İstifadəçi müzakirəsi:Elmeddin82

Vikipediya, azad ensiklopediya
Ən son rəy:7 il öncə, Samral tərəfindən "Vikipediyaçıların növbəti görüşü" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Salam Elmeddin82. Vikipediyaya bir daha xoş gəlmisiz. Bərdə rayonu haqqında olan məqaləyə bu şəkli yükləmisiz. Mən çox istəyirəm ki, belə şəkillər bizim bütün rayonlar haqqında olan məqalələrə yüklənsin. Əgər internetdə belə bir mənbə varsa - harda ki, bizim bütün rayonların xəritəsi bu formada verilib - onu burda qeyd edin. Biz ordakı xəritələrdən istifadə edə və bununla da burda rayonların kəndlərinin adını dəqiqləşdirə bilək. Hörmətlə:--Sortilegus 20:16, 19 İyul 2009 (UTC)

Salam. Fəaliyyətinizi maraqla izləyirəm. AzVikinin inkişafı üçün çalışdığınıza görə Sizə öz təşəkkürümü bildirirəm. Xüsusilə, məqalələrdə qrammatik, leksik, orfoqrafik xətaların aradan qaldırılmasında göstərdiyiniz səylər təqdirəlayiqdir. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə: --Sortilegus 20:16, 5 Avqust 2009 (UTC)

Tesekkur edirem.

Mündəricat

[mənbəni redaktə et]

Salam Sortilegus. Mən yeni yaratdığım səhifələrə mündəricat yaratmaq istəyirəm. Ancaq bu barədə heç bir məlumatım yoxdur. Köməklik edərsəniz çox sevinərəm. Əvvəlcədən təşəkkür edirəm.

Elməddin Hacıyev 10:12, 13 Avqust 2009 (UTC)

Salam. Mündəricat yaradanda başlıq üçün bu simvollardan == ==, yarımbaşlıq üçün isə bunlardan === === istifadə etmək lazımdır. Nümunə:

== Salam ==
=== Sizi xoş gördük ===
=== Bir daha salam ===

Hörmətlə:--Sortilegus 18:43, 13 Avqust 2009 (UTC)

Mənə də eyni sualla müraciət etdiyinizi görə söhbətə qarışıb, onu əlavə edə bilərəm ki, mündəricata daxil etmək istədiyiniz mətni qaralayın və redaktə panelindəki "A" düyməsini (5-ci düymə) vurun. Yalnız 4 və daha çox başlıq yaradıldıqda mündəricat peyda olur.

Azərbaycanlı şairlər və Azərbaycan şairləri kateqoriyasısını gəldikdə isə onları birləşdirməyi məsləhət görmürəm - Azərbaycan şairi millətcə azərbaycanlı olmaya da bilər. --Ira 15:19, 14 Avqust 2009 (UTC)

Şəkil yerləşdirmək

[mənbəni redaktə et]

Salam. Mənə şəkil yerləşdirməkdə kömək edin.

Hər hansı səhifəyə şəkil yerləşdirmək üçün əvvəlcə həmin məqaləyə bu formatı daxil edin: "Şəkil: adı.jpg" . "Səhifəni qeyd et" düyməsini basdıqdan sonra bu yazı link kimi görsənəcək. Həmin linkin üzərində mousenin sol düyməsini basmaqla şəkil yükləyə bilərsiniz. Ətraflı [bu link]-ə baxın. Elməddin Hacıyev 07:14, 28 Avqust 2009 (UTC)

Xarici keçidlər

[mənbəni redaktə et]

Salam. Wikipediyaya verdiyiniz dəyərli töhfələrə, sizə edilən müraciətlərə vaxtında, diqqətli və səmimi verdiyiniz cavablara görə sizə dərin təşəkkürümü bildirirəm. Sual: Məqalələrdə verdiyimiz xarici keçidlərdə linki elə vermək olarmı ki, linkin üzərində tıkladıqda keçid yeni səhifədə açılsın? Elməddin Hacıyev 14:35, 29 Avqust 2009 (UTC)

