Adel Ekzarkopulos

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adel Ekzarkopulos
Doğum tarixi 22 noyabr 1993(1993-11-22)[1][2] (31 yaş)
Doğum yeri
Uşağı 1
Fəaliyyəti aktrisa, model[d], kino aktrisası
Fəaliyyət illəri 2006-cı ildən
Boyu 173 sm
IMDb ID2650819
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adel Ekzarkopulos (fr. Adèle Exarchopoulos; 22 noyabr 1993[1][2], Paris[3]) — Fransa aktrisası, Kann kinofestivalının "Qızıl Palma Budağı" mükafatının ən gənc sahibi. O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub.[4][5]

Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib. 2006-cı ildə o kino agentinin diqqətini cəlb etmiş və fransız teleserialı olan "R.I.S, police scientifique" teleserialında epizodik rolda çəkilmişdir. On üç yaşı olarkən Adel Boxes filmində rol alıb.[4].

Adel müxtəlif illərdə bir neçə filmlərdə rol alıb: Les Enfants de Timpelbach (2008), The Round Up (2010), Turk's Head (2010), Chez Gino (2011), Carré blanc (2011), Pieces of Me (2012) və I Used to Be Darker (2013).

Ancaq Adelə aktrisa kimi ciddi beynəlxalq uğuru 2013-cü ildə Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude")[6] adlı qrafik romanının əsasında çəkilmiş "Adelin həyatı" filmindəki rolu gətirib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na[7] layiq görülüb. "Adelin həyatı" Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif edildiyi yeganə filmdir. Adel Lea Seydu ilə birlikdə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar.[8][9] Adel həmçinin "Qızıl Palma Budağı"-nı qazanmış ən gənc aktrisa kimi tarixə düşüb.[10] 2017-ci ilin mart ayında ana olacağını elan edib. Aktrisanın oğlu olub.

