İstifadəçi müzakirəsi:Babək Akifoğlu/Arxiv 2017

Vikipediya, azad ensiklopediya
Ən son rəy:6 il öncə, Babək Akifoğlu tərəfindən "Mükafat" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Rus əlifbasının hərfləri

[mənbəni redaktə et]

Hörmətli istifadəçi Cəlal. Azərbaycandilli Vikipediyada etdiyiniz bu kimi redaktələrə heç bir bəraət qazandırmaq mümkün deyil. Siz şəxsi Word səhifənizdə istədiyiniz hərflərdən istifadə edərək, bu kimi təcrübələrinizi apara və yazılarınızı zövqünüzə uyğun şriftlərlə çap edə bilərsiniz. Lakin Vikipediya belə təcrübə meydanı deyil. Azərbaycan əlifbasında к hərfi mövcud deyil, qəbul edilmiş 32 hərf sırasında yer almış k hərfindən istifadə etməyiniz vacibdir. Yad əlifbanın hərflərini AzVikiyə daşımağa ehtiyac yoxdur. Uğurlar! --Babək Akifoğlu (müzakirə) 17:13, 12 yanvar 2017 (UTC)Cavabla

Salam. K hərfi ilə bağlı dediyinizi başa düşdüm. Amma bir sualım var, niyə mənbə azlığı şablonu qoyursunuz?--Calal99 (müzakirə) 18:11, 12 yanvar 2017 (UTC)Cavabla
Çünki son yaratdığınız məqalələrdə nəinki mənbə azlığı var, ümumiyyətlə mənbə yoxdur. --Babək Akifoğlu (müzakirə) 18:51, 12 yanvar 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam. Sizdən bir xahişim olacaq. Mən Laboratoriyaya məqalə qoydum, 2014 Qış Olimpiya Oyunları medal sıralanması. Onu təqdim edə bilərsiniz status üçün? EnWikidəki kimi elədim.--Calal99 (müzakirə) 07:32, 26 yanvar 2017 (UTC)Cavabla

Yanlış orfoqrafik redaktələr

[mənbəni redaktə et]

Hörmətli istifadəçi II. Niveles. Bir neçə dəfə redaktələrinizdə rast gəldiyim bu cürbu cür redaktələr sizə müraciətimə səbəb oldu. Göründüyü kimi siz bu sözün həmişə əfvalat kimi yazılışına önəm verirsiniz. Lakin məlumunuz olsun ki, bu söz əhvalat kimi yazılmalıdır. Azərbaycandilli Vikipediyada Azərbaycan dilinin orfoqrafik normalarının pozulması yolverilməzdir. Əminəm ki, öz yaratdığınız məqalələrdə də bu səhvi təkrar etmisiniz. Gələcək redaktələrinizdə sizi diqqətli olmağa çağırır və növbəti fəaliyyət müddətinizdə uğurlar arzu edirəm! --Babək Akifoğlu (müzakirə) 20:46, 26 yanvar 2017 (UTC)Cavabla

Yaptığım tüm değişiklikler Vikipediya:AutoWikiBrowser/Typos sayfasında yer alan şeylerdir. Tüm kelimeler İstifadəçi:Wertuose'un yazdığı doğrultuda yapılmaktadır. Benlik bir durum değildir. --II. Niveles (müzakirə) 20:51, 26 yanvar 2017 (UTC)Cavabla
Vikipediya:AutoWikiBrowser/Typos bu səhifədə göstərilən əhv→əfv sözünün əhvalat sözünə heç bir aidiyyatı yoxdur. Azərbaycan dilinə bu cür davamlı şəkildə xələl gətirməniz Azərbaycandilli vikipediyanın normal işinə mane olmağınız kimi qiymətləndirilə və bloklanmağınıza səbəb ola bilər. Xatırlatma edim ki, bilmədiyiniz dildə redaktə etməyə məcbur deyilsiniz. --Babək Akifoğlu (müzakirə) 20:57, 26 yanvar 2017 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam. Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. --Aabdullayev851 (müzakirə) 08:43, 27 yanvar 2017 (UTC)Cavabla

Vandal

[mənbəni redaktə et]

Vandal küfür etmiştir.--II. Niveles (müzakirə) 17:39, 29 yanvar 2017 (UTC)Cavabla

✅Y Bloklandı. --Babək Akifoğlu (müzakirə) 17:42, 29 yanvar 2017 (UTC)Cavabla
Başka vandal --II. Niveles (müzakirə) 11:12, 30 yanvar 2017 (UTC)Cavabla

Samir Qaçayev

[mənbəni redaktə et]

Salam, Samir Qaçayev məqaləsinin adını Kaçayev etmək lazımdır--Azerifactory (müzakirə) 23:04, 14 fevral 2017 (UTC)Cavabla

✅Y Salam. Məqalə adını qeyd etdiyiniz variantda dəyişdim. Çünki mən də bu şəxsin soyadına bütün mənbələrdə Kaçayev kimi rast gəlmişəm. Lakin gələcəkdə mübahisələr yaranarsa, hazırkı soyadlı başlıq yenidən istiqamətləndirmə səhifəsinə çevrilə bilər. Gələcəkdə belə problemlər olmaması üçün zamanla rast gəldiyiniz etibarlı mənbələri məqaləyə əlavə edin. --Babək Akifoğlu (müzakirə) 23:12, 15 fevral 2017 (UTC)Cavabla

Hüseyn Vaiz Kaşifi

[mənbəni redaktə et]

Salamlar, zəhmət olmazsa, fars və ərəb vikisini də düzəldin. Təşəkkürlər!--Enver62 (müzakirə) 22:41, 15 fevral 2017 (UTC)Cavabla

✅Y Əlavə etdim. --Babək Akifoğlu (müzakirə) 23:06, 15 fevral 2017 (UTC)Cavabla

Vandal

[mənbəni redaktə et]

https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/185.30.88.163 --Azerifactory (müzakirə) 21:49, 18 fevral 2017 (UTC)Cavabla

Xocalı soyqırımı məqaləsindəki redaktəsi tərəfimdən ləğv edilib. --Babək Akifoğlu (müzakirə) 21:55, 18 fevral 2017 (UTC)Cavabla

Şeyx Məhəmmədəli Həzin

[mənbəni redaktə et]

Salamlar! Zəhmət olmazsa, bu şəxsin intervikisini düzəldin. Bəri başdan təşəkkürlər!--Enver62 (müzakirə) 17:31, 28 fevral 2017 (UTC)Cavabla

✅Y Əlavə etdim. --Babək Akifoğlu (müzakirə) 17:42, 28 fevral 2017 (UTC)Cavabla

İstafədiçinin təftiş edilməsi

[mənbəni redaktə et]

Salam.

İstifadəçi:Samral, Azərbaycan İslam PartiyasıMövsüm Səmədov mövzularında qeyri-obyektiv, və qaydalara zidd olan yalan informasiya və qərəzli fikirləri istifadə edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qadağan edilmiş Azərbaycan İslam Partiyasını, və Azərbaycan qanunlarına görə dini əsaslara söykənən partiyaların yaradılmasının qadağan olmasına baxmayaraq, istifadəçi partiyayı qanuni və həbsdəki qeyri-qanuni sədri Mövsüm Səmədovu qanuni fəaliyyətdə kimi göstərir.

Xahiş edirəm Samral adlı istifadəçiyi bloklayın ya da xəbərdarlıq edin.

Hörmətlə --Sarvathi (müzakirə) 11:20, 3 mart 2017 (UTC)Cavabla

Salam. Qeyd etdiyiniz mövzularda kifayət qədər məlumatımın olmaması səbəbindən redaktələri təftiş etməyim düzgün olmazdı. Sizə hər iki səhifənin müzakirə səhifəsində öz mövqeyinizi bildirməyinizi və düzgün hesab etmədiyiniz məsələləri birbaşa istifadəçi Samralın özü ilə müzakirə edib dəqiqləşdirməyinizi məsləhət görürəm. --Babək Akifoğlu (müzakirə) 13:26, 3 mart 2017 (UTC)Cavabla
Salam.
İstifadəçi:Samral mövqeyini istismar edir, çünki bu mövzuda qeyri-obyektiv və qərəzli olmağa davam edəcək və bu mövzuda heç bir taviz verməyəcək. Mən bir idarəçi olmadığım üçün məni qəti olaraq göz ardı edəcək. Buna görə sizin kimi idarəçilərin onu xəbərdar etməsi lazım və onun qoyduğu qeyri-obyektiv və qaydalara zidd olan yalan informasiyaları keçmiş düzgün halına qaytarmanız lazım. Bu səbəbdən ötəri İstifadəçi:Samral (idarəçi seçilmədən əvvəl) daha əvvəl idarəçilər tərəfindən bloklanıb. Bir idarəçinin öz mövqeyini istismar etməsi ciddi bir mövzu.
Hörmətlə --Sarvathi (müzakirə) 13:19, 3 mart 2017 (UTC)Cavabla
Hörmətli Sarvathi. Öz mövqeyinizi təsdiq edən etibarlı mənbələr olmasa, vikiprinsiplərə əsasən, sizin haqlı olduğunuz heç bir əhəmiyyət kəsb etməyəcək. Məhz ona görə sizə məqalənin müzakirə səhifəsində mübahisə yaradan məsələləri narazı qaldığınız tərəflə etibarlı mənbələr əsasında razılaşdırmağı məsləhət gördüm. Bu zaman hər iki tərəf ortaq məxrəcə gələ biləcək. --Babək Akifoğlu (müzakirə) 15:41, 3 mart 2017 (UTC)Cavabla


Vandal

[mənbəni redaktə et]

Vandal https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/Ario2_nax və onun trollu https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/91.191.200.161 --Azerifactory (müzakirə) 00:53, 7 mart 2017 (UTC)Cavabla

✅Y Bloklandı. --Babək Akifoğlu (müzakirə) 20:27, 7 mart 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü

[mənbəni redaktə et]

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. --BaskervillDe gəlsin ! 08:23, 9 mart 2017 (UTC)Cavabla

Vandal 2

[mənbəni redaktə et]

Vandal https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/Irfan_Murtuzayev --Azerifactory (müzakirə) 17:04, 14 mart 2017 (UTC)Cavabla

✅Y Bloklandı. --Babək Akifoğlu (müzakirə) 19:37, 14 mart 2017 (UTC)Cavabla

Şərifzadənin filmləri

[mənbəni redaktə et]

Hörmətli istifadəçi Mammad Amin Rasulzadeh Azərbaycanın görkəmli aktyor və rejissoru Abbas Mirzə Şərifzadənin şablonu və ekran və səhnə işləri ilə bağlı yaratdığınız vikisəhifələrə görə sizə öz minnətdarlığımı bildirirəm. Lakin rejissorun çəkdiyi filmlərin istehsal ilini yanlış qeyd edirsiniz. "Azərbaycana səyahət" filmi 1924-cü ildə; "Şaxsey-vaxsey" filmi 1925-ci ildə; "Bismillah" filmi 1925-ci ildə; "Hacı Qara" filmi 1929-cu ildə; "Məhəbbət oyunu" filmi isə 1935-ci ildə çəkilmişdir. Hörmətlə --Babək Akifoğlu (müzakirə) 20:48, 1 aprel 2017 (UTC)Cavabla

Babək Akifoğlu, ruvikidəki şablona baxsaz görərsiz ki, filmlər üçün fərqli illər göstərilib. Həm də ordakı məqalədə o illər üçün istinadlar da verilib. Ona görə də mən illəri dəyişdirirəm.--Mammad Amin Rasulzadeh (müzakirə) 06:33, 2 aprel 2017 (UTC)Cavabla

Babək Akifoğlu, bu ruvikidəki məqalədə yazılıb:

" Помимо театра Шарифзаде интересовался искусством кино. Впервые на экране Аббас-Мирза Шарифзаде появился в 1916 году, снявшись в русском фильме «Князь Темир-Булат» режиссёра Бориса Светлова (фильм не сохранился). Одной из первых его работ в кино является созданная им роль хана в фильме «Сова» (1924, режиссёр Георгий Кравченко). Этот фильм также не сохранился>. В 1929 году снялся в фильме «Око за око». Шарифзаде и сам снимал фильмы. Среди его работ можно назвать художественные фильмы «Бисмиллах» («Во имя Бога», 1925), «Гаджи Кара» (1928) и «Игра в любовь» (1935), документальные фильмы — «Путешествие в Азербайджане» (1925) и «Шахсей-вахсей» (1929) "

Mənbə olaraq isə Azərbaycan Sovet Ensiklopediyasiyası və Böyük Sovet Ensiklopediyası göstərilib.--Mammad Amin Rasulzadeh (müzakirə) 07:54, 2 aprel 2017 (UTC)Cavabla

Baskervill, redaktəm geri qaytardızsa bir buranı oxuyun zəhmət olmasa.--Mammad Amin Rasulzadeh (müzakirə) 08:21, 2 aprel 2017 (UTC)Cavabla

Hörmətli istifadəçi Mammad Amin Rasulzadeh. Azərbaycan kino tarixindən xəbərsiz olmağınız, eləcə də müzakirə başa çatmamış qeyri-dəqiq məlumatlarınızı davamlı şəkildə AzVikiyə yerləşdirməyiniz vikipediyanın normal işinə əngəl yaradır. Nəzərinizə çatdırım ki, Şərifzadənin filmlərinin məqalələrində yerləşdirilmiş mənbələri (yerli mənbələr və Кино: Энциклопедический словарь ensiklopedik lüğəti də daxil olmaqla) mən əlavə etmişəm və orada istehsal illəri məhz mənim yazdığım formada göstərilib. İlləri dəyişdirib əvvəlki versiyanın mənbələrini saxlamaq və bununla öz yazdığınızı təsdiq etmək istəyi özü - həmin mənbələri saxtalaşdırmağa xidmət edir. Adını çəkdiyim və digər mənbələrdə isə "Azərbaycana səyahət" filminin istehsal ili 1924, "Hacı Qara" filminin istehsal ili isə 1929 olaraq göstəriliş. O ki qaldı "Şaxsey-vaxsey" xronikal filminə: bu film-kadr 1925-ci ildə çəkilib və eyni ildə çəkilmiş "Bismillah" filminin tərkibinə daxil edilib. Siz isə davamlı olaraq filmin 1929-cu ildə çəkildiyini qeyd edirsiniz. Tarixi təhrif etməklə yanaşı, ən primitiv məntiqi də təhrif etmiş olursunuz. Əgər "Şaxsey-vaxsey" səhnəsi 1929-cu ildə çəkilibsə, o necə 1925-ci ildə çəkilmiş filmin tərkibinə daxil edilmiş və "Bismillah" filminin bədii səhnələri ilə vəhdət təşkil etmişdir? Sizdən belə qeyri-dəqiq informasiyaları AzVikiyə yerləşdirməməyinizi xahiş edir və diqqətli olmağınızı arzu edirəm. Qərəz və qeyri-dəqiqlik nümayiş etdirən məlumatlar tərəfinizdən yerləşdirilməyə davam edilərsə, Yalan məlumatların əlavə olunmasına görə bloklana bilərsiniz. Uğurlar diləyirəm. Hörmətlə --Babək Akifoğlu (müzakirə) 18:24, 2 aprel 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam həmkar. Sizə bir sualım olacaq. Siz belə bir medal edə bilərsiniz? Qızıl medalın üzərinə I Avropa Oyunlarının loqosu qoyulsun. Qızıl, gümüş və bürünc medallar üçün.--Calal99 (müzakirə) 20:59, 8 aprel 2017 (UTC)Cavabla

Antivandalizm mükafatı

[mənbəni redaktə et]
Antivandalizm ulduzu
Azvikidə vandalizm hallarına qarşı səbirlə mübarizə aparan az saylı idarəçilərimizdən biri olduğunuza görə--BaskervillDe gəlsin ! 11:08, 11 aprel 2017 (UTC)Cavabla
Hörmətli Baskervill. Əməyə dəyər üçün və mükafata görə təşəkkürümü bildirirəm. --Babək Akifoğlu (müzakirə) 15:27, 12 aprel 2017 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Yazıçı ulduzu
Azərbaycanca Vikipediyanın inkişafında göstərdiyiniz xidmətlərə görə təltif edilirsiniz. Hörmətlə: Wikipediya M (müzakirə) 06:26, 15 aprel 2017 (UTC)Cavabla
Hörmətli Wikipediya M. Əməyə dəyər üçün və mükafata görə təşəkkürümü bildirirəm. --Babək Akifoğlu (müzakirə) 18:46, 15 aprel 2017 (UTC)Cavabla

Film

[mənbəni redaktə et]

Salam. Bu 2 film: Çin olan yuxu [1][2], Mübariz[3][4][5] barədə məqalə yarada bilərsiz mi?--samral müzakirə 07:08, 25 aprel 2017 (UTC)Cavabla

Salam. Təəssüf ki, hazırda işlərimlə əlaqədar məşğul olduğum üçün bu məqalələrə vaxt ayırmaq imkanım yoxdur. --Babək Akifoğlu (müzakirə) 15:39, 26 aprel 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam. Sizə arxivləşdirmə ilə bağlı sual verə bilərəm?--Calal99 (müzakirə) 19:35, 18 may 2017 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Azerifactory (müzakirə) 03:24, 4 iyun 2017 (UTC)Cavabla

Səbinə Mirzəyeva

[mənbəni redaktə et]

Salam,İlk dəfədir Wikipedia açıram. Nə səflik olub ki Məqaləni silirsiz? Silməkdənsə kömək edin zəhmət olmasa açağ. Mümkündür?--Səbinə Mirzəyeva (müzakirə) 18:09, 17 iyun 2017 (UTC)Cavabla

Salam. Yaratdığınız məqalə qeyri-ensiklopedik və reklam xarakterlidir, həmçinin heç bir istinad nöqtəsi yoxdur. --Babək Akifoğlu (müzakirə) 18:18, 17 iyun 2017 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
God of War (oyun, 2005) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması ilə əlaqədar burada (burada Vikipediya:Laboratoriya/God of War (oyun, 2005)) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Hörmətlə: --oyuncu aykhanfikrini de! 22:27, 19 iyun 2017 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Anar kerimxanov (müzakirə) 11:35, 22 iyun 2017 (UTC)Cavabla