Xoş sözlərə görə çox sağ olun. Mən də öz növbəmdə Sizə buradakı dəyərli fəaliyyətinizə görə təşəkkür edirəm. Suala gəldikdə, sözün düzü mən nə bizim vikipediyada, nə digər vikipediyalarda bu halla (keçidin yeni səhifədə açılması) rastlaşmamışam. Texniki cəhətdən yəqin ki, bu mümkündür. Bunu araşdırıb yaxın vaxtlarda Sizə daha ətraflı məlumat verərəm. Hörmətlə:--Sortilegus 19:31, 29 Avqust 2009 (UTC)

İdarəçi seçkisi

[mənbəni redaktə et]

Salam Elmeddin82. Vikipediyada yeni idarəçi seçkisi keçirilir. Bu səhifədə → Vikipediya:İdarəçilər səsvermədə iştirak edə və səs verə bilərsiz. Hörmətlə:--Sortilegus 18:43, 11 Sentyabr 2009 (UTC)

Dəqiqləşdirmə

[mənbəni redaktə et]

Salam. Nə üçün eyni ad və soyadı daşıyan şəxslərin haqqında olan məqalədə dəqiqləşdirmə şablonu istifadə edilmir. Belə adların qarşısında mötərizədə onun haqqında kiçik informasiya yox, rum rəqəmi yazılır. Bu da axtar qutusunda həmin adı yazdıqda bir-bir o məqalələri açmaq zərurəti yaradır. Amma rum rəqəmi əvəzinə informasiya yazılsa buna ehtiyc olmaz. Dəqiqləşdirmə şablonu isə bu işi daha da asanlaşdırar. Elməddin Hacıyev 18:51, 16 Sentyabr 2009 (UTC)

Salam. Dəqiqləşdirmə şablonu var və ondan bütün məqalələrdə istifadə olunur. Yəni şəxslər üçün ayrıca dəqiqləşdirmə şablonu yaratmağa ehtiyac yoxdur. Adları eyni olan şəxslərin adlarının qarşısındakı rum rəqəmləri isə yaxşı olar ki, onların ixtisas və ya peşələrinin adları ilə əvəz olunsun və mümkün qədər qısa şəkildə. Vəzifələrinin adlarını qeyd etmək düzgün deyil. Tutaq ki, "Əli Həsənov (nazir müavini)" yazsaq, sabah vəzifəsi dəyişib nazir olsa, onda gərək burdakı məqalənin də adını dəyişib qoyaq "Əli Həsənov (nazir)". Amma "Əli Həsənov (iqtisadçı)", "Əli Həsənov (hüquqşünas)" və s. bu tip yazsaq məqalə adını dəyişməyə ehtiyac olmaz. Bir də əgər eyni ad-soyad daşıyan adamların tanınma səviyyələri eyni olsa onlar üçün dəqiqləşdirmə səhifəsi yaratmaq düzgündür. Bu halda olar Əli Həsənov dəqiqləşdirmə səhifəsi olsun orda hər iki şəxsin adları qeyd edilsin. Çünki ikisi də demək olar ki, eyni səviyyədə tanınır. Amma tutaq ki, Heydər Əliyev məqaləsini dəqiqləşdirmə səhifəsi edib ora "Heydər Əliyev (baba)" və "Heydər Əliyev (nəvə)" və s. bu tip dəqiqləşdirmə səhifələri yaratmaq düzgün deyil. Hörmətlə:--Sortilegus 19:01, 16 Sentyabr 2009 (UTC)

Düzəlişlər

[mənbəni redaktə et]

Salam. Yaratdığım məqalələrdə etdiyiniz düzəlişlərə görə təşəkkürlər.

--Vüsal Ağayev 06:17, 29 Sentyabr 2009 (UTC)

Salam. Nəzakətinizə görə çox sağ olun.

