Çanaqqala döyüşü
Çanaqqala döyüşü | |||
---|---|---|---|
Birinci dünya müharibəsi | |||
Tarix |
Suda: 19 fevral - 18 mart 1915 Quruda: 25 aprel 1915 - 9 yanvar 1916 |
||
Yeri | Gelibolu yarımadası | ||
Nəticəsi | Azad etmə əməliyyatları 9 yanvar 1916-cı ildə tamamlanmışdır. Gelibolu müharibələri Osmanlı qüvvələrinin zəfəriylə nəticələnmişdir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915–1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşmiş, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Erik Bolc tərəfindən yazılan döyüş əleyhdarı mahnısı "And The Bant Played Waltzing Matilda" bu döyüşlə əlaqədardır.
Başlanğıc səbəbləri
[redaktə | mənbəni redaktə et]Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı. Bu müqavilədən dərhal sonra səfərbərlik başlamışdı. Aralıq dənizində ingilis donanması qarşısında geri çəkilən alman ağır kreyserlərinin admiral Sukonun rəhbərliyi ilə 10 avqust 1914-cü ildə Çanaqqala boğazını keçərək İstanbula gəlmələri böyük bir gərginlik yaratmışdı. Alman donanmasına məxsus bu gəmilərin boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı dövləti bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi azaltmışdır. Haqqında danışılan gəmilər 16 avqust 1914-cü ildə Yavuz və Midilli adlarıyla Osmanlı donanmasına qatıldı. Bu gəmilərdəki Alman dənizçiləri, Osmanlı donanmasına aid zabit və əsgər formaları geyərək gəmilərdəki vəzifələrini davam etdirmişlər, Admiral Souchon isə Osmanlı donanmasının komandanı olmuşdur. Beləcə Almaniya, yaxın gələcəkdə rus limanlarına qarşı istifadə edilmək üçün iki böyük silahını Aralıq dənizindən keçirərək Qara dənizin yaxınına atmış oldu. Admiral Sukon tabeliyində olan, Yavuz və Midillinin də içində olduğu Osmanlı donanmasının 27 oktyabr 1914-cü ildə Qara dəniz sahillərindəki Rus limanlarını bombalamaları səbəbindən Rusiya İmperatorluğu və Birləşmiş Krallıq, Osmanlı Dövlətinə müharibə elan etdi.
Çanaqqalanın iqtisadi və strateji önəmi
[redaktə | mənbəni redaktə et]Avropa cəbhələrindəki hadisələr, İngiltərə və Fransanı müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətində gətirmişdir. Onsuz da Rusiya, Almaniya üzərində kifayət qədər güclü bir təzyiq edə bilmirdi. Məhdud sənaye tutumu səbəbindən İngilis və Fransız dəstəyinə ehtiyac duyulurdu. Fransa və İngiltərənin bu dəstəyi təmin etməsi üçün ola biləcək dörd yol vardidi. Şimal nəqliyyat xəttlərindən ikisi keçinilməz idi. Şimal Dənizi, ilin çox böyük hissəsində donmuş olduğundan dəniz nəqliyyatına imkan vermirdi, Baltik dənizi isə Alman Donanmasının nəzarətində idi. Orta nəqliyyat yolu olan Avropa quru yolu da almanların nəzarəti altında idi. Dördüncü yol isə Osmanlı Dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi. Avropalılar zəif hesab etdikləri Osmanlı Dövlətini boğazlardan bir hücumla qovacaqlarını düşünürdülər. Bu zaman Rusiyanın dəstəklənilməsi mümkün olacaqdı, həm də Osmanlı Dövlətinin məğlubiyyəti ilə Almaniya bir müttəfiqini itirmiş olacaqdı. Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş Kanalı, İngiltərənin Uzaq şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı. Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması xüsusilə əhəmiyyətli idi. Boğazların ələ keçirilməsi İngilis və Fransız firmaları üçün böyük qazanclar gətirəcəkdi.
Müharibənin başlanğıcı
[redaktə | mənbəni redaktə et]19 fevralda 1915-ci ildə, güclü Fransız qüvvələri ilə İngilis Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başlamış oldular. Admiral da Robeckun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə qalxmışdır. Ancaq Nüsrət Mina Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları tərəfindən böyük ziyan aldılar. Bəzi balıqçılar, ingilislər tərəfindən mina toplama işinə cəlb edilsələr də, Osmanlı ordusunun açdığı top atəşindən qorxaraq qaçmışdılar. Yerində qalmış bu minalar ingilis və fransızların üç döyüş gəmisini batırmışdır. Daha bir-neçə ingilis və fransız döyüş gəmilərinə böyük ziyan dəymişdir. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz bir mənəvi qüvvət vermişdir. Bu ağır itkilər İttifaq dövlətlərinə, Çanaqqalanı dəniz yoluyla keçə bilməyəcəklərini əyan etdi. İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istədilər. İttifaq Dövlətləri yarımadaya çıxaraq Osmanlı Dövlətini qurudan məğlub etməyi planlaşdırmışdılar. Hücum iki cəbhədən, Seddülbahir Cəbhəsindən və Arıburnu Cəbhəsindən edilmişdir.
Savaş əsnasında
[redaktə | mənbəni redaktə et]Seddülbahir Cəbhəsindəki ingilis və fransız birliklərinin ilk hədəfi Çirkdə Kəndi və şimalındakı Alçıtəpə olmuşdur. Üç dəfə hücum edilməsinə baxmayaraq müvəffəqiyyətsizliyə uğrayan cəbhə komandirləri, ingilis komandir H. Weston və fransız komandir Gouraund, bütün cəbhə xəttində deyil də, daha məhdud bir xəttdən hücumları lazımlı görmüşlər. Planın ilk əməliyyatı, cəbhənin ən sağ (şərq) bölgəsi olan Kerevizdərədə tətbiq edildi. 18 iyunda başlayan top atışı üç gün davam etdirilmişdir. 21 iyunda fransızlar, təpəni ələ keçərməyi bacarmışdır. Bir sonra Zığındərə hücum başladı. 30 iyun 1915-ci ilin səhərinədək bir neçə dəfə əldən-ələ keçən Zığındərə, sonda ingilislərdə qalmışdır. Polkovnik Həsən Bəsrinin diviziyasının Zığın kürəyinə və Polkovnik Nicolainin tabeliyində olan diviziyanın Zığındərənin şərq yamaclarına təkrar hücumları isə nəticəsiz oldu. Hər iki qanaddan edilən hücumların ardından bu dəfə cəbhənin mərkəz hissəsindən hücuma keçilmişdir. Üç saat davam edən və 60.000 min top gülləsinin istifadə edildiyi hazırlıq atəşi ardından 12 iyul 1915-ci ilin səhəri başlayan hücum iki gün davam etmişdir. Hazırlıq atəşindən sonra hücuma başlayan ingilislər, heç bir döyüşçünün sağ qalmadığı ilk xətt sipərlərini alsalar da, ikinci xətt sipərlərində ağır itkiyə uğrayaraq geri çəkilmişdilər. Günortadan sonra ehtiyatdakı ingilis briqadasının girişdiyi hücumda ingilislər, üçüncü xətt sipərlərinə girsə də Osmanlıların hücumlarıyla yenidən köhnə mövqesinə çəkilmişdirlər. Növbəti hücum, 6 avqustda Çirkdə kəndi istiqamətində başlamışdır. İngilislər, ilk xətt sipərlərinə daxil olmuş, ancaq qarşı hücumla geri atılmışlar. Hücumun ikinci günü ingilis hücumları, Çirkdə Kəndinin cənub qərbindəki bir bağ sahəsinin bir hissəsini tuta bilmişdilər. İngilis hücumunun müvəffəqiyyətsiz olması səbəbindən General Sirr Ian Hamilton, Seddülbahir Cəbhəsində heç bir döyüşün keçirilməməsi əmrini vermişdir.
Arıburnu Cəbhəsində 25 aprel 1915-ci ilin səhəri hücuma keçən Anzak Kolordusu qüvvələri isə, Polkovnik Mustafa Kamalın 10 avqust səhəri başlatdığı hücum ilə geri çəkilmək məcburiyyətində qalmışdılar. Gelibolu yarımadasında bir nəticə əldə edə bilmək üçün ingilis generalı Sir Ian Hamilton, şimalda üçüncü bir cəbhə (Anafartalar cəbhəsi) açmaq qərarına gəlmişdi. 6 avqust 1915-ci il tarixində Suvla Qoyuna qoşun çıxarıldı. 5–6 avqust gecəsi başlayan hücum gün boyu davam etmişdir. Osmanlılar mövqelərini qorumağı bacarmışdır. Misirdə olan 5.000 minlik bir diviziya da cəbhəyə gətirildi. İçəridən və çöldən möhkəmləndirilən Anafartalar Cəbhəsindəki qüvvələrlə birlikdə ümumi bir hücum planlaşdırıldı. İkinci ümumi hücumuyla eyni gündə, 21 avqustda Anzak birliklərinin Bomba Təpə hücumu nəticəsiz və Çanaqqala Döyüşünün son müharibəsi olmuşdur. Bomba Təpədəki qarşıdurmalar isə 29 avqust tarixinə qədər davam etsə də təpə, Osmanlıların əlində qalmışdır.
Osmanlı qüvvələrinin müqaviməti qarşısında cəbhələr bağlanmışdır. Bolqarıstan 14 oktyabr 1915-ci il tarixində İttifaq Dövlətlərinə qatılmışdır. Almaniya ilə Osmanlı arasında Balkanlar üzərindən dəmiryolu xətti isə 29 oktyabrdan işləməyə başlamışdır. Bu tarixdən üç gün sonra General Ian Hamilton vəzifədən alınaraq yerinə General Charles Monro təyin edilmişdir. 16 noyabrda Müttəfiqlərin Selanik Cəbhəsi də General Monroya bağlanmışdır. General Birdvood, General Monroya bağlı olmaq üzrə Çanaqqala Müttəfiq Qüvvələri Komandirliyinə təyin edildi. 7 dekabr 1915-ci il tarixində Arıburnu və Anafartalar Cəbhələrindəki Müttəfiq qüvvətlər çıxarılaraq Selanik Cəbhəsinə aparılmışdır, Seddülbahir Cəbhəsindəki qüvvələr isə yerlərində qalmışlar. Bu cəbhədəki qüvvələrin azad edilməsinə isə 27 dekabr 1915-ci il tarixində qərar verilmişdir. Azad etmə əməliyyatları 9 yanvar 1916-cı ildə tamamlanmışdır. Beləcə Gelibolu müharibələri Osmanlı qüvvələrinin zəfəriylə nəticələnmişdir.
Mustafa Kamal bu döyüşdə Conkbayırı Anafartalar və Arıburnunda hərdi vəzifələr yerinə yetirmişdir. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və döyüşün son mərhələlərində üzərinə götürdüyü vəzifələr, Mustafa Kamalın əsgəri qabiliyyətlərini ortaya çıxarmış, "Anafartalar Qəhrəmanı" olaraq tanınmasını təmin etmişdir. Bu vəziyyət daha sonraları Mustafa Kamalın milli liderliyini ortaya çıxarmışdır.
Savaşdakı itkilər
[redaktə | mənbəni redaktə et]Ölü və Yaralı Balansı | |||
---|---|---|---|
Ölən | Yaralı | Toplam | |
Avstraliya | 8.709 | 19.441 | 28.150 |
Yeni Zelandiya | 2.701 | 4.852 | 7.553 |
Böyük Britaniya | 21.255 | 52.230 | 73.485 |
Fransa | 10.000 (Təxmini) | 17.000 | 27.000 |
Hindistan | 1.358 | 3.421 | 4.779 |
İtilaf Dövlətləri | 44.072 | 97.037 | 141.109 |
Osmanlı | 45974[1][2] | 174.634 | 251.000 |
İrsi
[redaktə | mənbəni redaktə et]Müttəfiq qüvvələrin yalnız bir hissəsinin olmasına baxmayaraq Çanaqqala müharibəsinin əhəmiyyəti Avstraliya və Yeni Zelandiyada güclü şəkildə hiss olunur[3]; Müharibəyə hər iki ölkədə "atəş vəftizi" kimi baxılır və müstəqil dövlətlər kimi meydana çıxmaları ilə əlaqələndirilir. Təxminən 50.000 Avstraliyalı, Çanaqqalada və 16.000–17.000 Yeni Zelandiyalı arasında xidmət etdi[4]. Kampaniyanın müharibədən sonra "Anzak ruhu" konsepsiyasında yer alan döyüşçülərin keyfiyyətləri haqqında məşhur inanclarla sıx əlaqəli olan bənzərsiz bir Avstraliya şəxsiyyətinin ortaya çıxmasında rol oynadığı iddia edildi[5][6][7][8].
