43°00′ şm. e. 43°24′ ş. u.HGYO

Yan silsilə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yan silsilə
Ümumi məlumatlar
Dağ silsiləsi Böyük Qafqaz
Mütləq hündürlüyü 5.642 m
Hündür zirvəsi Elbrus dağı
Yerləşməsi
43°00′ şm. e. 43°24′ ş. u.HGYO
Ölkə
Yan silsilə xəritədə
Yan silsilə
Yan silsilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Elbrus dağı

Yan silsiləBöyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m).

Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.[1]

  1. Yan silsilə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.