--Elməddin Hacıyev 15:09, 29 Sentyabr 2009 (UTC)

Salam. Dəqiqləşdirmıə səhifələrini geri qaytardım. Çünki məsələn Əli Qurbanov (II) səhifəsi silinsə onda ona keçid olan bütün səhifələrdə qırmızı olacaq. Ona görə dəqiqləşdirmə aparılarkən keçid olan bütün məqalələrdə bu dəyişikliklər edilməlidir. Xahiş edirəm buna fkir verin. Hələlik geri qaytardım əgər tam dəyişiklik etmək itəsəniz mənə böyük kömək etmiş olarsız. Uğur olsun!

P.S.

http://az.wikipedia.org/w/index.php?title=X%C3%BCsusi%3AWhatLinksHere&target=%C6%8Fli+Qurbanov+%28II%29&namespace=

Numerologiya

[mənbəni redaktə et]

Salam, Elməddin. Numerologiya məqaləsi haqqında sizin fikirlərinizi bilmək istərdim. Sizcə, məqalə nə dərəcədə maraqlıdır? Təşəkkürlər, --Tar 88 17:16, 13 Aprel 2010 (UTC)

Communiqué "Geochange"

[mənbəni redaktə et]

Salam Elmeddin mən en.wiki də Communiqué "Geochange" bu məqaləni yerləşdirmişəm.Məqaləni silmək istəyirlər xahiş edirəm səsvermədə iştirak edib məqalənin saxlanılmasına səs verəsiniz.Əvvəlcədən təşəkkür edirəm.--Ismail Valiyev 11:11, 15 İyul 2010 (UTC)

Global Network for the Forecasting of Earthquakes

[mənbəni redaktə et]

Salam Elmeddin. Ingilis wikipediyada mənim məqaləm haqqında çox böyük mübahisə gedir. Global Network for the Forecasting of Earthquakesxahiş edirəm orada səsvermədə iştirak edəsən. Bu təşkilatın əsasını azərbaycanlı alim Elçin Xəlilov qoyub.Və bu adın rast gəlindiyi bütün məqalələrdə qərəzli mövqelərə rast gəlinir. Xahiş edirəm səs verərkən http://en.wikipedia.org/wiki/Wikipedia:Articles_for_deletion/Global_Network_for_the_Forecasting_of_Earthquakes_%282nd_nomination%29 fikrinizi izah edin.Təşəkkür.--Ismail Valiyev 09:22, 17 İyul 2010 (UTC)

Etimad səsverməsi

[mənbəni redaktə et]

22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən etimad səsverməsində ötən ilin sonunda — 22 dekabr 2009-cu ildə başlanmış və 3 yanvar 2010-cu il tarixində yekunlaşmış səsvermədə olduğu kimi yenə mənə etimad göstərməyinizi rica edirəm. --Cekli829 13:52, 22 dekabr 2010 (Cek vaxtı ilə)

Mənə etimad göstərdiyiniz üçün Sizə təşəkkür edirəm! --Cekli829 10:09, 24 dekabr 2010 (Cek vaxtı ilə)

DƏVƏT

[mənbəni redaktə et]
DƏVƏTNAMƏ
Salam!
Bakı Slavyan Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Bakı Slavyan Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

--Ayşad Əsgərli (talk) 13:58, 1 may 2014 (UTC)Cavabla

Qacarlar

[mənbəni redaktə et]

Salam. Qacarlar məqaləsində etdiyim kiçik dəyişiklikləri geri qaytarmısınız. Səbəbini bilmək istərdim. --Elməddin Hacıyev (talk) 07:29, 29 dekabr 2014 (UTC)Cavabla

Əleyküm salam. Qaydaya görə məsələn ardıcıl və ya çox yaxın olan hər cümlədə eyni sözü daxili keçid kimi qeyd etməməliyik həmkar. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 09:16, 29 dekabr 2014 (UTC)Cavabla

Şablon

[mənbəni redaktə et]