Əlaqə

[mənbəni redaktə et]

Salam Babək.Vikipediyada yeniyəm.İlk məqaləmi-İdeal romanını hazırladım vikipediyada.Səndən xahişim vikipediyada bilmədiyim daha başqa şeylər var.Mənimlə əlaqə saxlaya bilərsən facebookdan? — Bu imzasız yazı Əhməd Qurbanov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 18:28, 22 iyun 2017 (UTC)Cavabla

Salam. İsa Muğannanın "İdeal" romanı haqqında yaratdığınız məqalə silinməyib. Tərəfimdən adına müvafiq kiçik dəyişiklik edilib və məqaləniz bu səhifədə yerləşir. Hər hansı sualınız olsa, müzakirə səhifəmə, yaxud istifadəçi səhifəmdə qeyd edilən e-mail ünvanıma yaza bilərsiniz. --Babək Akifoğlu (müzakirə) 18:34, 22 iyun 2017 (UTC)Cavabla

Vikiləşdirmək nədir?

[mənbəni redaktə et]

Salam vikiləşdirmək nə deməkdir? Məqaləmdə "vikiləşdirmək lazımdır" xəbərdarlığını necə silə bilərəm? Məqaləmdə istinadlar və mənbələr qeyd olunub — Bu imzasız yazı Əhməd Qurbanov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 18:41, 22 iyun 2017 (UTC)Cavabla

Buyurun, Vikiləşdirmə qaydaları ilə tanış olun. --Babək Akifoğlu (müzakirə) 19:30, 22 iyun 2017 (UTC)Cavabla
Salam. Zəhmət olmasa burada keçiriləsn səsvermədə iştirak edərdiz.--Baskervill (müzakirə) 13:55, 12 iyul 2017 (UTC)Cavabla
İştirak etdim. --Babək Akifoğlu (müzakirə) 17:59, 12 iyul 2017 (UTC)Cavabla

Azərbaycan dilinə uyğunlaşdırma

[mənbəni redaktə et]

Salam. Mənim hazırladığım Riçard HarrisCeremi Ayrons məqalələrinə "Azərbaycanca deyil" şablonu əlavə etmisiniz. Cümlələr Azərbaycan dilinə uyğundur axı. Gözümdən qaçan başqa bir səhvlik varsa, zəhmət olmasa, bu səhvliyi düzəltməkdə kömək edin. Təşəkkürlər! -- Hüseynzadə (müzakirə) 10:03, 20 iyul 2017 (UTC)Cavabla

Aktyorların hər ikisinin filmoqrafiyası ingilis dilindədir. Tərcümə tələb edir. --Babək Akifoğlu (müzakirə) 12:42, 20 iyul 2017 (UTC)Cavabla
Babək Akifoğlu, anladım. Düzəldiləcək, təşəkkürlər. -- Hüseynzadə (müzakirə) 16:42, 20 iyul 2017 (UTC)Cavabla

Bağışlayın, bir daha narahat edirəm, cənab Babək Akifoğlu. Ceremi Ayrons məqaləsində lazımlı düzəlişləri etdim. Riçard Harris həm aktyor, həm də müğənni olduğundan məqalədə filmlər və mahnılarının siyahısı var. Filmlər tərcümə olunmalıdır. Bəs mahnılar necə? -- Hüseynzadə (müzakirə) 12:37, 22 iyul 2017 (UTC)Cavabla

Mahnı adlarının orijinal olaraq saxlanılması məqsədəuyğundur. --Babək Akifoğlu (müzakirə) 12:48, 22 iyul 2017 (UTC)Cavabla
Oldu, çox sağolun. -- Hüseynzadə (müzakirə) 12:51, 22 iyul 2017 (UTC)Cavabla

85.132.78.59

[mənbəni redaktə et]

Bir daha salam, cənab Babək Akifoğlu. Bu istifadəçi vandalizmlə məşğuldu. Bir neçə məqaləni korlayıb. Bilmirəm, belə vəziyyətlə qarşılanda hər dəfə idarəçilərə çatdırmaq lazımdır, yoxsa elə mənim kimi istifadəçilər də nəsə tədbir görə bilər? -- Hüseynzadə (müzakirə) 16:30, 22 iyul 2017 (UTC)Cavabla

✅Y Bloklandı. Belə hallarda idarəçilər gec-tez tədbir görürlər. İstifadəçilərə qaldıqda isə, edilən qərəzli dəyişiklikləri onlar da geri qaytarmaq hüququna malikdirlər. --Babək Akifoğlu (müzakirə) 16:43, 22 iyul 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Milad Beygi
Salam Hörmətli həmкar. Sizi laboratoriya
səhifəsində Azərbaycan taeкvondoçusu, 2016
Rio Olimpiadasının bürünc medalçısı
Milad Beygi haqqında hazırlanan məqaləyə
səs verməyə dəvət edirəm.
Məhz Sizin, verdiyiniz səslərlə məqalə, status alacaq.

Hörmətlə Barselona 17:45, 24 iyul 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Sizi laboratoriya səhifəsində Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının haqqında hazırlanan siyahıyə səs verməyə dəvət edirəm. --Azərbaycan-e-Cənubi 03:30, 8 avqust 2017 (UTC)Cavabla

Məqalələrin adının dəyişdirilməsi

[mənbəni redaktə et]

Salam Babək bəy. Necəsiniz? Sizdən bir xahişim olacaq. Məqalələrin adını dəyişdirməyiniz yaxşı haldır. Amma, məqalənin adını dəyişdirəndə zəhmət deyilsə, həmin məqalədə olan şablonda da adı dəyişdirin. Sağolun. Hörmətlə Barselona99 (müzaкirə) 18:19, 13 avqust 2017 (UTC)Cavabla

Salam, istifadəçi Barselona99. Məqalə adının yanlış yazılması səbəbindən başlıq tərəfimdən dəyişdirildi. Bu məqalə müəllifi olan sizə yanlış yolda olduğunuzu bildirən istinad nöqtəsi kimi bir işarədir. Hazır başlığa uyğun olaraq, mətndəki adları dəyişdirmək müəllif kimi sizin öhdənizə düşür. Uğurlar! --Babək Akifoğlu (müzakirə) 19:02, 13 avqust 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısının "Seçilmiş siyahı" statusu alması üçün bu səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. --Azərbaycan-e-Cənubi 13:51, 23 avqust 2017 (UTC)Cavabla

Seçilmiş məqalə statusunun geri alınması

[mənbəni redaktə et]

Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib

Hörmətlə --Azerifactory (müzakirə) 07:27, 7 sentyabr 2017 (UTC)Cavabla

İsfəndiyar (Qaraqoyunlu)Əmir İsfahan

[mənbəni redaktə et]

Salam Babək bəy. Bu iki məqalədə eyni adamdan söhbət gedir. Ancaq adları başqadır. Dövrümüzün tarixi mənbələrində İsfəndiyar (Qaraqoyunlu) deyə şəxs yoxdur. İspənd keçir Faruk Sümer də, yazır ki, Əmir İsfahan elə İspənddir. İsfəndiyar (Qaraqoyunlu) məqaləsi həm də ölçüsünə görə kiçikdir. Bu səbəbdən sizə yazıb, müraciət edirəmki İsfəndiyar (Qaraqoyunlu) məqaləsini silərdiz zəhmət deyilsə.--Rufet Turkmen | müzakirə 13:13, 13 sentyabr 2017 (UTC)Cavabla

✅Y Silindi. --Babək Akifoğlu (müzakirə) 14:46, 13 sentyabr 2017 (UTC)Cavabla
Təşəkkürlər--Rufet Turkmen | müzakirə 13:39, 14 sentyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:16, 1 oktyabr 2017 (UTC) Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:10, 2 oktyabr 2017 (UTC) Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Belarus gerbi
Salam, hörmətli həmkar! Belarus gerbi məqaləsinin "Laboratoriya" səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

~Hörmətlə: oyuncu aykhanfikrini de! 06:48, 8 oktyabr 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam. Narahat etmirəm? Mənə, bir mövzuda yardım edə bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 18:14, 11 oktyabr 2017 (UTC)Cavabla

"Почётный знак отличия президента Украины": bu sözü azərbaycan dilinə heç cür tərcümə edə bilirəm. Yardım edə bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 18:15, 11 oktyabr 2017 (UTC)Cavabla
Salam. Qeyd etdiyiniz ifadə dilimizə Ukrayna prezidentinin fəxri fərqlənmə nişanı şəklində tərcümə olunur. --Babək Akifoğlu (müzakirə) 21:11, 11 oktyabr 2017 (UTC)Cavabla

Flora Kərimova

[mənbəni redaktə et]

