Apex Legends

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Apex Legends
Loqonun şəkli
"Apex Legends" videooyununun rəsmi loqosu
"Apex Legends" videooyununun rəsmi loqosu
Hazırlayan Respawn Entertainment
Yayımlayan Electronic Arts
Seriya "Titanfall"
Anons tarixi 4 fevral 2019 (2019-02-04)
Buraxılış tarixi Ümumdünya 4 fevral 2019
Janrlar Kral döyüşü
Birinci şəxs atıcı
Yaş reytinqləri ESRB: TTeen
Prodüserlər Drü Makkoy
Tina Sançez
Dizaynerlər Feyrfaks MakKendliş
Aaron Rutlec
Karlos Pineda
Ceyk Kitinq
Preston Qlenn
Rodni Ris
Rocer Abrahamsson
Şon Sleybek
Stiven De Roz
Ssenarist Məhəmməd Ələvi
Menni Aqopyan
Tomas Kasiyello
Proqramçı Pol Messerli
Coel Qompert
Maykl Kalas
Mayk Dürnhofer
Reym Vinson
Rocer Hyuston
Sonmin Honq
Stiven Vonq
Sin Lyu
Rəssamlar Todd Syu
Robert Taube
Ostin Arnett
Bred Ellen
Brayn Barrell
Kliff Çaylz
Denni Qardner
Bəstəkar Stefen Barton
Texniki məlumat
Platformalar Microsoft Windows
PlayStation 4
Xbox One
Mühərriklər Source
Oyun rejimləri Çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili, rus dili
Daşıyıcılar rəqəmsal dağılım (Origin, PSN, Xbox Live)
Sistem tələbləri
İdarəetmə Klaviaturasiçan
qeympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apex Legends (azərb. Zirvə əfsanələri‎; qısaca Legends, azərb. Əfsanələr‎) — "Respawn Entertainment" tərəfindən hazırlanan və "Electronic Arts" tərəfindən nəşr olunan free-to-play kral döyüşü videooyunu. "Titanfall" oyun seriyasındakı 1-ci spin-off epizoddur (bütövlükdə 4). Oyun 4 fevral 2019-cu ildə Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün buraxılmışdır. Oyun buraxılmazdan əvvəl haqqında heç bir açıqlama verilməmişdi və marketinq kampaniyası aparılmamışdı.

"Apex Legends" videooyununun geympleyi "Respawn Entertainment" studiyasının əvvəlki oyunları, digər kral döyüşü oyunları, sinif-əsaslı atıcılar və inkişaf edən süjetlərə malik videooyunlar kimi müxtəlif videooyunların geympley elementlərini bir araya gətirir. Oyunda təqribən 60 oyunçu 3 nəfərlik dəstələrə bölünərək böyük bir adaya düşürlər və bir-birlərinə qarşı vuruşurlar. Hər raundda maksimum 20 dəstə olur ki, bu dəstələrin bir üzvü onların haraya düşəcəklərini müəyyənləşdirir. Daha sonra bu dəstələr digər dəstələrlə vuruşmaq üçün adada silahlar və ehtiyatlar axtarırlar. Hər raundda oyun ərazisi olur ki, bu ərazi müəyyən vaxt daxilində kiçilir. Axırda qalan son dəstə "Zirvə çempionu" (ing. Apex Champion), yəni raundun qalibi olur. Oyunda ehtiyat boğçaları və müəyyən bir vaxt çərçivəsində dəstə yoldaşlarını sağaltma kimi funksiyalar da mövcuddur. Dəstə yoldaşları arasında kommunikasiya səsli söhbətlə (İP telefoniya vasitəsilə) və ya pinq sistemi ilə saxlanılır. Pint sistemi ilə dəstə yoldaşları ehtiyatları, mövqeləri və düşmənləri asanlıqla işarələyə bilirlər. Oyunda səkkiz "Əfsanə" (Legends) var, ancaq onların ikisi normalda bağlı olurlar. Oyunda kozmetik əşyalar üçün nəzərdə tutulmuş bir mikroödəniş sistemi var.

Oyunun konsepsiyası "Electronic Arts" şirkəti 2017-ci ildə "Respawn Entertainment" studiyasını satın aldıqdan sonra yeni bir "Titanfall" videooyununun istehsalı zamanı əmələ gəlmişdir. Kral döyüşü janrının gözlənilməz uğuru müəllifləri eyni janrda bir videooyun istehsal etməyə vadar etmişdir. Oyunun istehsalçıları videooyunu gələcəkdə iOS, AndroidNintendo Switch platformaları üçün portlaşdırmağı planlaşdırırlar.

"Apex Legends" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Oyun geympleyi, irəliləmə sistemi və müxtəlif janrların elementlərini birləşdirilməsinə görə təriflənmişdir. Bəzi tənqidçilər oyunun 2018-ci ildə qlobal populyarlıq əldə etmiş "Fortnite Battle Royale" üçün əhəmiyyətli bir rəqib olduğunu düşünmüşdülər. Oyunun buraxıldığı gün 2.000.000, birinci həftəsində 25.000.000, birinci ayında isə 50.000.000-dan çox oyunçusu var idi.

"Apex Legends" videooyununun əsas süjeti "Titanfall" kainatında və "Titanfall 2" videooyununun əsas süjetindən 30 il gələcəkdə cərəyan edir. "Zirvə oyunları" (ing. Apex Games) Autlendsdə yayımlanan bir qanlı idman növüdür. Kuben Blisk tərəfindən yaradılan bu televiziya verilişinə Hüduddakı (ing. Frontier) hər bir fərd qoşula bilir. Bu müsabiqənin iştirakçıları "Zirvə əfsanələri" (ing. Apex Legends), qalibləri isə "Zirvə çempionları" (ing. Apex Champions) adlanırlar. Müsabiqə iştirakçıların üç nəfərlik dəstələrdə olmaqla "Kral kanyonu" (ing. King's Canyon) adasına daxil olub bir-birləri ilə vuruşmasından ibarətdir. "Zirvə oyunları" Hüdudun ən məşhur müsabiqələrindən biridir və iştirakçılar burada pul və şöhrət üçün vuruşurlar.[1][2]

"Apex Legends" qəhrəman atıcılardan bəzi elementləri götürən bir kral döyüşü videooyunudur. Oyunun əksər hissəsi birinci-şəxs perspektivindən oynanılır, ancaq üçüncü-şəxsdə olan epizodlar da mövcuddur. Oyun tamamilə çoxnəfərli rejimdədir. "Apex Legends" digər kral döyüşü oyunlarından "Əfsanələr" (ing. Legends) ilə fərqlənir. Əfsanələr hücum, müdafiə, dəstək və kəşfiyyat kateqoriyalarına uyğun olan bacarıqlara malik əvvəlcədən hazırlanmış personajlardır. Oyunçular üç oyunçulu dəstələrə bölünürlər. Bu oyunçuların hər biri sırasıyla öz əfsanələrini seçirlər. Hər raundda cəmi 60 oyunçu, yəni 20 dəstə olur.

Bütün dəstələr raunda avadanlıq və ehtiyatlar olmadan başlayırlar. Onlar oyunun xəritəsində eniş gəmiləri (ing. Dropships) vasitəsilə enirlər.[3] Bu eniş gəmiləri ixtiyari bir istiqamətdən xəritənin bir hissəsindən digər hissəsinə doğru irəliləyir. Eniş gəmilərindəki oyunçular eniş gəmiləri xəritənin son hissəsinə çatana qədər istədikləri zaman xəritəyə enə bilərlər. Dəstələr oyun xəritəsini silahlar, mərmilər, zirehli geyimlər[a] və başqa ehtiyatlar üçün gəzirlər. Əlavə olaraq, dəstələr xəritəyə enən zaman real vaxtda irəliləyən bir "Ehtiyat gəmisi"nə (ing. Supply Ship) də daxil ola bilərlər. Gəminin irəliləyiş istiqaməti mini-xəritədə gəminin göy rənglə verilmiş bir şəkli ilə işarələnir. Bu ehtiyat gəmilərində yüksəksəviyyəli avadanlıqlar və zirehlər, eləcə də çoxlu ehtiyatlar olur. Buna baxmayaraq, oyunçular yerə enən bir ehtiyat gəmisinə də daxil ola bilərlər ki, bu da raundun bir qədər sonrakı mərhələlərində gerçəkləşir.[4]

Yerə enmiş oyunçular digər dəstələrlə də vuruşurlar ki, axırda qalan dəstə olsunlar. Onlar bunların hamısı müəyyən bir vaxt çərçivəsində kiçilən bir oyun ərazisində edirlər. Oyunçular nokaut ediləndə onlar qanamaq vəziyyətinə düşürlər. Bu vəziyyətdə onlar gələn zərbələrə çox həssas olurlar. Onlar dəstə yoldaşları tərəfindən sağaldıla bilərlər, ancaq bunu verilən vaxta qədər[b] etməlidirlər. Əgər bu yerinə yetirilməsə, qanayan oyunçu öldürülsə və ya rəqib oyunçu onlara sarsıdıcı zərbə endirsə o, oyundan uzaqlaşdırılır. Oyundan uzaqlaşdırıldıqdan dərhal sonra oyundan uzaqlaşdırılan oyunçu öz avadanlıqlarını və ehtiyatlarını buraxır ki, digər oyunçular onları götürə bilsinlər. Əlavə olaraq, onlar öz bannerlərini də buraxırlar. Bu bannerləri götürən dəstə yoldaşları oyundan uzaqlaşdırılan oyunçunu xəritədə səpələnmiş və yaşıl rənglə verilmiş "Spaun Radiomayakı" (ing. Spawn Beacon) vasitəsilə oyuna geri gətirə bilərlər. Geri gətirilən oyunçuların heç bir avadanlığı, zirehi və ya ehtiyatı olmur.[5] "Apex Legends" videooyununda İP telefoniya vasitəsilə kommunikasiya saxlamaq funksiyası və təkdüyməli pinq sistemi də var. Pinq sistemi vasitəsilə oyunçular silahları, ehtiyatları, rəqibləri və başqa şeyləri asanlıqla işarələyə bilərlər.[6]

"Apex Legends" free-to-play bir oyundur və gəlir mənbəyi kozmetik əşyalar və əfsanələr üçün nəzərdə tutulmuş mikroödənişlərdir. Yeni kozmetik əşyaları oyunun içərisində ixtiyari şəkildə verilən mükafatlar olan lutboksu – "Zirvə boğçaları"dan (ing. Apex Packs), eləcə də oyunun oyun-içi valyutası olan "Kraftinq materialları"nı (ing. Crafting Materials) xərcləməklə əldə etmək olar ki, "Kraftinq materialları" da "Zirvə boğçaları"dan çıxır. "Zirvə boğçaları" oyunçulara yeni səviyyəyə çatan zaman verilir, ancaq onlar "Zirvə boğçaları"nı mikroödənişlə də satın ala bilərlər. Yeni səviyyəyə çatan oyunçulara "Əfsanə jetonları" (ing. Legend Tokens) da verilir. Bu oyun-içi valyuta ilə yeni "Əfsanələr" və eksklüziv kozmetik əşyaları satın almaq olar. "Zirvə sikkələri" (ing. Apex Coins) real valyuta ilə satış alınır. Onlardan "Zirvə boğçaları"nı satın ala, "Əfsanələr"in kilidini aça və ya müəyyən kozmetik əşyalar satın ala bilərlər.[7]

"Respawn Entertainment" gələcəkdə oyuna "Döyüş biletləri"ni (ing. Battle passes) də əlavə etmək istədiyini bəyan edib. Bu biletləri oyun-içi tapşırıqlarla əldə etmək olar və onlardan istifadə edərək mövsümi kozmetik əşyalar satın almaq olar.[8] Oyunun ilk döyüş bileti və ilk yeni oynanıla bilən personajı 19 mart 2019-cu ildə buraxılmışdır.[9]

Oyunda hal-hazırda səkkiz oynanıla bilən personaj mövcuddur ki,[10] onların hər birinin 3 xüsusi bacarığı olur – passiv, taktiki və qəti. Onlar:

  • Banqalor (ing. Bangalore; gerçək adı: Anita Vilyams, ing. Anita Williams)
  • Bladhaund (ing. Bloodhound)
  • Kostik (ing. Caustic, azərb. Zəhərli‎; gerçək adı: Aleksandr Noks, ing. Alexander Nox)
  • Gibraltar (gerçək adı: Makoa Gibraltar)
  • Layflayn (ing. Lifeline, azərb. Həyat xətti‎; gerçək adı: Acay Çe, ing. Ajay Che)
  • Miraj (ing. Mirage; gerçək adı: Elliot Vitt, ing. Elliott Witt)
  • Okteyn (ing. Octane, azərb. Oktan‎; gerçək adı: Oktavio Silva, ing. Octavio Silva)
  • Petfaynder (ing. Pathfinder, azərb. Cığır tapan‎; gerçək adı: MRVN)
  • Ureyt (ing. Wraith, azərb. Kabus‎)

Miraj və Kostik oyunçular üçün birbaşa mövcud olmur. Bu personajların kilidini ya mikroödənişlərlə, ya da ki, oyun-içi valyuta ilə satın almaq olar.[11] Okteyn oyunun ilk döyüş bileti ilə birlikdə 19 mart 2019-cu ildə buraxılmışdır.[9]

"Respawn Entertainment" əvvəllər "Titanfall" (2014) və davamı olan "Titanfall 2" (2016) videooyunlarını müstəqil bir studiya olarkən istehsal etmişdir, "Electronic Arts" şirkəti isə bu epizodları nəşr etmişdir. 2017-ci ildə "Electronic Arts" şirkəti "Respawn Entertainment" studiyasını satın almışdır.[12]

"Respawn Entertainment" studiyası üçüncü bir "Titanfall" videooyunu üzrə işləyərkən studiyanın mütəxəssisləri 2017-ci ildə, "PlayerUnknown's Battlegrounds" videooyunu məşhurlaşdığı və kral döyüşü janrını populyar etdiyi bir vaxtda videooyun cəmiyyəti üzrə tədqiqatlar aparırdılar. "Respawn Entertainment" bundan əvvəl sağ qalma simulyatoru formatındakı "Titanfall" konsepsiyalarını sınaqdan keçirmişdi. Onların fikrinə görə, belə bir konsepsiya yaxşı alınmışdı. Buna görə də onlar bu konsepsiyalarla kral döyüşü janrı təməlində təcrübələr aparmağa başladılar. İstehsalçılar çox keçmədən idarə edilə bilən titanların[c] digər oyunçular üçün əlverişsiz olacağı qənaətinə gəldilər və diqqətlərini "Titanfall" kainatına uyğun gələn güclü personaj sinifləri yaratmağa cəmləşdirməyə başladılar.[13] Əlavə olaraq, "Respawn Entertainment" free-to-play videooyunlarında əldə edilən potensial gəlirlərdən faydalanmaq istəyirdi. Buna görə də studiyanın işçiləri "Zirvə" (Apex) ideyasını fikirləşdilər. Bu ideyaya əsasən, studiya səylərinin əksər hissəsini güclü bir ilkin buraxılış üçün sərf edəcək və buraxılışdan sonra yavaş-yavaş oyuna yeniliklər əlavə edəcəkdi. "Electronic Arts" şirkətinin vəzifəliləri bu yanaşma yoluna şübhəli baxırdılar və çox xətərli olduğunu hesab edirdilər. "Respawn Entertainment" studiyasının baş prodüseri Drü Makkoy "Fortnite Battle Royale" videooyununun cahanşümul müvəffəqiyyəti bu cür yanaşma yollarının əlverişli olduğunu sübut etmişdi.[12]

"Respawn Entertainment" rəhbərliyinin israrı ilə "Electronic Arts" oyunun istehsalı barədə KİV-lərə heç bir məlumat vermədi. Beləliklə, oyunun marketinq kampaniyası olmadı. Drü MakKoyun dediyinə görə, onlar oyunçuların oyun barədə öz fikirlərini onlayn forumlar yerinə, fərdi təcrübə iə formalaşdırmasını istəyirdilər.[12]

"Apex Legends" 2000-ci və 2010-cu illərin məşhur atıcılarından ilham almışdır. Bunlara "Bungie" studiyasının inkişaf edən süjetə malik "Halo" franşizası və "Destiny" videooyunu, " "Ubisoft" şirkətinin sadə bir formulu dinamik bir şəkildə dəyişdirmək üçün nəzərdə tutulmuş xüsusi siniflərə malik "Tom Clancy's Rainbow Six Siege" videooyunu və "Blizzard Entertainment" şirkətinin qəhrəman atıcı konsepsiyasını yenidən işləyən "Overwatch" videooyunu daxildir.[12] Oyun "Source" mühərriki ilə hazırlanmışdır ki, bu mühərrikdən əvvəlki "Titanfall" epizodlarında da istifadə edilmişdir.[14] Ağıllı kommunikasiya sistemi oyunun səsli danışıq sistemi olmadan bir ay sınaqdan keçirilməsindən sonra tamamlanmışdır.[15] "Respawn Entertainment" studiyasının icraçı direktoru Vins Zampellanın dediyinə görə, istehsal komandası oyunun xəritə həcmi, hər raundda oynayan oyunçuların sayı və dəstə sayı kimi amilləri dəyişdirirərək sınaqdan keçiriblər və ən yaxşı variantın bir raundda hər dəstədə 3 oyunçu olmaqla ümumi olaraq, 60 oyunçunun oynaması olduğu qərarını alıblar.[16]

Oyunun bazara buraxılmasından əvvəl MakKoy gələcəkdə "Apex Legends" üçün bir platformalararası oyun funksiyasını əlavə edəcəyini demişdir. Əlavə olaraq, MakKoy oyunu iOS, AndroidNintendo Switch platformaları üçün də buraxmaq istədiyini, ancaq bunu planlaşdırmadıqlarını bildirmişdir.[17]

"Tencent" şirkətinin nümayəndələri "Apex Legends" videooyununu Çinə gətirmək barədə "Electronic Arts" şirkəti ilə danışıqlar apardığını açıqlamışdır. "Tencent" şirkəti oyunun ÇXR hökumətinin sərt təsdiq qanunlarından keçməsinə kömək edəcəyini vəd etmişdir.[18]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rəy toplayıcısı "Metacritic"ə əsasən "Apex Legends" bütün platformalarda "ümumiyyətlə yaxşı" rəylər almışdır. Oyun ilk həftəsində PlayStation 4Xbox One platformaları üzrə 2019-cu ilin ən yaxşı rəylər almış videooyununa çevrilmişdir.[19][20][21] "Destructoid",[22] "Game Informer",[23] "GamesRadar+"[24] və "PC Gamer"[25] kimi publikasiyalar bu günə hazıranmış ən yaxşı kral döyüşü oyunlardan biri və "Fortnite Battle Royale" videooyununun janrda əldə etdiyi dominantlığın əhəmiyyətli bir rəqibi adlandırmışdır.

Tənqidçilər "Apex Legends" videooyunundakı döyüş sistemini tərifləmişdilər. "Destructoid" saytının işçisi Dan Römer oyunun silahdan istifadə sistemini kral döyüşüçü oyunlarındakı ən yaxşı silahdan istifadə sistemlərindən biri adlandırmışdır. O həmçinin, oyundakı silahdan istifadə sisteminin əvvəlki "Titanfall" epizodlarındakı silahdan istifadə sistemlərindən daha pis olduğunu vurğulamışdır.[22] "Game Informer" publikasının jurnalisti Cevi Qualtni əksinə, əvvəlki "Titanfall" epizodlarındakı titanların və başqa elementlərin ləğvini dəstəklədiyini, oyunun silahdan istifadə sisteminin qane edici olduğunu demişdir. Əlavə olaraq, o, oyuna qəhrəmanların əlavə olması digər kral döyüşü oyunlarına nisbətən daha dəyərli döyüşlərin gerçəkləşməsinə imkan yaratdığını demişdir.[23]

Tənqidçilər oyunun kommunikasiya sistemini də tərifləmişdilər. "Polygon" saytının mütəxəssisi Xi Hun Çan sistemin "naməhrəm şəxslərlə səsli danışıq aparmağı lüzumsuz etdiyi"ni hesab etmişdir.[26] "Destructoid" saytının jurnalisti Dan Römer də oyunun bu funksiyasını tərifləmiş, eləcə də gələcəkdə kral döyüşü janrındakı oyunlarında bir standarta çevriləcəyini iddia etmişdir.[22]

Oyunçu sayı və gəlir

[redaktə | mənbəni redaktə et]

Oyun buraxıldıqdan səkkiz saat sonra 1.000.000-dan çox oyunçunu cəlb etmişdir.[27] Bu ədəd oyunun buraxılmasından 24 saat sonra 2.500.000-ə qalxmışdır.[28] Oyun buraxılmasından bir həftə sonra 25.000.000,[29] bir ay sonra isə 50.000.000 oyunçu cəlb etmişdir.[30]

"Apex Legends" videooyunu 4 fevral 2019-cu ildə elan edilmişdir. Bu, "Electronic Arts" şirkətinin illik rüblük maliyyə nəticələri bəyan edilməzdən bir həftə əvvəl gerçəkləşmişdi. Bu nəticələr şirkətin sərmayədarlarını qane etməmişdi, buna görə də növbəti gün "Electronic Arts" dəyərini 13% itirmişdir.[31] Buna baxmayaraq, "Apex Legends" videooyunu məşhurlaşdıqdan sonra analitiklər oyunun "Fortnite Battle Royale" videooyununun dominantlığına qarşı böyük bir təhlükə ola biləcəyini proqnozlaşdırmışdılar. 8 fevral 2019-cu ildə "Electronic Arts" 2014-cü ildən bəri əldə etdiyi ən böyük inkişafı qazanmışdır. Bunun təməlində "Apex Legends" videooyununun qəfil müvəffəqiyyəti dayanırdı.[32][33]

  1. Bədən və baş üçün.
  2. Oyunçulara bunu yerinə yetirməkləri üçün 90 saniyə və ya 1 dəqiqə 30 saniyə verilir.
  3. Nəhəng mexaniki robotlar.
  1. "Apex Games". titanfall.fandom.com. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
  2. "King's Canyon". titanfall.fandom.com. İstifadə tarixi: 4 mart 2019.
  3. Herbiq, Danyel. "Apex Legends: EA veröffentlicht kostenloses Battle-Royale-Spiel". www.heise.de (alman). heise online. 5 fevral 2019. 9 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  4. Harris, Layn. "Apex Legends map: loot spots, Hot Zones and Respawn Beacons across Kings Canyon". www.pcgamesn.com. PCGamesN. 15 fevral 2019. 15 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
  5. Gilyam, Rayan. "Apex Legends: How to respawn teammates". www.polygon.com. Polygon. 5 fevral 2019. 6 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
  6. Toms, Olli. "Apex Legends Ping guide - how to use Ping system, Ping Menu explained, Heal Requests". www.polygon.com. Rock, Paper, Shotgun. 1 mart 2019. 2 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
  7. Qozlin, Osten. "Apex Legends microtransactions guide: explaining Crafting Metals, Legend Tokens, and Apex Coins". www.polygon.com (ingilis). Polygon. 8 fevral 2019. 9 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  8. Rami, Cordan. "Apex Legends Has A Battle Pass That's Just Like Fortnite's". www.gamespot.com (ingilis). GameSpot. 4 fevral 2019. 15 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  9. 1 2 Qoslin, Osten. "Apex Legends battle pass comes out tomorrow alongside new character Octane". www.polygon.com (ingilis). Polygon. 18 mart 2019. 19 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2019.
  10. "EA Apex Legends Characters". www.ea.com (ingilis). Electronic Arts. 4 fevral 2019. 22 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  11. Gilyam, Rayan. "Which Apex Legends character should you buy first?". www.polygon.com (ingilis). Polygon. 12 fevral 2019. 13 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.
  12. 1 2 3 4 Statt, Nik. "Respawn says it's 'putting a lot on the line' with Apex Legends' surprise launch". www.theverge.com (ingilis). The Verge. 4 fevral 2019. 7 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  13. Kampbell, Kolin. "Why Respawn made a Titanfall game without Titans — and not Titanfall 3". www.polygon.com (ingilis). Polygon. 4 fevra 2019. 5 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  14. Ualton, Cerrod. "Apex Legends performance analysis: which settings to disable for the best FPS". www.pcgamer.com (ingilis). PC Gamer. 4 fevral 2019. 7 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  15. Arif, Şabana. "Apex Legends: A month playtesting with no voice chat helped to develop the Smart Comms system". www.vg247.com (ingilis). VG247. 7 fevral 2019. 7 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  16. Takahaşi, Din. "Respawn's Vince Zampella interview — Why you won't see Titans in Apex Legends". venturebeat.com (ingilis). 4 fevral 2019. 12 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  17. Kent, Emma. "The world thinks we're making Titanfall 3 and we're not - this is what we're making" (ingilis). 4 fevral 2019. 5 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  18. Səid, Şərif. "Tencent in talks to bring Apex Legends to China – report". www.vg247.com (ingilis). VG247. 15 fevral 2019. 15 fevral 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  19. Sitat səhvi: Yanlış <ref> teqi; mc_pc adlı istinad üçün mətn göstərilməyib
  20. Sitat səhvi: Yanlış <ref> teqi; mc_ps4 adlı istinad üçün mətn göstərilməyib
  21. Sitat səhvi: Yanlış <ref> teqi; mc_xbo adlı istinad üçün mətn göstərilməyib
  22. 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; destructrev adlı istinad üçün mətn göstərilməyib
  23. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; gameinformerrev adlı istinad üçün mətn göstərilməyib
  24. Sitat səhvi: Yanlış <ref> teqi; gamesradarrev adlı istinad üçün mətn göstərilməyib
  25. Sitat səhvi: Yanlış <ref> teqi; pcgamerus adlı istinad üçün mətn göstərilməyib
  26. Çan, Xi Hun. "Apex Legends review: a more welcoming take on battle royale". www.polygon.com (ingilis). Polygon. 20 fevral 2019. 21 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  27. Makuç, Eddi. "Apex Legends Hits 1 Million Players In 8 Hours". www.gamespot.com. GameSpot. 4 fevral 2019. 5 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.
  28. Arif, Şabana. "Apex Legends' first 24 hours saw the game draw in 2.5 million players". www.vg247.com. VG247. February 6, 2019. 6 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 6, 2019.
  29. Makuç, Eddi. "Apex Legends Hits 25 Million Players In A Week". www.gamespot.com. GameSpot. 11 fevral 2019. 11 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.
  30. Frank, Alleqra. "Apex Legends tops 50M players in first month". www.polygon.com. Polygon. 4 mart 2019. 4 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.
  31. Salinas, Sara. "Gaming stocks got killed after earnings". www.cnbc.com. CNBC. 6 fevral 2019. 13 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.
  32. Liç, Kameron. "EA Stock Jumps as Apex Legends Looks Like a Formidable Fortnite Competitor". www.bloomberg.com. Bloomberg. 8 fevral 2019. 13 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.
  33. Huan, Yustans. "'Fortnite' is not the only problem that major video game firms are facing, analysts say". www.cnbc.com. CNBC. 18 fevral 2019. 19 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]