Xalimat Bayramukova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xalimat Bayramukova
qaraç.-balk. Къобанланы Башчыны къызы Халимат
Doğum tarixi 15 avqust 1917(1917-08-15)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 1996(1996-11-08) (79 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, dramaturq, yazıçı
Üzvlüyü

Xalimat Bayramukova[1] (15 avqust 1917, Xurzuk, Kuban vilayəti[d]8 noyabr 1996, Çerkessk) — Sovet şairi, nasir, dramaturq, 1939-cu ildən Yazıçılar İttifaqının üzvü.

1917-ci il avqustun 15-də Qaraçay-Çərkəz Respublikasının qədim Qaraçay Xurzuk kəndində anadan olmuşdur. Pedaqoji İnstitutunda oxuyur, sonra M. Qorki adına Ədəbiyyat İnstitutunu və Moskvada Ali Ədəbiyyat Kurslarını bitirir.

Müharibə illərində 2436 saylı evakuasiya xəstəxanasında tibb bacısı, komsomol təşkilatının katibi olur.

Rayon qəzetinin məsul katibi, Qaraçay yazıçılar təşkilatının birinci məsləhətçisi, Qaraçay-Çərkəz kitab nəşriyyatının baş redaktoru olur. 10 ildən artıq Qaraçay-Çərkəz yazıçılar təşkilatına rəhbərlik etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1935-ci ildən, yəni 18 yaşı tamam olandan rayon “Qızıl Qaraçay” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra bu qəzetin səhifələrində onun “Ölkəmə” adlı ilk şeiri dərc olunur. Xalimat Bayramukova 14 şeir toplusunun, dörd romanın, beş povestin və bir çox hekayənin, dörd qeyri-bədii kitabın, "Sonuncu sürgün" librettosu ilə ilk milli operanın, həmçinin “Ailəsiz gəlin” əsəri ilə ilk qaraçay musiqili komediyasının müəllifidir. Əsərləri dünyanın əlli dilində nəşr olunmuşdur.

İlk ədəbi əsəri 1939-cu ildə nəşr olunan "İki ürək" pyesi olub. Sonrakı illərdə “Sevimli dağlar”, “Mən həyatı sevirəm”, “Etiraf”, “Ocağın tüstüsü”, “Yenə yolda”, “Aul məhkəməsi”, “Gündən-günə”, “Yaz günortası”, "Həftənin səkkizinci günü", "Ovsessiya" və s. şeir toplularını meydana çıxarır.

“Karçı ailəsi”, “Və oğul ağladı”, “Əbədi atlılar” povestləri, “İllər və dağlar”, “Səhər ulduzu”, “Myolek”, “On dörd il” və s. romanlarını qələmə alır.

"Mənim həyatım" - yazıçının vəfat etdiyi 1996-cı ildə nəşr olunan sonuncu kitabı olur. Bu onun böyüyüb püxtələşdiyi mühiti dərindən dərk edən, həyat müşahidəsinin, düşüncəsinin bəhrəsi olan avtobioqrafik kitabdır.

Qaraçay-Çərkəz Respublikasının xalq şairi Halimat Bayramukovanın ədəbi xidmətləri mükafatlar və ordenləri ilə qarşılığını tapmışdır: “Şərəf nişanı”, “Xalqlar Dostluğu”; “Rəşadətli əməyə görə” yubiley medalı.

Onun adını Qaraçay-Çərkəz Respublikasının Milli Kitabxanası daşıyır[2], Velinqrad (Bolqarıstan) şəhərinin fəxri vətəndaşı olmuşdur.

  1. "Xalimat Bayramukova". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  2. "Народный писатель КЧР Х.Б. Байрамукова". ГНБ КЧР. bibliotekakchr.ru. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  • Теплый ливень надежд : избранное / Халимат Байрамукова; [сост. : Ф. И. Байрамукова, Батчаева Л. А.]. - М.: Эльбрусоид, 2008. — 594, [1] с. : ил., портр., фотографии; 25 см. — (Карачаево-балкарская энциклопедия. Серия «Карачаево-балкарская литературная классика» (КБЛК) / Фонд «Эльбрусоид»).; ISBN 978-5-91075-003-0