Xoşbəxtlik qayğıları (film, 1976)
Xoşbəxtlik qayğıları | |
---|---|
Fayl:Xoşbəxtlik qayğıları (film, 1976).jpg | |
Janr |
Dram Komediya Məhəbbət |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifi | Həsən Seyidbəyli |
Baş rollarda |
Firuz Babayev — İbrahim Şəfiqə Məmmədova- Rüxsarə Xalidə Quliyeva- Xalidə Şükufə Yusupova- Gülxar Dilarə Hüseynova- Səkinə Cəmilə Ağayeva- Zəhra Rəna Cəfərova- Sevinc |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar | Məmməd Hüseynov, Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1 noyabr 1976 |
Filmin digər adı | Səadət Qayğıları |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1976 |
Texniki məlumatlar |
9 hissə 2489 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID2158581 |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən...
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1)1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı
- "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin Xüsusi Diplomu verilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi : Həsən Seyidbəyli
- Quruluşçu rejissor : Həsən Seyidbəyli
- Quruluşçu operator : Rasim İsmayılov
- Quruluşçu rəssam : Məmməd Hüseynov, Mayis Ağabəyov
- Bəstəkar : Tofiq Quliyev
- Səs operatoru : Akif Nuriyev
- Rejissor : Elmira Əliyeva
- Operator : Yuri Varnovski
- Geyim rəssamı : Tatyana Əmirova
- Dekor rəssamı : Əli Əliyev
- Qrim rəssamı : Elbrus Vahidov
- Montaj edən : Esmira İsmayılova
- Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
- Rejissor assistenti : Aydın Mahmudbəyov, C. Şahverdiyev, C. Məmmədov
- Operator assistenti : V. Romanov, Vaqif Bağırov, İ. Kopanets
- Redaktor : Əhmədağa Qurbanov
- Mahnıların mətni : Tələt Əyyubov, S. Mustafazadə
- Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Dirijor : D. Ştilman
- Filmin direktoru : Daniil Yevdayev
Rollarda
[redaktə | mənbəni redaktə et]- Firuz Babayev — İbrahim
- Şəfiqə Məmmədova- Rüxsarə
- Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Xalidə
- Şükufə Yusupova- Gülxar
- Dilarə Hüseynova — Səkinə
- Cəmilə Ağayeva- Zəhra
- Rəna Cəfərova- Sevinc
- Nəsibə Zeynalova- Kişvər
- Zahirə İsmayılova- Zəkiyyə
- Əli Zeynalov- Zəkiyyənin atası
- Rasim Balayev- Sənan
- Tahir Yaxın- Mürsəl
- Ələsgər Məmmədoğlu- Əlövsət
- Muxtar Maniyev- Şahlar
- Mehdi Seyidbəyli- Mehdi
- Hicran Mehbalıyeva-İbrahimin iş yoldaşı
- Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Bağ sahibəsi
- Məmməd Əlili- Çayçı
- F. Adıgözəlzadə
- Ənvər Həsənov- Nuru
- Mayak Kərimov-İbrahimin iş yoldaşı
- Gülxar Həsənova-Sənanın anası (titrlərdə yoxdur)
- Hacıməmməd Qafqazlı-Sənanın atası (titrlərdə yoxdur)
- Sadıq Həsənzadə-Bağ sahibi (titrlərdə yoxdur)
- Gündüz Abbasov-Bağ sahibi (titrlərdə yoxdur)
Filmi səsləndirənlər:
[redaktə | mənbəni redaktə et]- Şahmar Ələkbərov-İbrahim (Firuz Babayev)
- Əliabbas Qədirov — Mürsəl (Tahir Yaxın) (titrlərdə yoxdur)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 383.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 142-143; 180-183.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- “Xoşbəxtlik qayğıları” filmi "Həsən Seyidbəylinin 100 illiyi" rubrikasında