2-Metilpiridin
2 — metilpiridin və ya 2-pikolin — üzvi maddə.
Fiziki-kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]2-metilpiridin və ya 2-pikolin ümumi formulu C6H7N olan heterotsiklik birləşmə, üzvi maddədir. Piridin iyinə oxşar xoşagəlməz iyli rəngsiz mayedir, zəhərlidir. 2-metilpiridinin reaksiyalarının böyük hissəsi metil qrupunda gedir. Məsələn 2-metilpiridindən 2-vinilpiridin alırlar. Reaksiya 2-metilpiridinin formaldehidlə qarşılıqlı təsiri zamanı gedir.
Tarixi
[redaktə | mənbəni redaktə et]2-pikolin piridinin təmiz halda alınan ilk törəməsidir. T. Anderson 2-pikolini 1846-cı ildə kömürdən ayırmışdır.
Alınması
[redaktə | mənbəni redaktə et]Hal-hazırda 2-pikolin 2 əsas üsulla alınır: Sirkə aldehidinin kondensasiyası və ya formaldehidin amonyakla reaksiyasından və nitril və asetilendən iibarət tsiklin əmələ gəlməsilə alınır.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]2-pikolin vinilpiridin və nitropirin istehsalı üçün istifadə olunur. 2-vinilpiridin, butadien və stirol polimeri avtomobil şinlərinin istehsalında tətbiq olunur. Həmçinin nitropiridinin alınması üçün istifadə olunur ki, o da ammonyakın gübrədən itkisnin qarşısını alır. Kalium permanqanatla oksidləşməsi pikolin turşusunu almağa imkan verir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- The EdinbuurqNew Philosofical Journal.-A. and C. Black, 1846.- 510p
- Shinkichi Shimuzu, Nanao Watanabe, Toshiaki Kataoka, Takayuki Shoji, Nobuyuki Abe Pyridine and Pyridine Derivatives. Ullman`s Encyclopedia of IndustrialChemistry.- Wiley-VCH Verlag Gmbh Co