25 apreldə enmə hər il hər iki ölkədə "Anzak Günü" olaraq qeyd olunur. İlk təkrarlama 1916-cı ildə Melburn, Brisben və London kilsələrində rəsmi olaraq 1923-cü ildə bütün Avstraliya əyalətlərində rəsmi tətil kimi tanınmadan əvvəl qeyd edildi. [9] Bu gün də 1920-ci illərdə Yeni Zelandiyada milli bir bayram oldu. [9] Qazilər üçün mütəşəkkil yürüşlər 1925-ci ildə başladı, həmin il xidmət Çanaqqala çimərliyində edildi; iki il sonra ilk rəsmi səhər yeməyi Sidney Kenotafda edildi. 1980-ci illərdə Avstraliya və Yeni Zelandiya turistlərinin səhər yeməyində iştirak etmək üçün Çanaqqalanı ziyarət etməsi populyar oldu və o zamandan bəri minlərlə insan ziyarət etdi. [248] 75-ci ildönümünə 10.000-dən çox insan Türkiyə, Yeni Zelandiya, İngiltərə və Avstraliyadan olan siyasi liderlərlə qatıldı.[10] Şəfəq xidmətləri Avstraliyada da keçirilir; Yeni Zelandiyada şəfəq xidməti bu günü qeyd etməyin ən populyar növüdür[11] . Anzak Günü, Avstraliya və Yeni Zelandiyada müharibə itkiləri və qazilərinin xatirə gününü (Sülh Günü) üstələyərək ən əhəmiyyətli anım mərasimi olaraq qalır[12].
-
Anzak Körfəzindəki Çanaqqala Şəhidləri Memorialı, Gelibolu yarımadasında Osmanlı və Anzak əsgərlərinin ölümünə həsr edildi
-
Avropa və Asiyanı birləşdirən Çanaqqala Boğazı üzərindəki 1915 Çanaqqala körpüsü tamamlandıqda dünyanın ən uzun asma körpüsü olacaqdır.[13]
-
Kralın Domeni Melburnda yerləşən Avstraliya-Türk Dostluq Memorialı, Birinci Dünya Müharibəsində şəhid olan əsgərlərə hörmət və Avstraliya-Türkiyə münasibətlərinə hörmət abidəsi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [1] Arxivləşdirilib 2009-10-02 at the Wayback Machine Baxıldı 4 avqust 2009 Resmi ölü rakamları
- ↑ [2] Arxivləşdirilib 2015-09-02 at the Wayback Machine Baxıldı 4 avqust 2009
- ↑ Williams, 1999. səh. 260
- ↑ Dennis, 2008. səh. 37–42
- ↑ Crawford, Buck, 2020. səh. 8, 117
- ↑ Coulthard-Clark, 2001. səh. 103
- ↑ Green, 2013
- ↑ Ministry for Culture and Heritage, 2016. səh. 1
- ↑ 1 2 Wahlert, 2008. səh. 9
- ↑ Fewster, Basarin və Basarin, 2003. səh. 13
- ↑ Anzac Day Today
- ↑ Dennis, 2008. səh. 32
- ↑ "Groundbreaking ceremony for bridge over Dardanelles to take place on March 18". Hürriyet Daily News. 2017-03-17. 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Basarin, Vecihi; Basarin, Hatice Hurmuz. Beneath the Dardanelles: The Australian Submarine at Gallipoli. Crows Nest, NSW: Allen & Unwin. 2008. ISBN 978-1-74175-595-4. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
- Baly, Lindsay. Horseman, Pass By: The Australian Light Horse in World War I. East Roseville, NSW: Simon & Schuster. 2003. OCLC 223425266.
- Carlyon, Les. "Australian War Memorial Anniversary Oration: Gallipoli in a Nation's Remembrance". soundtrack and text. Australian War Memorial. 11 November 2004. 8 December 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2008.
- Erickson, Edward J. Gooch, John; Reid, Brian Holden (redaktorlar ). Ottoman Army Effectiveness in World War I: A Comparative Study. Military History and Policy. Abingdon, Oxon: Routledge. 2007. ISBN 978-0-203-96456-9.
- Gilbert, Martin. The First World War: A Complete History. New York: Henry Holt and Co. 2004. ISBN 978-0-8050-7617-2.
- Hart, Peter. Gallipoli. London: Profile Books. 2011. ISBN 978-1-84668-159-2.
- Kraaijestein, Martin; Schulten, Paul. Het Epos van Gallipoli. Feiten, verhalen en mythen over de geallieerde aanval op Turkije tijdens de Eerste Wereldoorlog [The Epic of Gallipoli. Facts, Stories and Myths about the Allied Attack on Turkey during World War I] (holland). Soesterberg: Uitgeverij Aspekt. 2009. ISBN 978-90-5911-758-7.
- Kyle, Roy. An Anzac's Story. Camberwell: Penguin. 2003. ISBN 978-0-14-300187-4.
- Laffin, John. Damn the Dardanelles!: The Story of Gallipoli. London: Osprey. 1980. ISBN 0-85045-350-X. OCLC 7770209.
- Özdemir, H. The Ottoman Army: Disease and Death on the Battlefield 1914–1918. Salt Lake City: University of Utah Press. 2008 [2005]. ISBN 978-1-60781-964-6.
- Patton, George S. The Defense of Gallipoli: A General Staff Study. Hawaii: Hawaiian Department. 1936.
- Plowman, Peter. Voyage to Gallipoli. Kenthurst, NSW: Rosenberg. 2013. ISBN 978-1-922013-53-8.
- Orr, Philip. Field of Bones: An Irish Division at Gallipoli. Dublin, Ireland: Lilliput Press. 2006. ISBN 978-1-84351-065-9.
- Tyquin, Michael. Gallipoli: The Medical War. Sydney: University of New South Wales Press. 1993. ISBN 978-0-86840-189-8.
- Uyar, Mesut. The Ottoman Defence Against The Anzac Landing. Australian Army Campaigns. 16. Newport, NSW: Big Sky. 2015. ISBN 978-1-925275-01-8.
- Waite, Fred. The New Zealanders at Gallipoli. Official History New Zealand's Effort in the Great War. I. Auckland, NZ: Whitcombe and Tombs. 1919. OCLC 8003944. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Çanakkale Vakfı
- Çanakkale Savaşı Müzesi
- A Digger History Associate
- Çanakkale Şehitleri Tanıtım ve Araştırma Derneği Arxivləşdirilib 2020-05-04 at the Wayback Machine
- Scanned PDF volumes from the Australian War Memorial of the Official History of Australia in the War of 1914–1918: Vol. I Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine / Vol. II Arxivləşdirilib 2005-04-01 at the Wayback Machine
- Visit Gallipoli: Australian site about Gallipoli and the Anzacs Arxivləşdirilib 2005-03-02 at the Wayback Machine, includes previously unpublished photographs, artworks and documents from Government archives.
- Digger History
- Gallipoli Despatches Arxivləşdirilib 2007-12-15 at the Wayback Machine
- Illustrated account of a visit to the Gallipoli battlefields at 'Battlefields Europe' Arxivləşdirilib 2007-12-18 at the Wayback Machine
- New Zealanders at Gallipoli Arxivləşdirilib 2008-10-13 at the Wayback Machine
- Guide to Gallipoli on www.anzac.govt.nz. Includes interactive panoramas Arxivləşdirilib 2005-04-19 at the Wayback Machine
- Five Months at Anzac, by Joseph Lievesley Beeston
- Memoirs & Diaries: The Evacuation of Suvla Bay
- Poems from Anzac Cove by Gunner F. E. Westbrook 1915
- Royal Engineers Museum Arxivləşdirilib 2010-06-03 at the Wayback Machine Royal Engineers and the Gallipoli Expedition (1915–16)
- Gallipoli pages in Turkey in the First World War Web Site Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine