iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://mugam.musigi-dunya.az/m/mugam_meclisleri.html
Mugam Ensiklopediyasi

 

Muğam Məclisləri


Azərb. mədəniyyət tarixində mövcud olmuş xanəndəsazəndələrdən, muğam bilicilərindən ibarət yığıncaq, dərnək. XIX əsrin II yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunan “musiqi məclisləri” mövcud idi. Bu musiqi məclislərini bəzən “musiqi dərnəyi” və ya “musiqi salonu” da adlandırırdılar.

Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonu” qeyd olunmalıdır. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.