuxu görür. Baş beyinin tormozlayıcı və qıcıqlandırıcı xüsusiyyətləri vardır. Qurbağa beyni- Baş beyni çıxarılmış qurbağanı ştativdən asaraq arxa ətrafın barmaqlarını pinsetlə sıxdıqda, yaxud sulfat turşusu məhlulu olan stəkana saldıqda bükmə refleksi müşahidə olunur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Beyin duyğu orqanlarını və hormonların ifrazatını idarə edir. Hərəkətlərin idarə mərkəzidir. Qan təzyiqi, vücudun istiliyi, susamaq və acmağı idarə edir. Zehin, iradə, sinir mərkəzi beyində yerləşir.
Ağıl və beyin
[redaktə | mənbəni redaktə et]Beynin tərifi: Kəllənin içindəki, bütün elektrokimyəvi neyroni hərəkətlərdən məsul fiziki rəhbərlik mərkəzidir. Ağıl isə, inanç və ya istək kimi öz zehni ixtisasları ilə əlaqəlidir.
İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan beyninin qeyri-adi qabiliyyəti sayəsində eyni anda bir çox işi görə bilirik. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birlərilə əlaqəsidir.
Xarici aləmdəki cisimlərdən beyinə gələn və milyonlar, hətta milyardlarla ifadə edilən siqnallar böyük uyğunluq içində beyində analiz edilir, daha sonra dəyərləndirilir və hər birinə lazımi qiymətlər verilir. Bu qarışıq sistemin işləməsi heç dayanmadan, həyatımız boyu davam edir. Biz də bu sayədə görür, eşidir, hiss edir, qısası, yaşayırıq. Beyindəki bu qüsursuz sistemi əmələ gətirən ən mühüm ünsürlərdən biri sayı 10 milyarda çatan sinir hüceyrələridir. Beyindəki sinir hüceyrələri digər bütün hüceyrələrdən fərqli olaraq elektrik axınları ilə işləyir və bu elektrik axınları sayəsində məlumat mübadiləsi edir, məlumat saxlayırlar.
Sinir hüceyrələrinin bir-birlərilə əlaqəsini, dolayısı ilə beyindəki ahəngi təmin edən sinir hüceyrələrindəki xüsusi quruluşdur. Beyindəki 10 milyard hüceyrənin 120 trilyona yaxın əlaqəsi var və bu 120 trilyon əlaqənin hamısı doğru yerdədir. Əgər bu əlaqələrdən hər hansı biri səhv yerdə olsaydı, nəticəsi çox ağır olardı. Hətta insanların həyati funksiyalarını yerinə yetirməsi mümkün olmazdı. Ancaq belə bir şey baş vermir və bəzi xəstəliklər istisna olmaqla bütün insanlar onlar üçün təbii olan, amma əslində ardında trilyonlarla möcüzəvi prosesin baş verdiyi həyat yaşayırlar.
Beyindəki bir-birilə əlaqədar işləyən bu quruluş da insan bədənindəki digər bütün sistemlər kimi hər mərhələsində mükəmməl xüsusiyyətlərə malikdir. Beyinin milyonlarla funksiyasını tam səhvsiz, qarışıqlıq salmadan yerinə yetirməsinin səbəbi isə onun bu xüsusiyyətlərlə birlikdə yaradılmasıdır
İnsan beyni
[redaktə | mənbəni redaktə et]ABŞ-nin Virciniya ştatındaki eyni adlı universitetdə aparılan tədqiqatlar göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
Vircinya Universitetinin əməkdaşlarının 18–60 yaş arası 2000 nəfər üzərində apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur. İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur. Araşdırmanın rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxarı insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin hüceyrələrinin ölümünə səbəb olan Azheimer xəstəliyinin olmasıdır.[1]
Mərkəzi sinir sistemi
[redaktə | mənbəni redaktə et]Baş beyin (Encephalon) kəllə boşluğunda yerləşərək, çəkisi orta hesabla 1360 qram olur. Qeyd etmək lazımdır ki, zehni inkişaf dərəcəsi ilə beynin çəkisi arasında bilavasitə əlaqə yoxdur. Baş beyni xaricdən üç qişa-sərt, hörümçək torunabənzər və yumşaq qişa ilə örtülmüşdür. Sərt qişa ikitəbəqəli olub, bir kəllə boşluğunu daxildən örtür, digəri baş beyninin xarici qişasını təşkil edir. Hörümçək torunabənzər qişa nisbətən nazik, şəfaf, qan damarları və sinirlərlə zəif təchiz olunmuşdur. Yumşaq qişa damar və sinir lifləri ilə zəngin olub, baş beyninin qidalanmasında bilavasitə iştirak edir. Baş beyin ağ və boz maddədən təşkil olunmuşdur. Ağ maddə aparıcı yolar əmələ gətirərək, baş beynini onurğa beyni və onun hissələrini bir-biri ilə birləşdirir. Boz maddə onurğa beyninin, uzunsov beyinin və Varolio körpüsünün dərinliyində ayrı-ayrı yığınlar-nüvələr şəklində ağ maddənin içərisində yerləşir, beyincik və böyük beyin yarımkürələrində isə ağ maddənin üzərini örtür. İnsanın baş beyni üç əsas hissədən- beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varolio körpüsü, rombabənzər boğaz, beyin ayaqcıqları, orta və ara beyin daxildir. Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, göz hərəki, üçlü, eşitmə-müvazinət, üz, azan, dilaltı, dil-udlaq sinirlərin mərkəzləri yerləşir.
Onurğa beyni (medulla spinalis) 41–45 sm uzunluğunda olub, öndan arxaya doğru yastılaşmış silindr şəklindədir. O, onurğa kanalında yerləşmişdir. Yuxarı ucu birinci boyun fəqərəsinin yuxarı kənarı bərabərində uzunsov beyinə keçir. Aşağı ucu isə ikinci büzdüm fəqərəsinə qədər enir. Onurğa beyni quruluşca ağ və boz maddədən ibarətdir. Ağ maddə xaricdə, boz maddə isə daxildə yerləşir. En kəsiyində boz maddə qanadları açılmış kəpənək formasında görünür. Onun ön hissəsi ön buynuzları, arxa hissəsi isə arxa buynuzları əmələ gətirir. Döş və bel hissəsində yan buynuzlar da vardır. Ön buynuzlarda hərəki neyronların cismi, arxa buynuzlarda ara neyronlar və yan buynuzlarda simpatik mərkəzlər yerləşir. Onurğa beynindən çıxan və ona daxil olan sinir lifləri ön və arxa kökləri təşkil edir. Fəqərəarası dəlikəd ön və arxa köklər bir-biri ilə birləşrək, 31 cüt qarışıq onurğa beyni sinirlərini əmələ gətirir. Bunlardan 8 cütü boyun, 12 cütü döş, 5 cütü bel, 5 cütü omba və bir cütü büzdüm sinirləridir. Onurğa beynindən ətraflara gedən sinirlər çıxdıqları yerlərdə iki qalınlaşma: boyun qalınlaşması və bel qalınlaşması yaradır. Boyun qalınlaşması nahiyəsində yuxarı ətraflara, bel qalınlaşması nahiyəsində isə aşağı ətraflara gedən sinirlər çıxır. Onurğa beyninin hər bir cüt sinirə müvafiq hissəsi onurğa beyni siqmenti adlanır. Deməli, onurğa beyni 31 seqmentdən ibarətdir.
Onurğa beyni üç qişa ilə örtülmüşdür: sərt, hörümçək torunabənzər və yumşaq qişa. Sərt qişa onu xaricdən örtərək lifli birləşdirici toxumadan əmələ gəlmişdir. Hörümçək torunabənzər qişa damarsız olub, sərt qişanın altında yerləşir. Yumşaq qişa daxildə olub, onurğa beynini xaricdən əhatə edir. Bu qişa qan damarları ilə zəngin olub, onurğa beyninə bitişmişdir. Onurğa beynindən çıxan 31 cüt sinirin arxa kökləri hissi neyronların aksonlarıdır. Bu neyronların cisimlərinin yığını onurğa beyni düyünlərini əmələ gətirir. Ön köklər hərəki neyronların aksonlarıdır. Onurğa beyninin iki əsas funksiyası vardır: reflektor və nəqledici funksiya. Reflektor funksiyası hərəkəti təmin edir. Onurğa beyni baş beyni ilə birlikdə daxili orqanların: ürəyin, mədənin, sidik kisəsinin, cinsiyyət orqanlarının işini tənzim edir. Onurğa beyninin ağ maddəsi nəqledici funksiyanı yerinə yetirməklə mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və bunların bir-biri ilə əlaqəli şəkildə işləməsini təmin edir.
Beyin kötüyü (truncus encephali) Uzunsov beyin (Medulla oblongata). Onurğa beyni birinci boyun fəqərəsi sərhəddində uzunsov beyinə və Varolio körpüsünə keçir. Ağ maddənin müxtəlif sahələrində boz maddə topluları körpüdə V–VIII, uzunsov beyində IX –XII cüt kəllə sinirlərinin nüvələrini əmələ gətirir. Ağ maddə isə uzunsov beyinin aparıcı yollarını təşgil edir. Uzunsov beynin əsas fizioloji əhəmiyyəti reflektor funksiyaların icrasından, onurğa beynindən gələn impulsların baş beynin digər şöbələrinə və əksinə nəql edilməsindən ibarətdir. Onun reflektor fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Belə ki, onun normal fəaliyyəti hesabına orqanizmdə mühüm funksiyaların, o cümlədən, ürək-damar, tənəffüs və həzm orqanlarının işinin nizamlanması, skelet əzələləri tonusunun saxlanması təmin olunur. Uzunsov beyində və Varolio körpüsündə bir sıra mühüm mərkəzlər yerləşmişdir. Burada tənəffüs mərkəzi yerləşir ki, karbon qazının qanda artması onun oyanmasına səbəb olur. Burada yerləşən azan sinirin nüvəsi-parasimpatik sinirin mərkəzi daim oyanmış halda olur və ürək fəaliyyətinə ləngidici təsir göstərir. Əmmə, çeynəmə, udma, çeynəmə, udma, qusma mərkəzləri də burada yerləşir. Qusma mərkəzi reflektor və neyro-humoral yolla oyanır. Qusma aktı nəfəs verdikdə baş verir, bir neçə dəfə dərindən nəfəs aldıqda tormozlanır. Tər, gözyaşı ifrazı, asqırma, öskürmə mərkəzləri də buradadır.
Orta beyin (mezensefalon) Orta beyinə böyük beyin ayaqcıqları və orta beyin qapağı aiddir. Boşluğuna isə beynin su kəməri təşkil edir. Orta beyində skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir, sinir impulsları həmin əzələlərin tonusunu (gərginliyini) təmin edir. Görmə və eşitmə, səs qıcıqlarına qarşı əmələ gələn oriyentasiya (səmtləşmə) reflekslərinin qövsləri də orta beyindən keçir. Bu reflekslər sayəsində biz başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır.
Beyincik (Cerebellum) Uzunsov beyinin (Medulla oblongata'nın) və Varolio körpüsünün (Pons'un) üzərində yerləşir. Beyincik xaricdən boz maddədən əmələ gəlmiş qabıqla örtülmüşdür. Ağ maddə beyincik kütləsinin çox hissəsini təşkil edib, burada yerləşən afferent və efferent yolların hesabına baş beyninin digər şöbələri, dəri və əzələlərlə anatomik rabitə yaradır. Beyinciklə yarımkürələr arasında möhkəm ikitərəfli rabitə vardır. Bu rabitə hesabına beyincik iradi və qeyri-iradi hərəkət aktlarının koordinasiyasını (dəqiqliyini) tənzim edir. Bununla da skelet əzələlərinin tonusu, insanın bədən kütləsinin fəzada normal müvazinəti nizamlanır. Beyincik eyni zamanda orqanizmdə vegetativ funksiyaların nizamlanmasında bilavasitə iştirak edir.