Salam. Fərəh Əliyeva məqaləsinə əlavələr etmişəm. Şablonda Atası yazmışam, ancaq məqalədə görsənmir. Zəhmət olmasa baxın. --Elməddin Hacıyev (talk) 11:10, 9 yanvar 2015 (UTC)Cavabla

Salam. {{Alim}}də atası bölməsi olmadığından dediyiniz bəndlər görsənmir. Bu {{Şəxs}} və bir neçə digər şablonlarda görsənir. --Araz Yaquboglu (talk) 11:20, 9 yanvar 2015 (UTC)Cavabla
28 May küçəsi (Bakı) kimi səhifələr var. Bəlkə Abbas Mirzə Şərifzadə küçəsi (Bakı) yaradasız.--Araz Yaquboglu (talk) 12:59, 20 yanvar 2015 (UTC)Cavabla

Ağdərə

[mənbəni redaktə et]

Ağdərə məqaləsinin giriş hissəsi ilə "tarixi" bölməsinin əvvəlində eyni cümlələr yer alıb. Sizcə bu nə dərəcədə düzgündür? --Elməddin Hacıyev (talk) 15:20, 21 yanvar 2015 (UTC)Cavabla

Materialı bu gün mən əlavə etmişəm. Siz artıq yəni təkrar cümlələri çıxara bilərsiz. --Araz Yaquboglu (talk) 15:34, 21 yanvar 2015 (UTC)Cavabla

Şablon:Texnika-qaralama

[mənbəni redaktə et]

Salam Araz bəy. Zəhmət olmasa bu şablona bax: Şablonda düyün tapıldı --Elməddin Hacıyev (talk) 15:05, 24 yanvar 2015 (UTC)Cavabla

✅YHəll edildi --Araz Yaquboglu (talk) 15:18, 24 yanvar 2015 (UTC)Cavabla
Təşəkkürlər --Elməddin Hacıyev (talk) 15:24, 24 yanvar 2015 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
DƏVƏTNAMƏ
Salam!
Sizi Zvinger (Drezden) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/Zvinger (Drezden) səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.
--Keete 37 (Farid Aliev) (müzakirə) 10:41, 18 iyul 2015 (UTC)Cavabla

Vikipediya Asiya Ayının son həftəsi

[mənbəni redaktə et]

Salam Elmeddin82!

Ümumilikdə layihədə iştirak 1000-ə yaxın vikipediyaçıdan biri kimi layihəyə qoşulduğunuza görə təşəkkür edirəm! Layihə iştirakçılarının çoxu indiyə qədər böyük işlər görüblər. Sizə layihə ilə bağlı bir neçə yeniliyi bildirmək istəyirəm:

  1. Əgər siz "Asiya Ayı Səfiri" fəxri adını qazanmaq istəyirsinizsə, məsləhət görürəm ki, layihənin Ana Səhifəsində digər istifadəçilərin də töhfələrinə baxasız. Biz həmçinin hər Vikipediya üçün əlavə "Vikipediya Asiya Səfiri" adını təsis etmək qərarına gəldik. Ən çox məqalə yaradıb "Vikipediya Asiya Səfiri" adını qazanan istifadəçidən əlavə, təsdiq edilmiş məqalə sayı 30-dan çox olmaq şərti ilə, ikinci ən çox məqalə yaradacaq istifadəçi də "Vikipediya Asiya Səfiri" adına layiq görülə bilər.
  2. Artıq layihənin başa çatmasına 1 həftə vaxt qalıb. Layihə çərçivəsindəki töhfələrinizi qeyd etmək üçün son gün 3 dekabrdır. Ancaq noyabr ayında verilən töhfələr qeydə alınacaqdır.
  3. Əgər siz 5 məqalə yazmısınızsa, amma kiçik səbəblərə görə (məsələn, ola bilər ki, məqalələrdən birində 250 sözə çatmaq üçün sadəcə 4-5 söz kifayət etmir və s.) bir və ya bir neçəsi təsdiq olunmayıbsa, narahat olmayın, sizə də açıqca göndəriləcəkdir.
  4. Əgər siz hədəfinizə çatmasaz belə, layihə iştirakçısı olduğunuza və Asiya mövzusundakı töhfələrinizə görə təşəkkürümüzü bildiririk.

