Vasili Dokuçayev
Vasili Dokuçayev | |
---|---|
rus. Васи́лий Васи́льевич Докуча́ев | |
Doğum tarixi | 17 fevral (1 mart) 1846 |
Vəfat tarixi | 26 oktyabr (8 noyabr) 1903 (57 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili | ali |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasili Vasilyeviç Dokuçayev (17 fevral (1 mart) 1846 – 26 oktyabr (8 noyabr) 1903, Sankt-Peterburq[3]) — rus geoloqu.
Həyatı
[redaktə | mənbəni redaktə et]V.V.Dokuçayev Smolensk vilayətinin indiki Sıçov (Milyukovo) kəndində 1846-cı ildə anadan olmuşdur. 1867-ci ildə o, Peterburq universitetinə daxil olmaqla geologiya ixtisasını seçir. 1871-ci ildə təhsilini başa vurmaqla Vasili Dokuçayev dördüncü dövr çöküntülərini öyrənməyə başlayır. Tədricən onun marağı yerin üst qatının öyrənilməsinə yönəlir. Dövründə sadəcə olaraq dağ süxurları adlanan torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi gələcəyin mütəxəssisində dərin maraq yaradır.
1872-ci ildən Peterburq Təbiətşünaslar cəmiyyətinin, 1873-cü ildən isə Mineralogiya Cəmiyyətinin həqiqi üzvü olan Vasili Dokuçayev 1871-1877-ci illərdə Volqanın yuxarı hissəsini, Dneprin və Qərbi Dvinanın yuxarı axınlarındakı çay vadilərinin quruluşunu, həmçinin orada olan çöküntüləri tədqiq etmişdir. Daha sonra məhsuldarlığı ilə seçilən qara torpaqların öyrənilməsi tədqiqatçını özünə cəlb edir. 1877-ci ildə qara torpaqlara ilk səyahəti də bununla əlaqədar olmuşdur. O, Rus düzənliyində on min kilometrlərlə məsafəni qət etmiş, minlərlə torpaq nümunələri götürmüş və analizlərdən keçirməklə 1883-cü ildə "Rus qaratorpaqları" əsərini yazmışdır.
Vasili Dokuçayev ilk dəfə olaraq göstərir ki, torpaq bu günə qədər deyilən kimi süxur deyil, o müəyyən təbii coğrafi qanunauyğunluqların qarşılıqlı təsiri altında yaranan keyfiyyətcə yeni bir komponentdir.
Vasili Dokuçayev son ekspedisiyalardan birini Qafqaza həsr etmişdir. O, zonallıq və şaquli zonallıq haqqında elmi fikirlərini irəli sürməklə torpaq coğrafiyası elminə yeniliklər gətirmişdir.
İlk dəfə olaraq Dokuçayev torpağı təbii şəraitlə əlaqəlisurətdə öyrənmiş və sübut etmişdir ki, o da təbiətin digər komponentləri kimi daim dəyişir, inkişaf edir və zənginləşir. Onun fikrincə torpaqəmələgətirən faktorları ayrı-ayrı öyrənməklə yanaşı, onlar arasındakı qarşılıqlı əlaqə qanunauyğunluqları müəyyən edilməlidir.
Vasili Dokuçayevin "Təbii zonalar haqqında biliklər" əsəri (1892) torpaq coğrafiyası ilə yanaşı geobotanika, fiziki coğrafiya, meşəçilik, geokimya elmlərinin inkişafında da dərin izlər buraxmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Докучаев В. В. Теория Дарвина пред судом св. писания, как самого древнего исторического ботанико-зоологического памятника. — [СПб.]: Типография духовного журнала "Странник", 1869.
- Докучаев В. В. Овраги и их значение, 1876.
- Докучаев В. В. Итоги о русском чернозёме, 1877.
- Докучаев В. В. Предварительный отчёт по исследованию юго-западной части чернозёмной полосы России, 1878.
- Докучаев В. В. Предварительный отчёт по исследованию юго-восточной части чернозёмной полосы России, 1879.
- Докучаев В. В. Картография русских почв. Объяснительный текст к почвенной карте Европейской России. — СПб.: Типография Киршбаума, 1879.
- Докучаев В. В. По вопросу о сибирском чернозёме, 1882.
- Докучаев В. В. Схематическая почвенная карта чернозёмной полосы Европейской России. — СПб.: Типография товарищества "Обществ. Польза", 1882.