Ara beyin (diensefalon) Görmə qabarlarından, qabarüstü, qabararxası və qabaraltı nahiyələrdən ibarətdir. Görmə qabarının alt hissəsində beyin ayaqcıqları arasında qabaraltı sahə hipotalamus yerləşmişdir. Hipotalamusun aşağı sahəsinə xüsusi borucuq vasitəsilə daxilisekresiya vəzisi olan hipofiz birləşmişdir. Nüvələrdə əmələ gələn neyosekretlər (vazopressin və oksitosin hormonları, mediatorlar) borucuq vasitəsilə hipofizə çatdırılır və onun fəaliyyətinə tənzimedici təsir göstərir. Bundan başqa, həmin yolla hipofizə baş beynində sinir impulsları keçir. Beləliklə, baş beyni ilə daxili sekresiya vəziləri arasında qarşılıqlı anatomik və funksional əlaqələr yaradılır. Bütün duyğu orqanlarının reseptorlarından çıxan impulslar ara beyindən keçib yarımkürələr qabığına gəlir. Mürakkəb hərəkət reflekslərinin çox hissəsi ara beyinlə əlaqədardır. Ara beyin maddələr mübadiləsinin, insanın qida və su qəbulunun, bədən temperaturunun daim bir qaydada olmasını tənzim edir.
Ön beyin (Prosensefalon) Sağ və sol yarımkürələrdə təşkil olunmuşdur. Insanda beyin yarımkürələri daha çox inkişaf etmişdir. O, orta və ara beyinin üzərinə örtür. Yarımkürələrin hər biri ağ və boz maddəyə ayrılır. Ağ maddə yarımkürələrin daxili hissəsini təşkil edir. Buradakı sinir lifləri qrupları yarımkürələri qabığı ilə qabıqaltı şöbələr, görməqabarı arasında və yarımkürələrin müxtəlif sahələri və ya iki yarımkürənin eyni sahələri arasında rabitə yaradır.
Böyük yarımkürələrin xarici təbəqəsini-beyin qabığını boz maddə təşkil edir. Burada baş beyninin ali mərkəzləri yerləşir. Bunlar qabığın hərəki, görmə, eşitmə, qoxu, dad və s. nahiyələrini əmələ gətirir.
Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0,14–0,22kv. Metrə bərabərdir. Burada cəmi 14–18 milyard neyron vardır. Yarımkürələrin üzəri qırışıqdır. Hər yarımkürə şırımlarla alın, təpə, gicgah, ənsə paylarına bplünür. Burada hissi və hərəki nahiyələr vardır. Duyğu orqanlarından, dəri, daxili orqanlar, əzələ və vətərlərdən gələn impulslar hissi nahiyəyə daxil olur. Bu nahiyələrin heyronları oyandıqda, müvafiq hissiyat əmələ gəlir. Görmə nahiyəsi ənsə payında, arxada dəri-əzələ hissiyatı nahiyəsi, təpə payında dad və qoxu nahiyəsi, mərkəzi şırımdan arxada hissi, öndə hərəki nahiyə yerləşmişdir
Maraqlı Məlumatlar
[redaktə | mənbəni redaktə et]Alimlər Çin, Cənubi Afrika və Avstraliyada tapılan sümüklər üzərində araşdırma aparıblar. Nəticələrə görə, insan beyni 5 min il əvvəllə müqayisədə 10 faiz kiçilib. Mütəxəssislər beynin sürətli dəyişilməsinin davam etdiyini bildiriblər. Genlər üzərində aparılan araşdırmalar da eyni nəticəni verib.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-10.
- ↑ Beynimiz kiçilir [ölü keçid] Anspress. tarixi:2009.11.17
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- Beyin
- Beyin Xəstəlikləri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine