iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.wikiquote.org/wiki/Jorj_Sand
Jorj Sand — Vikisitat Məzmuna keç

Jorj Sand

Corc Sənd (1838)

Jorj Sand - fransız yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram.
  • Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər.
  • Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər.
  • Evlilik evlənənə qədər çox gözəl olur.
  • Fikirlərinin yaşını heç kimə açma.
  • Həqiqət həmişə sadədir, di gəl ki, ona doğru bir çox ağır maneələrdən keçib-getmək lazım gəlir.
  • Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər.
  • Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata.
  • Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.
  • Həyatda bir sevinc var – sevib sevilmək.
  • Həyatda dostluqdan gözəl bir şey çətin tapılar.
  • Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.
  • İnsan qəlbi heç vaxt dərinliyinə nüfuz edilməmiş və nüfuz edilməyəcək iztirablar yeridir.
  • İztirab çəkməmiş bir ruh səadətdən nə anlaya bilər?.[1]
  • Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.
  • Qoy başqaları bir-birinə tənbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.
  • Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir.
  • Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.
  • Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.
  • Musiqi sahəsi emosional həyəcandır. Musiqinin məqsədi bu duyğuları həyəcanlandırmaqdır və özü də onlardan ilham alır.
  • Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb.
  • Sevgisiz evlənmə ömürlük katorqadır.
  • Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır.
  • Sevmək iki dəfə yaşamaqdır.
  • Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir.
  • Sıxıntılardan qurtulmaq istəyirsənsə, daim işləyin.
  • Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib.
  • Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.244