İl Film Rolu Qeydlər
2007 Boxes Lilli
2008 Les Enfants de Timpelbach Marianne
2010 The Round Up Anna Traube
Turk's Head Nina
2011 Chez Gino Maria Roma
Carré blanc Marie (gənc)
2012 Des morceaux de moi Erell
2013 I Used to Be Darker Camille
Adelin həyatı Adel Kann kinofestivalı[8] Qızıl Palma Budağı
2013-cü ilin Mərkəzi Ohayo Film Tənqidçilər Assosiasiyası[11] Ən yaxşı aktrisa, Filmdə ən yaxşı irəliləyiş
Sezar mükafatı"[12][13] Ən perspektivli təzə oyunçu
2013-cü ilin Çikaqo Film Tənqidçilər Assosiasiyasının Mükafatı[14][15] Mükəmməl Performans
19-cu Critics' Choice Mükafatı[16] Ən yaxşı gənc aktyor/aktrisa
2013-cü ilin Dublin Film Tənqidçilər Birliyi[17] Ən yaxşı aktrisa, Ən yaxşı yeni sima
15-ci Qızıl Ulduz[18] Ən yaxşı aktrisa, Ən yaxşı yeni qadın siması
2014-cü ilin Globes de Cristal Mükafatı[19] Ən yaxşı aktrisa
2013-cü ilin İndiana Film Tənqidçilər Assosiasiyası[20] Ən yaxşı aktrisa
2013-cü ilin Los Anceles Film Tənqidçilər Assosiasiyasının Mükafatı[21] Ən yaxşı aktrisa
2013-cü ilin Film Tənqidçilərin Milli Cəmiyyət Mükafatı[22] Ən yaxşı aktrisa
2013-cü ilin Nyu York Film Tənqidçilərinin Onlayn Mükafatı[23] Ən mükəmməl performans
19-cu Lümyer Prisi[24] Ən yaxşı qadın aktrisa
2014-cü ilin Santa Barbara Beynəlxalq Film Festivalı[25] Virtuoz Mükafatı
2013-cü ilin Yuta Kinotənqidçilər Assosiasiyasının Mükafatı[26] Ən yaxşı aktrisa
2013-cü ilin "Village Voice Film" Mükafatı[27] Ən yaxşı aktrisa
2014 Insecure Jenny
Voyage vers la mère Marie Louise
2015 Les anarchistes
Down By Love Emma
M Lila
Rochemort Anne
The Last Face
  1. 1 2 Adèle Exarchopoulos // GeneaStar.
  2. 1 2 Adele Exarchopoulos // Munzinger Personen (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #1050913272 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Morgane Giuliani. "Cinq choses à savoir sur Adèle Exarchopoulos" (fransız). Le Figaro. 2013-05-23. 2014-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-17.
  5. "Adele Exarchopoulos" (ingilis). ellines.com. 2014-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-17.
  6. "Cannes 2013: La Vie D'Adèle Chapitres 1 et 2 (Blue is the Warmest Colour) – first look review". 2013-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-05.
  7. "Картина "Жизнь Адель" получила "Золотую пальмовую ветвь"". 2013-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-05.
  8. 1 2 "Cannes Film Festival: Awards 2013". Cannes. 26 May 2013. 17 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
  9. "Blue is the warmest colour team win Palme d'Or at Cannes 2013". RFI. 26 May 2013. 8 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
  10. Pete Hammond. "OSCARS: Sundance Selects Ramps Up 'Blue Is The Warmest Color' Star's Best Actress Bid (Video)" (ingilis). Deadline.com. 2013-05-26. 2014-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-17.
  11. Tapley, Kristopher. "2013 Central Ohio Film Critics Association winners". HitFix. 2 January 2014. 23 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2014.
  12. "'Me, Myself and Mum,' 'Blue Is the Warmest Color' Top Noms For France's Cesar Awards". Variety. 31 January 2014. 27 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2014.
  13. "France's Cesar Awards: 'Me, Myself and Mum' Wins Best Film". Hollywood Reporter. 1 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2014.
  14. Knegt, Peter. "'12 Years a Slave' Leads Chicago Critics Nominations". Indiewire. 13 December 2013. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2013.
  15. Tapley, Kristopher. "2013 Chicago Film Critics Association winners". HitFix. 16 December 2013. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2013.
  16. "Gravity, American Hustle, 12 Years a Slave lead Critics' Choice Awards 2014". Digital Spy. 17 January 2014. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2014.
  17. "The Dublin Film Critics Circle plumps for Gravity". The Irish Times. 18 December 2013. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2013.
  18. "Les Étoiles d'or du cinéma". Étoiles d’or. 24 February 2014. 15 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 February 2014.
  19. "Les Lauréats". Globes de Cristal Award. 14 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2014.
  20. Bloom, Bob. "12 Years a Slave honored by Hoosier film critics". JCOnline. 16 December 2013. İstifadə tarixi: 16 December 2013.
  21. "'Gravity,' 'Her' Tie for Best Picture With L.A. Film Critics". Variety. 8 December 2013. 1 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2013. (#apostrophe_markup)
  22. "'Inside Llewyn Davis' Wins Big With National Society of Film Critics". Variety. 4 January 2014. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2014.
  23. "'12 Years' Tops New York Online Critics Awards". Variety. 6 December 2013. 1 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2014.
  24. "Prix Lumières 2014 : "La vie d'Adèle" séduit la presse étrangère!". AlloCiné. 20 January 2014. 26 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2014.
  25. "Adele Exarchopoulos, Michael B. Jordan, Brie Larson and Oscar Isaac Among SBIFF Virtuosos Award Winners". Indiewire. 8 December 2013. 9 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2013. (#apostrophe_markup)
  26. "2013 Utah Film Critics Association winners". HitFix. 20 December 2013. 23 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
  27. "Picking Winners: The 2013 Village Voice Film Poll". The Village Voice. 17 December 2013. 22 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 December 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]