Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 200.374 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Olimpiya (Mane)Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdir. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edir. Mane klassik tabloların əksinə, heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdir. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccüblənmişdirlər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Dəniz inəyidyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən "Hidrodamalis Kuesta"dan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7–8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Azərbaycanın Milli Qəhrəmanlarının siyahısıAzərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən 221 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. İndiyədək "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli