Yonas Dovidaytis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yonas Dovidaytis
Doğum tarixi 12 iyul 1914(1914-07-12)
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 1983(1983-09-20) (69 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, pilot, jurnalist

Yonas Pranoviç Dovidaytis (12 iyul 1914, Vilnüs20 sentyabr 1983, Vilnüs) — Litva sovet yazıçısı, jurnalisti, pilotu, müharibədən sonrakı həyat mövzusunda ilk Litva sovet romanı olan "Naujamiestisdə böyük hadisələr" əsərinin (1951) müəllifi.

O, Litva ədəbiyyatında işçilərin həyatını ilk dəfə əks etdirən yazıçıdır.[1][2] Litva SSR əməkdar mədəniyyət işçisi (1964) və Litva SSR Lenin Komsomolu Mükafatı laureatıdır (1976).

1914-cü il iyulun 12-də Rusiya imperiyası ərazisində, Vilnada (indiki Vilnüs), Pranas Dovidaytesin ailsəində dünyaya gəlib. 1937-ci ildə Kaunas Aviasiya Məktəbini, 1938-ci ildə Texniki kolleci bitirmişdir.

Litva Aeroklubunda pilot olan Yonas 1939-cu ildə komanda ilə birlikdə Baltik hava yarışlarının qalibi olub. 1940-cı ildən Litva Aeroklubuna rəhbərlik edir, "Wings of Lithuania" və "People's Wings" aviasiya jurnallarının redaktoru olub. 1941-ci ilin iyununda atasının həbsindən sonra o da həbs edilək, 1944-cü ilə qədər qaldığı Arxangelsk vilayətindəki Karqopol düşərgəsinə göndərilir.

Müharibədən sonra jurnalist kimi fəaliyyət göstərən Yonas, "Tiesa" qəzetinin müxbiri (1944-1947), "Švyturys" ("Mayak", 1948-1950) və "Sparnai" ("Qanadlar", 1968-1970) jurnallarının redaksiyalarında işləyib.

O, 20 sentyabr 1983-cü ildə vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yazıçının bir çox əsərlərinin mərkəzində sahiblik psixologiyasının kollektiv sosialist əməyi və kollektiv məsuliyyət etikası ilə toqquşması dayanır. Yazıçı münaqişənin kəskinliyini çatdırmağı bacarır, ixtiraçılıq qabiliyyəti ilə doğru süjet qururdu, lakin xarici faktın təsviri çox vaxt ona personajlarının daxili vəziyyətini açmağa mane olur.

Yonas Lankutis[2]

1925-ci ildən jurnalistikada çalışan Yonasın müharibədən əvvəl yalnız "Dəmir üçlük" (1937) pyesi nəşr olunub.

“Tiesa” qəzetinin redaksiyasında işləyərək bərpa olunmuş zavodlar haqqında reportajlar hazırlayıb, esselər yazıb.

Hekayələr və esseləri bir sıra toplularda: “Ölüncəyə qədər dostlar”, 1947; "Hekayələr", 1947; “Sosialist əməyinin xüsusiyyətləri”, 1949; "Dəmirxanada", 1949; "Narahat adam", 1953; "Sevgi və nifrət", 1956; "Təhlükəli yol", 1956; "Fədakarlıq", 1956; "Bir yay gecəsində", 1961; "İnsan ayağı dəyməyən meşədə", 1963 və s. çap olunub.

Litva sovet ziyalılarının həyatı “Mavi göllər” (1964) romanında, Litva burjuaziyası mühəndisinin taleyi isə “Ağır işıq” (1966) romanında öz əksini tapıb.

Onun "Qanadlılar" (1964), "Şeytan sürüsü" (1966), "Aerodromun nağılları" (1967) romanları Litva sovet nəsrində ilk macəra janrlı əsərlərdən biridir.[3]

Ssenari müəllifi olduğu "Körpü" (1956) bədii filmi Litva Kinostudiyasının ilk filmlərindən biridir.

"Nauyamestisdə böyük hadisələr" ("Fırtınadan sonra") romanı

[redaktə | mənbəni redaktə et]

Ən məşhur əsəri olan respublikada sənayenin bərpasını, müharibədən sonrakı dövrdə qulaq-millətçi yeraltına qarşı mübarizə əks etdirən “Nauyamestisdə böyük hadisələr” (1951, birinci nəşrdə – “Fırtınadan sonra”, 1948) romanı olub. Roman Litva ədəbiyyatında fəhlə sinfindən bəhs edən ilk böyük əsər hesab olunur. 1951-ci ildə M.İ.Yufit tərəfindən rus dilinə tərcümə edilmiş roman "Sovet yazıçısı" nəşriyyatında rus dilində çap edilmişdir.

Dovidaytisin yeni reallıq yaratmaq mövzusuna həsr olunmuş “Fırtınadan sonra” (1948) romanında müharibədən sonrakı dövrün ictimai prosesləri öz əksini tapmışdır. "Fırtınadan sonra" romanı (sonradan yenidən işlənmiş və Nauyamestisdə böyük hadisələr, 1953-cü il adlanır) Litva ədəbiyyatının fəhlə sinfindən bəhs edən ilk böyük əsəridir. Müəllif burada, nasistlər qovulduqdan sonra elə ilk günlərdə qocaman yeraltı kommunistin rəhbərliyi altında metal emalı zavodunun işçilərinin öz müəssisələrini necə bərpa etməyə başladıqlarını göstərir.

Yonas Lankutis[2]

İki dəfə böyük maraqla oxuduğum roman olduqca maraqlı idi. Sosializm quruculuğu, insanların psixoloji durumunun dəyişməsi, yeni sovet respublikasının gizli düşmənlərinin məhvi və s. bütün bunlar 20-30-cu illərin rus gənc sovet kitablarında da var idi, amma burada bir özəllik var: Litva milli iqtisadiyyatının Qərbi Avropa bazarından keçmiş asılılığı yaxşı göstərilmişdir.

Marietta Şaqinyan[4]
  • Litva SSR əməkdar mədəniyyət işçisi (1964).
  • "Su altında məktub" hekayələri və "Pilotların portretləri" hekayələri kitablarına görə 1976-cı ildə Litva Lenin Komsomolu mükafatı laureatı.[5]
  • "Qırmızı əmək bayrağı" ordeni[6]
  1. Алгимантас Бучыс — Роман и современность: Становление и развитие литовского советского романа — М.: Советский писатель, 1977—414 с. — стр. 79
  2. 1 2 3 Йонас Ланкутис — История литовской литературы — Вага, 1977—956 с. — стр. 541
  3. Советский многонациональный роман / Георгий Иосифович Ломидзе, Софья Мосесовна Хитарова, Институт мировой литературы имени А. М. Горького — М.: «Наука», 1985—397 с. — стр. 95
  4. Мариэтта Сергеевна Шагинян - Дневник писателя (1950-1952) - М.: Советский писатель, 1953 - 509 с. - стр. 428
  5. Стасыс Липскис — Литовская литература −1976 — Вага, 1978—119 с. — стр. 83
  6. JONAS DOVYDAITIS (1914—1983) Arxivləşdirilib 2020-08-09 at the Wayback Machine // Maironio lietuvių literatūros muziejus
  • Довидайтис Йонас Пранович // Краткая литературная энциклопедия
  • Довидайтис Йонас Пранович // Большая советская энциклопедия — М.: Советская энциклопедия. 1969—1978.
  • Довидайтис Йонас Пранович // Стасыс Томонис — Литовская литература: рекомендательный указатель литературы — Книга, 1978—302 с. — стр. 165—168
  • Довидайтис Йонас Пранович // Емилия Дагытэ, Данутэ Страукаитэ — Писатели Советской Литвы: биографический словарь — Вага, 1978—256 с. — стр. 80