Adi bildirçin
Adi bildirçin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi bildirçin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi bildirçin (lat. Coturnix coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü.
Xarici görünüşü
[redaktə | mənbəni redaktə et]Bədəninin uzunluğu 16-20 sm, kütləsi 80-145 q-a çatır. Gözləri açıq kürən-qonur rəngdə, dimdiyi boz-çəhrayı, ayaqları kürənvarı və ya açıq sarıdır. Üstdən bildirçin paslı-sarı köndələn və uzununa zolaqlı, qonur rəngdədir. Başının rəngi belinə nisbətən daha tünddür. Boğazı paslı-qonur, çinədanı paslı-sarıdır. Gözlərinin üstündən parlaq sarı-qonur, ağzının künclərindən isə kürənvarı zolaq keçir. Rəngində cinsi demorfizm zəif ifadə olunmuşdur.Erkəklərdə qara-qonur xalta vardır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Poliqamdır, erkək istənilən dişi ilə cütləşir. Erkəklər öz aralarında dişilərin uğrunda döyüşüllər. Cütləşməyə hazırlaşan erkək bütün bədənini dartır, başını qaldırır və geriyə ataraq əvvəlcə sakit "vya-vya" səsi, sonra isə hündür ulartı səsi çıxarır. O torpaqda diametri 7-14, dərinliyi 4-6 sm olan kiçik çuxur qazaraq quru otla döşəyir. Yuva adətən sıx otların arasında yerləşir, üstdən örtüyü olmur. Bir qoyumda noxudu-sarı və ya açıq-qonurumtul rəngdə qonur və ya qara-qonur çilləri olan 8-dən 14-ə qədər yumurta olur. Dişi 18 gün ərzində kürt yatır. Cücələr intensiv böyüyərək 6-cı həftədə ananı tərk edirlər. Sürətli inkişafa və yüksək qayğıya baxmayaraq onların təxminən yarısı yırtıcılardan və köçmə zamanı məhv olur.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]İstisnasız olaraq yerüstü həyat tərzi keçirir. Bildirçinlərə çəmənlərdə, mədəni səpin tarlalarında, meşə talalarında və subalp çəmənlərində rast gəlmək olur. Müxtəlif otlunəmlənmiş sahələrdə həvəslə yaşayır. Xüsusən cavan fərdlərin yaz-yay rasionunda heyvani qida, daha tez-tez həşəratlar, payızda isə bitki toxumları təşkil edir.[3][4]
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Adi bildirçin səkkiz yarımnövə bölünür:
- C. c. africana
- C. c. confisa
- C. c. conturbans
- C. c. coturnix
- C. c. erlangeri
- C. c. inopinata
- C. c. parisii
- C. c. ragonierii
Şəkillər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Arxivlənmiş surət". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
- ↑ "Arxivlənmiş surət". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.