- Докучаев В. В. Материалы по оценке земель Нижегородской губернии (вып. I—XIV, 1882—86. Докучаеву принадлежат 1 выпуск и некоторые главы XIII, XIV и редакция всего труда)
- Докучаев В. В. Русский чернозём. Отчёт Императорскому Вольному экономическому обществу. — СПб.: Императорское Вольное экономическое общество, 1883.
- Докучаев В. В. О происхождении русского чернозёма, 1884.
- Докучаев В. В. О так называемом юрьевском чернозёме, 1884—85 (2 статьи).
- Докучаев В. В. К вопросу о русском чернозёме, 1885.
- Докучаев В. В. О пользе изучения местной номенклатуры русских почв, 1886.
- Докучаев В. В. Объяснения к почвенной карте Нижегородской губернии, 1887.
- Докучаев В. В. О нормальной оценке почв Европейской России, 1887.
- Докучаев В. В. Методы исследования вопроса: были ли леса в южной степной России? 1888.
- Докучаев В. В. Материалы по оценке земель Полтавской губернии" (выпуски 1—13, 1889—1892).
- Докучаев В. В. К вопросу о соотношениях между возрастом и высотой местности, с одной стороны, характером и распределением чернозёмов, лесных земель и солонцов, с другой. 1891.
- Докучаев В. В. Наши степи прежде и теперь. — СПб.: Типография Е. Евдокимова, 1892.
- Докучаев В. В. О происхождении русского лёсса, 1892.
- Докучаев В. В. К учению о зонах природы. Горизонтальные и вертикальные почвенные зоны. — СПб.: Тип. Санкт-Петербургского градоначальства, 1899.
- Докучаев В. В. О зональности в минеральном царстве (предварительное сообщение) // Записки Императорского Санкт-Петербургского минералогического общества. 1899. Ч. 37, вып. 1. С. 145—158.
- Докучаев В. В. Учение о зонах природы. — М.: Географгиз, 1948. Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine
- Докучаев В. В. Сочинения. М.; Л.: Издательство Академии наук СССР. — Т. 1: Работы в области геологии. — 1940.; Т. 2: Статьи и доклады по изучению чернозёма. Картография русских почв. 1876—1885. — 1950.; Т. 3: Русский чернозём. — 1949.; Т. 4: Нижегородские работы. 1882—1887. Ч. 1. — 1950.; Т. 5: Нижегородские работы. 1882—1887. Ч. 2. — 1950.; Т. 6: Преобразование природы степей: работы по исследованию почв и оценке земель, учение о зональности и классификация почв. 1888—1900. — 1951.; Т. 7: Организация почвенных учреждений и вопросы сельского хозяйства в России: статьи и доклады, популярные лекции. — 1953.; Т. 8. Работы и выступления. — 1961.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Оноприенко В. И. Международный семинар «Научное наследие В.В. Докучаева: традиции и развитие идей, International Seminar “The Scientific Heritage of V.V. Dokuchaev: the Tradition and the Development of Ideas” (rus.). // Историко-биологические исследования 2017. Т. 9, вып. 1. С. 130–134. ISSN 2076-8176; 2500-1221
- ↑ 1 2 Рихтер Я. А., Глебов М. П., Рихтер Т. Я. Дорога в будущее: К истории кружка «Маленьких ботаников», The Road to the Future: the History of “The Little Botanists” Society (rus.). // Историко-биологические исследования 2018. Т. 10, вып. 4. С. 8–38. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2018-11975
- ↑ 1 2 Докучаев Василий Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Крупеников И. А., Крупеников Л. А. Василий Васильевич Докучаев. — М.: Сельхозгиз, 1950.
- Докучаев В. В. Сочинения. — М.; Л.: Издательство Академии наук СССР. — Т. 9: Жизнь и деятельность В. В. Докучаева. Библиография трудов. — 1961.
- Кирьянов Г. Ф. Василий Васильевич Докучаев, 1846—1903. — М.: Наука, 1966.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 1 martda doğulanlar
- 1846-cı ildə doğulanlar
- 8 noyabrda vəfat edənlər
- 1903-cü ildə vəfat edənlər
- 57 yaşında vəfat edənlər
- Sankt-Peterburqda vəfat edənlər
- Smolensk lüteran qəbiristanlığında dəfn olunanlar
- Elmlər doktorları
- Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Əlifba sırasına görə alimlər
- Rusiya geoloqları
- Rusiya torpaqşünasları
- Poçt markalarında şəxslər