Əgər hər hansı sualınız varsa mənimlə əlaqə saxlayın: --Serk@nl@nd 18:33, 25 noyabr 2015 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam. Sizi bu [1], [2] səhifələrdə keçirilən səsvermələrdə iştiraka dəvət edirəm.--Emin ismarış 14:02, 28 noyabr 2015 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikilüğətdə idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə Aabdullayev851 (müzakirə)

Siyahılar

[mənbəni redaktə et]

Kateqoriyaları siyahılara əlavə etməyə ehtiyac yoxdur. Ancaq siyahı şəkilində olan məqalələri əlavə etmək olar. --Araz Yaquboglu (müzakirə) 11:27, 20 yanvar 2016 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Bildiyiniz kimi azərbaycanca vikipediyada bir çox problem və mübahisələr var. Biz belə düşünürük ki, bu problemlərin səbəbləri qaydaların zəifliyi və müəyyən idarəçilərin məsuliyyətsizliyidir. Bəzi idarəçilər ümumiyyətlə vikipediyaya girmir. Nəinki fəal idarəçi fəaliyyəti ilə məşğul olsunlar. Bəzi idarəçilər qaydalarla hərəkət etmir. Ürəyi istəyən məqaləni, siyahını, şəkli silir. Ürəyi istəyən məqaləni mühafizəyə alır (yəni kilidləyir). Söz soruşursan ürəyi istəyən cavabı verir ya da heç vermir. Digər idarəçilərdən aktiv olan var, bəli. Lakin onların da çoxsu bu cür neqativ-mübahisəli hallarla başlarını ağrıtmamaq üçün və bir idarəçi digərinin işinə qarışmasın, yəni idarəçilər arasında düşmənçilik-ədavət yaranmasın deyə bir çox ədalətsizlik və mənfi, problemli hallara susurlar. Neçə dəfə bu barədə idarəçilərə ayrı ayrılıqda və ümumilikdə müraciət etmişəm və başqa edənlər də olub. Nə qədər istifadəçi də bu haqsızlıq və ədalətsizliyə dözməyib vikipediyanı birdəfəlik tərk edib. Biz də bütün bu hallara görə META-da bütün idarəçilərin idarəçiliyinin yenidən səsverməyə çıxarılıb sonradan onların müvəqqəti (məsələn 1 illik, 2 illik və s.) seçilməsi təklifini etmişik. Əgər istəyirsinizsə siz də bu siyahıya imza qoymaqla, həm öz dəstəyinizi nümayiş etdirə, həm də şərh-rəy yazmaqla öz dəyərli təkliflərinizi səsləndirə bilərsiz.--samral müzakirə 22:06, 24 fevral 2016 (UTC)Cavabla

2 önəmli səsvermə

[mənbəni redaktə et]

Salam. Bütün vikipediyaçıları 2 önəmli səsvermədə iştiraka dəvət edirəm.

Səsvermələr bu 2 qayda haqqındadır.

1-Qeyd:Bu səsverməyə Arbitraj Komitəsi şablonunda da göstərilən Arbitraj Komitəsi qaydasının bütün alt başlıqları (AK-ya müraciət, AK-ya müraciət forması, AK-ya təqdim edilmiş ərizələr, AK-nın qərarları, AK-da dayandırılmış ərizələrAK-nın seçilmə qaydaları) da daxildir.--samral müzakirə 20:52, 23 mart 2016 (UTC)Cavabla

Diqqətli olun

[mənbəni redaktə et]

Salam, Elməddin bəy. Azərbaycan kinosu məqalələrinə etdiyiniz mənbə və istinadlarla mənə kömək etmiş olursunuz. Buna görə sizə minnətdaram. Lakin lütfən çox xahiş edirəm, dəqiq bilmədiyiniz faktları qeyd edib yanlış informasiyalara yol verməyin. Bu redaktəniz kökündən yanlışdır. Rafiq Dadaşov kinostudiyanın ikinci rejissorudur. İkinci rejissor vəzifəsi titrlərdə "Rejissor" olaraq göstərilir. Əsas rejissor isə (birinci rejissor) titrlərdə "Quruluşçu rejissor" kimi göstərilir. Film həm ssenarisinə, həm də rejissor işinə görə Anara məxsusdur. Qeyd edim ki, Anarın kinorejissor kimi ayrıca təhsili var. --Babək Akifoğlu (müzakirə) 16:31, 24 aprel 2016 (UTC)Cavabla

Yanlış məlumat

[mənbəni redaktə et]

Belə redaktələrə görə sizi qınamıram, bunlar hamısı jurnalistlərimizin savadsızlığındandır. Film böyük xronometrajda çəkilsə də, seriyalara bölünməyib. Yorulmayasınız, fəaliyyətinizdə uğurlar! --Babək Akifoğlu (müzakirə) 16:14, 7 may 2016 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi laboratoriyada Azərbaycan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında məqaləsinə səs verməyə dəvət edirəm. --Barselona2000 (müzakirə) 15:13, 24 iyun 2016 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]

Salam həmkar. Üzr istəyirəm zəhmət deyilsə burada baş tutan səs vermədə səsinizi verə bilərsiniz.--Calal99 (müzakirə) 20:30, 12 sentyabr 2016 (UTC)Cavabla

Vikipediya Asiya Ayı 2016: Dəvət

[mənbəni redaktə et]

Keçən il Vikipediya Asiya Ayında iştirak etdiyinizə görə təşəkkür edirəm və ümid edirəm ki, müsabiqədən zövq almısınız. Keçən il bu layihə çərçivəsində Vikipediyanın 43 dil bölməsində 7000-dən çox məqalə yaradılmışdır və nəticədə, Asiya ayı Vikipediyadakı ən böyük tədbirlərdən biri olmuşdur. Biz noyabr ayında bu müsabiqəni yenidən təşkil edirik və sizi yenə iştirak etməyə dəvət edirik.

Bu il açıqca (yeni dizaynda) əldə etmək üçün minimum 5 yox, 4 məqalə yaratmaq lazımdır. Məqalənin ölçüsü azı 3000 baytdan və 250 sözdən ibarət olmalıdır. Həmçinin açıqca göndərmək prosesində yeniliklər var: açıqcalar indidən hazırlanır və digər dillər gözlənilmədən ünvanlar toplanılır.

Vikipediyanın hər bir dil bölməsində layihə çərçivəsində ən çox məqalə yaratmış istifadəçi "Vikipediya Asiya Səfiri" adına layiq görüləcək. Layihə qalibinə səfir sertifikatı göndəriləcək.

Diqqətinizə aldığınıza görə təşəkkürlər!--White DemΩn (el psy congroo) 14:45, 31 oktyabr 2016 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Salam Hörmətli həmkar. Sizi laboratoriyada
Sant'İvo alla Sapienza məqaləsi üçün keçirilən səsvermədə
iştirak etməyə dəvət edirəm.
--Baskervill müzakirə 12:12, 17 noyabr 2016 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Kventin Tarantinonun filmoqrafiyası
Salam Hörmətli həmkar. Sizi laboratoriyada
Kventin Tarantinonun filmoqrafiyası siyahısı üçün keçirilən səsvermədə
iştirak etməyə dəvət edirəm.
--Baskervill müzakirə 21:34, 21 noyabr 2016 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Orijinal ulduz
Vikipediyada fəaliyyətinizə görə təltif edilirsiniz! Hörmətlə: Wikipediya M (müzakirə) 08:55, 9 yanvar 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü

[mənbəni redaktə et]

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. Ünvan: Elmlər Akademiyası metrosunun BDU tərəfdən olan çıxışı.--samral müzakirə 08:51, 9 mart 2017 (UTC)Cavabla