Salam, Bilirəm bu fakt dəllillər Siizlər üçün qəbul etmək olduqca çətin və heyratamizdir. Mən şəxsən Flora Kərimovayam və dəyişilikləri öz həyatimla bağlı şəxsən mən edirəm. İllərdir həyatim mənim qət etdiyim mənim yaşadığı və uğrunda mübarizə apardığım əqidədə gördüyüm xidmətlərim danılıb yox edilib saxtalaşdırılıb. Mən Sizdən soruşuram Sizdən nəyə əsasən mən sağ olduğum və yaşadığım halda gözüm görə görə Siz mənim 1989-1991-ci il Milli Azadlıq Hərakatında apardığım mübarizə yolumu Silirsiz? İcitimayi fəaliyyətimi silirsiz? Bununla nəyi sübut etmək niyyətindəsiz Azərbaycan Azadlığı o mübarizə havadan gəldi o uğurlar bu günün 18 oktyabr 1991 -ci il Müstəqillik akti heç bir əziyyətsiz baş verildi? Siz bununla mənim həyatimi niyə təhrif edirsiz? Əgər bu gün Siz bu portalda AZƏRBAYCAN bölməsini varlığını dərk edib ona sevirsizsə bu müstəqilliyi Sizlərə bəxş etmək üçün həyatınını hər bir uğurundan yüksəli.indən rifahindan firavalığından əldə etdiklərindən azadlığından keçib məşəqqət həyatı sürən və ölməyən sağ qalan bir insanın Floranın mənim həyatıma dair olan nüansları silib süpürməklə təhrif etməklə nəyin niyyətinə çatmaq istəyirsiz Onun izzahını mənə verin! Lazımdırsa biz görüşək mən Flora Kərimova illərdir varlıq yasağı altında qalan bir kadın həm özümün həm də xalqımın dövlətimin ədalət və hüquq və haqlarını qorumağı bacaran bir kəsəm. Necə Sovet ordusuna sovet imperyasına sinə gərib 18 Oktyabr 1991-ci ildə Müstəqil Azərbaycanın elan olunmasında aktiv fəaliyətim olmuşdursa bu hadisələrin baş vermsinin iştirakçılarından biri olaraq sizin Mənim həyatimi saxtalaşdırmağınız mənqitli və dürüst hərəkət deyil. İzah edin niyə? — Bu imzasız yazı Florakarimova (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 16:19, 18 oktyabr 2017 (UTC)Cavabla

Hörmətli istifadəçi Florakarimova. Əvvəla, Azərbaycandilli Vikipediyada sizi salamlamaq istərdim. İkincisi, şəxsən Flora Kərimova ilə danışdığımın təsdiqini tapa bilmədiyim üçün indiki vəziyyətdə bunun həmçinin birinci dərəcəli məsələ olmadığını düşünürəm. Redaktə ilə bağlı bu anlaşılmazlığa aydınlıq gətirməyə ehtiyac olduğunu anlayıram. Şəxsi qərəzdə günahlandırdığınıza görə, qeyd etməyi özümə borc bilirəm ki, Flora Kərimovanın həm şəxsiyyətinə, həm də yaradıcılığına böyük hörmətim var və onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərini heç kim dana, silə və yaxud dəyişə bilməz. Sizin etdiyiniz redaktədə göründüyü kimi əlavə etdiyiniz cümlə anlaşılmazlığa və qeyri-dəqiqliyə yol açırdı. Əlavədən sonra preambulada Milli Azadlıq Hərakatı ictimai xadim sözləri əks olunurdu. Bu isə yarımçıq və müəllifin konkret olaraq, birinci və ya ikinci fikri ifadə etmək istədiyini anlaşılmaz edirdi. Ona görə də geri qaytarılmanın səbəbi sadəcə cümlədəki qeyri-dəqiqlik olub. İkinci redaktənizdə isə daha dəqiq olaraq, Milli Azadlıq Hərəkatı fəalı sözləri qeyd olunub və bu variant saxlanılıb. Gələcəkdə əlavə suallar yaranarsa, Vikipediya:Beş əsas prinsip səhifəsindən ilkin suallarınıza cavab tapa bilərsiniz. Əgər Flora Kərimova haqqında xüsusi rəsmi mənbə və istinadlara maliksinizsə, bunu zaman olduqca müğənninin vikipediya səhifəsinə əlavə etsəniz, səhifənin zənginləşməsinə kömək etmiş olarsınız. Həqiqətən şəxsən Flora Kərimova ilə yazışıramsa, Sizə bir daha şəxsi hörmət və ehtiramımı bildirirəm. Sizə yeni viki-fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə --Babək Akifoğlu (müzakirə) 19:51, 19 oktyabr 2017 (UTC)Cavabla

Salamlar Babək bəy fəaliyyətinizdə uğurlar. Fikrimcə sildiyiniz bu səhifəni yönləndirmə kimi bərpa etsəz yaxşı olardı. Çünki çox insanlar internetde bu cür axtarış edirlər.--Rufet Turkmen | müzakirə 21:50, 21 oktyabr 2017 (UTC)Cavabla

Salam, Rüfət bəy. Yönləndirmə səhifəsi vasitəsilə keçid verildi. Lakin səhifənin orijinalda olduğu kimi Ölülər nağıl danışmır şəklində qalması daha məqsədəuyğundur. Hörmətlə --Babək Akifoğlu (müzakirə) 21:19, 8 noyabr 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam. Sizə bir sualım olacaq. Mən, Azərbaycanın ordenlərinin siyahısıAzərbaycanın medallarının siyahısı haqqında məqalələr yarada bilərəm? Rus dilli ViKidə, bu tip məqalələr yaradılıb: bubu. Yəni, yaratsam, silinməz? Hörmətlə Barçamaniya (müzakirə) 20:30, 8 dekabr 2017 (UTC)Cavabla

Salam, istifadəçi Barçamaniya. Qeyd etdiyiniz mövzu ensiklopedikdir. Vikiqaydalara uyğun hazırlansa, silinməz. --Babək Akifoğlu (müzakirə) 20:35, 8 dekabr 2017 (UTC)Cavabla
Belə bir siyahı necədir? Barçamaniya (müzakirə) 20:39, 8 dekabr 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam. Bu məqaləni, Laboratoriyaya təqdim edə bilərsiniz? Barçamaniya (müzakirə) 18:55, 9 dekabr 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam. Bu məqaləni, Laboratoriyaya təqdim edə bilərsiniz? Barçamaniya (müzakirə) 08:54, 10 dekabr 2017 (UTC)Cavabla

✅Y Təqdim edildi. --Babək Akifoğlu (müzakirə) 09:06, 10 dekabr 2017 (UTC)Cavabla
Babək bəy, niyə əleyhinə səs vermisiniz? Qüsurları deyə bilərsiniz? Həmin problemləri aradan qaldırım. Barçamaniya (müzakirə) 09:11, 10 dekabr 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Anna Dadli
Salam, hörmətli həmkar! Sizi Anna Dadli məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün məqalənin bu səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm --Wikipediya M (müzakirə) 15:30, 15 dekabr 2017 (UTC)Cavabla

Laboratoriya

[mənbəni redaktə et]

Zəhmət deyilsə "Laboratoriyaya namizəd siyahısı"na nəzər yetirin. Hörmətlə --Hilal knight (müzakirə) 16:17, 22 dekabr 2017 (UTC)Cavabla

Implausible redirects left over by Needpower

[mənbəni redaktə et]

İstifadəçi:Needpower moved a bunch of pages, such as Telepuziklər (teleserial, 1997) and Dambo (cizgi filmi, 1941). The results of such are implausible redirects left over from the vandalism. I tagged Dambo (cizgi filmi, 1997) and Müzakirə:Telepuziklər for deletion as such, but there are more. Can you delete them? (For the rest of the redirects left, see the other page moves by the now blocked account). 2602:306:83A9:3D00:D83:BD88:FB12:50C0 23:40, 25 dekabr 2017 (UTC)Cavabla

Təbrik

[mənbəni redaktə et]

Salam. Sizi qarşıdan gələn "Dünya Azərbaycanlıların Həmrəylik günü" və "Yeni İl" münasibəti ilə təbrik edirəm. --►Anar Məmmədov (müzakirə) 29 dekabr, 2017 (UTC)

Anar bəy, sizə təşəkkür edir, öz növbəmdə mən də təbriklərimi çatdırır, yeni ildə uğurlar arzulayıram. --Babək Akifoğlu (müzakirə) 09:38, 29 dekabr 2017 (UTC)Cavabla

Təşəkkür edirəm! Fəaliyyətinizdə uğurlar! ►Anar Məmmədov (müzakirə) 29 dekabr, 2017 (UTC)

Mükafat

[mənbəni redaktə et]
Ləyaqət və nəciblik nişanı
Azərbaycan vikipediyasında fəaliyyətinizi nəzərə alaraq sizə bu mükafatı təqdim edirəm. Bu mükafat sizin haqqınızdır! Fəaliyyətinizdə uğurlar! Hörmətlə: Anar Məmmədov de! 29 dekabr, 2017 (UTC)

Sizə bu mükafatı təqdim etmək mənim üçün bir şərəfdir! Hörmətlə: Anar Məmmədov de!

Mükafat üçün sizə təşəkkürümü bildirir, gələcək viki-fəaliyyətinizdə müvəffəqiyyət diləyirəm. --Babək Akifoğlu (müzakirə) 20:57, 29 dekabr 2017 (UTC)Cavabla