Sürməli qəzası
Sürməli qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | İrəvan quberniyası |
Mərkəzi | İğdır |
Yaradılıb | 1849 |
Ləğv edilib | 1920 |
Sahəsi | 3241,1[1] verst² (1897) |
Əhalisi | 89055[1] nəfər (1897) |
Xəritə | |
Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur.[2]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Bölgə adı Sürməli halına bölgəə XVI-XVII əsrlərdə bölgəyə güclü türk axınlarından sonra verildiyi deyilməkdədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İrəvan xanlığının bir hissəsi olan Sürməli 1826-1828-ci illərdə baş vermiş İkinci Rus-Qacar müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına verilmişdir. Bölgə ilk əvvəllər rus hakimiyyəti tərəfindən 1828-ci ildə yaradılmış Erməni oblastının, daha sonra isə İrəvan quberniyasının tərkib hissəsi olmuşdur.[3]
1875-ci ildə Sürməli ərazisində Sürməli qəzası təşkil edilmiş və İrəvan quberniyasının tabeliyinə verilmişdir.[4]
Rus inqilabından sonra Sürməli qısamüddətli erməni hakimiyyəti altına düşmüşdür.[5] Lakin 1920-ci ilin sentyabrında baş vermiş Türk-Erməni müharibəsindən sonra bölgə imzalanmış Gümrü müqaviləsi ilə Türkiyəyə verilmişdir. Bu ərazi dəyişiklii Kamalist Türkiyə illə Bolşevik Rusiyası arasında imzalanmış Moskva və Qars müqavilələri ilə də bir daha müəyyən edilmişdir.[6]
Sürməli nahiyəsi
[redaktə | mənbəni redaktə et]Sürməli mahalı təxminən Sürməli qəzasının yerində mövcud olmuş və İrəvan xanlığının nahiyələrindən (mahallarından) birini təşkil etmişdir. Nahiyə İrəvan xanlığının cənub-qərb torpaqlarını təşkil etmiş, Araz çayının sağ sahilində yerləşmişdir. Şimal və şimal-şərqdən Araz çayı ilə həmsərhəd olan nahiyə qərbdən Dərəkənd-Parçenis mahalı, cənubdan Ağrıdağla qonşu olmuşdur. Ağrıdağ nahiyəni Osmanlı imperiyasının Bəyazid paşalığından ayırmışdır. İvan Şopen nahiyədə əhalinin əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olduğunu, suvarılma işininn Araz çayından çəkilmiş arxlarla həyatta keçirildiyini bildirmişdir. Şopen burada 78 kəndin olduğunu bildirsə də, onlardan 28-nin dağıdıldığını əlavə etmişdir.[7][8]
Rus-Qacar müharibələri
[redaktə | mənbəni redaktə et]1804-1813 və 1826-1828-ci illərdə olmuş Rus-Qacar müharibələrindən sonra nahiyənin bəzi kəndləri dağıdılmışdır:[7][8]
- Vəlican
- Talasavan
- Abbasabad
- Sərxanabad
- Rəsullu
- Zənqan
- Hacı Abbas
- Saxsalı
- Atlıca
- Qaraçılı
- Merhava
- Çıxarxlı
- İstinax-Çıxarlı
- Urumuş
- Ərköv
- Göyumus
- Qurqan
- Qaraçay
- Əli Məlik
- Zor
- Əlikeçən
- Quşçu
- Karvansaray
- Əsma
- Quyuça
- Çıraxçı
- Sarı Hasar
- Muça
Ermənilərin köçürülməsi
[redaktə | mənbəni redaktə et]Rusiya imperiyasının Qacar imperiyasını məğlub edib imzaladığı Türkmənçay müqaviləsində, həmçinin Osmanlını məğlub edib imzaladığı Ədirnə müqaviləsində keçmiş Naxçıvan və İrəvan xanlıqlarının yerində yaradılmış rus inzibati vahidlərinə ermənilərin köçürülməsi nəzərdə tutulmuşdu. Müqavilələrin imzalanmasından ermənilərin hər iki impperiyadan bölgəyə kütləvi köçü olmuş, bu köç müxtəlif səbəblərdən XIX və XX əsr boyuca da davam etmişdir. Nəticədə bölgənin demoqrafik göstəriciləri kütləvi şəkildə dəyişmişdir. Köçlər indiki Ermənistan Respublikası ərazisində etnik Azərbaycan türklərinin azalmasına və etnik azlıq vəziyəsinnə düşməsi ilə nəticələnmişdir. Bütün bunlar o zamanlar ümumi İrəvan və Naxçıvan bölgəsinin parçası olan hər bir yerdə, o cümlədən, Sürməli də də həyata keçirilirdi.[9][10][11]
İnzibati bölgüləri
[redaktə | mənbəni redaktə et]1913-cü ildə Sürməli qəzasını təşkil edən daha kiçik inzibati vahidlər olan uçastoklar (rusca: yча́сток, cəm halı: yча́стки) belə idi:[12]
Ad | 1912-ci ilə görə əhali | Sahə |
---|---|---|
I uçastok (rus. 1-й участокъ) | 41.149 | 725.65 kv. verst (825.83 km2; 318.86 kv. mil) |
II uçastok (rus. 2-й участокъ) | 28.093 | 1,214.24 kv. verst (1,381.88 km2; 533.55 kv. mil) |
ııı uçastok (rus. 3-й участокъ) | 28.090 | 1,207.20 kv. verst (1,373.87 km2; 530.45 kv. mil) |
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]1886-cı il siyahıyaalması
[redaktə | mənbəni redaktə et]1886-cı ildə aparılmış siyahıyaalmaya görə, bölgənin ümumi əhalisinin sayı 71.066 nəfər olmuşdur. Onlardan 34.351 nəfəri və ya 48.3%-i tatar[a] (yəni Azərbaycan türkü), 22.096 nəfəri erməni və ya 31.1 %-i erməni olmuşdur. Ümumilikdə isə, bölgədə müsəlmanların sayı 48.970 nəfər və ya ümumi əhalisinin 68.9 %-i təşkil etmişdir.[14]
1897-cı il ümumimperiya siyahıyaalması
[redaktə | mənbəni redaktə et]Ümumimperiya siyahıyaalmasına görə, 1897-ci ildə qəzada ümumilikdə 89.055 nəfər insan yaşamışdır. Onlardan 47.269 nəfəri kişi, 41.786 nəfəri qadın olmuşdur. Siyahıyaalma göstərir ki, bu tarixdə də bölgənin ümumi əhalisinin çox hissəsini Azərbaycan türkləri təşkil etmişdir. Digər yerlərdə isə erməni və kürd dilləri gəlməkdə idi.[15] Cədvəl:
Dil | Ana dili kimi danışanların nisbəti | % |
---|---|---|
Tatar | 41,417 | 46.51 |
Erməni dili | 27,075 | 30.40 |
Kürd dili | 19,099 | 21.45 |
Rus dili | 725 | 0.81 |
Ukrayna dili | 620 | 0.70 |
Polyak dili | 31 | 0.03 |
Belorus dili | 16 | 0.02 |
Alman dili | 13 | 0.01 |
Gürcü dili | 11 | 0.01 |
Fars dili | 9 | 0.01 |
Yəhudi dili | 6 | 0.01 |
Yunan dili | 3 | 0.00 |
Litva dili | 1 | 0.00 |
Aysor dili | 1 | 0.00 |
Digərləri | 28 | 0.03 |
Ümumi | 89.055 | 100.00 |
XX əsrin əvvəlləri
[redaktə | mənbəni redaktə et]Kavkazskiy kalendar 1910-cu ildə verdiyi məlumata görə, Sürməli qəzasının 1909-cu ilin 14 yanvar hesablamalarına görə 91.535 əhalisi olmuşdur. Onlardan 61.801 müsəlman (67.51 %), 29. 734 nəfəri erməni (32.48%) olmuşdur.[16]
Eyni qaynağın 1917-ci il məlumatına görə, qəzanın 1909-cu il 14 yanvar tarixində ümumi əhalisinin sayı 55.364 nəfər kişidən və 49.427 nəfər qadından ibarət olmuşdur. 99.212 nəfər daimi əhalisi olan bölgənin 6.579 nəfər də müvəqqəti sakini olmuşdur. Qaynaqdan bəlli olur ki, bölgədə yaşayanlardan ən çox say şiə türklərə aiddir. Ondan sonra ermənilər, kürdlər və yezidilər gəlməkdədir.[17]
Nationality | Number | % |
---|---|---|
Şiə müsəlmanlar[b] | 44,153 | 42.13 |
Ermənilər | 32,686 | 31.19 |
Kürdlər | 14,679 | 14.01 |
Yezidilər | 10,869 | 10.37 |
Sünni müsəlmanlar[c] | 1,801 | 1.72 |
Ruslar | 429 | 0.41 |
Yəhudilər | 95 | 0.09 |
Digər avropalılar | 60 | 0.06 |
Xristianlar | 19 | 0.02 |
Ümumi | 104.791 | 100.00 |
Yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]1897-ci il siyahıyaalmasına görə, Sürməli qəzasında sakinlərinin sayı 500-dən çox olan 51 yaşayış məntəqəsi olmuşdur. Bu məntəqələrin dini göstəriciləri belə idi:[19]
Ad | İnanc | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|
Rus forması | Latınlaşdırılmış | Erməni Həvari kilsəsi | Müsəlmanlar | Şərq Ortodoks xristianları | Yezidilər | Kişilər | Qadınlar | Both |
Аббас-Гёл | Abbasgöl | 483 | 274 | 253 | 527 | |||
Акарак | Akarak | 924 | 454 | 470 | 924 | |||
Алетлу | Aletlu | 717 | 365 | 352 | 717 | |||
Алиджан | Əlican | 835 | 421 | 414 | 835 | |||
Аликамарлу | Əli Qəmərli | 1,559 | 826 | 760 | 1,586 | |||
Аликизил | Əliqızıl | 523 | 301 | 244 | 545 | |||
Арабкирлу | Ərəbgirli | 623 | 321 | 302 | 623 | |||
Аралых-Башкенд | Aralıq-Başkənd | 1,948 | 1,003 | 947 | 1,950 | |||
Аралых-Сурб-Оган (Орта-кенд) | Aralıq-Oğan | 979 | 510 | 469 | 979 | |||
Аратан | Aratan | 487 | 254 | 243 | 497 | |||
Аргаджи | Ərhacı | 1,118 | 627 | 512 | 1,139 | |||
Ахвеис | Axveis | 1,065 | 521 | 544 | 1,065 | |||
Ахшамед | Axşamed | 718 | 375 | 343 | 718 | |||
Багарлу | Baharlı | 1,199 | 620 | 596 | 1,216 | |||
Гасан-Хан | Həsənxan | 509 | 255 | 254 | 509 | |||
Гедаклу | Gedaklu | 540 | 276 | 264 | 540 | |||
Гекджалу | Gekcalu | 538 | 299 | 244 | 543 | |||
Гюллуджа (Гюлаб) | Güllücə | 1,100 | 564 | 536 | 1,100 | |||
Дашбурун | Daşburun | 2,103 | 1,100 | 1,026 | 2,126 | |||
Джаннар-абат | Cannarabad | 903 | 466 | 437 | 903 | |||
Джувтлуг (Байрам-Али-Кенд) | Cuvutluq (Bayram Əli kənd) | 598 | 313 | 285 | 598 | |||
Зильфугар | Zülfüqar | 635 | 356 | 279 | 635 | |||
Зор | Zor | 749 | 394 | 363 | 757 | |||
Игдыр | İğdır | 3,932 | 565 | 2,689 | 1,991 | 4,680 | ||
Игдыр-мова | İğdır-mova | 782 | 834 | 843 | 782 | 1,625 | ||
Казанчи | Qazançı | 557 | 284 | 273 | 557 | |||
Казикишляг | Qazıqışlaq | 326 | 380 | 359 | 347 | 706 | ||
Камышлу | Qamışlu | 529 | 267 | 262 | 529 | |||
Каракоюнлу II | Qaraqoyunlu II | 1,857 | 1,013 | 858 | 1,871 | |||
Каракуй | Qarakuy | 533 | 291 | 251 | 542 | |||
Кизил-Закир (Закирлу) | Qızıl-Zakir (Zakirlu) | 194 | 325 | 307 | 217 | 524 | ||
Кульп | Kulp | 3,287 | 1,876 | 1,703 | 3,579 | |||
Кюллюк | Güllük | 1,030 | 523 | 507 | 1,030 | |||
Малаклу | Mələkli | 2,126 | 1,129 | 1,011 | 2,140 | |||
Молла-Камар | Molla-Qəmər | 577 | 303 | 274 | 577 | |||
Муршуд-Али | Mürşüd Əli | 535 | 288 | 289 | 577 | |||
Наджаф-Али | Nəcəf Əli | 497 | 79 | 291 | 285 | 576 | ||
Оба (Аликамар-Ислам) | Oba (Əliqəmər İslam) | 603 | 308 | 295 | 603 | |||
Паник | Panik | 1,143 | 593 | 550 | 1,143 | |||
Парнаут | Parnaut | 682 | 125 | 477 | 330 | 807 | ||
Плюр | Plyur | 1,850 | 947 | 903 | 1,850 | |||
Сараглу (Гаджи-Ага) | Saraqlu (Hacıağa) | 573 | 311 | 262 | 573 | |||
Сулейман-абат (Диза) | Süleymanabad (Diza) | 1,828 | 950 | 878 | 1,828 | |||
Сурмалу | Sürməli (Duzluca) | 512 | 282 | 230 | 512 | |||
Тейджерлу | Teycerlu | 973 | 499 | 474 | 973 | |||
Тоханшалу-Баят | Toxanşalu-Bayat | 512 | 289 | 223 | 512 | |||
Тоханшалу-Коджар | Toxanşalu-Qacar | 1,063 | 554 | 509 | 1,063 | |||
Халфалу | Xəlfəli | 986 | 556 | 494 | 1,050 | |||
Хош-Хараб | Xoş-Xarab | 693 | 367 | 328 | 695 | |||
Эвджиляр | Evcilər | 1,531 | 764 | 770 | 1,534 | |||
Яйджи | Yaycı | 1,289 | 664 | 625 | 1,289 | |||
TOTAL | 26,890 | 26,048 | 690 | 530 | 28,919 | 26,058 | 54,977 |
1908-ci ildə qəzanın ən böyük yaşayış məntəqələri bunlar idi:[20]
Məntəqələr | Ümumi əhali | Ermənilər | Türklər (Azərbaycanlılar) | |
---|---|---|---|---|
Aşağıərhacı | 2075 | 0 | 2075 | |
Daşburun | 2455 | 2455 | 0 | |
İğdır | 3691 | 3103 | 0 | |
Duzluca | 4126 | 4126 | 0 | |
Mələkli | 2150 | 0 | 2150 | |
Pirsaq | 2171 | 0 | 2171 | |
Enginalan | 2244 | 2244 | 0 | |
Suqi | 2970 | 0 | 2970 |
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-10. (rus.)
- ↑ Tsutsiev, 2014. səh. 59
- ↑ Tsutsiev, 2014. səh. 16, 19, 21
- ↑ Hovannisian, 1971. səh. 31-48
- ↑ Tsutsiev, 2014. səh. 75
- ↑ Tsutsiev, 2014. səh. 81
- ↑ 1 2 Шопен, 1952
- ↑ 1 2 Arzumanlı və Musttafa, 1998
- ↑ Bournoutian, 1980. səh. 12
- ↑ Bournoutian, 1996. səh. 78
- ↑ Payaslian, 2008. səh. 111–112
- ↑ Кавказский календарь на 1913 год, 1913. səh. 172–179
- ↑ Bournoutian, 2018. səh. 35
- ↑ "НАСЕЛЕНИЕ СЕВЕРО-ВОСТОЧНОЙ ТУРЦИИ". www.ethno-kavkaz.narod.ru. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2023.
- ↑ "Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России". www.demoscope.ru. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2023.
- ↑ Саратанов, 1910
- ↑ Кавказский календарь на 1917 год, 1913. səh. 214–221
- ↑ 1 2 Hovannisian, 1971. səh. 67
- ↑ Troinitsky, N. A. Населенные места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий, по данным первой всеобщей переписи населения 1897 г. [Populated areas of the Russian Empire with 500 or more inhabitants, indicating the total population in them and the number of inhabitants of the predominant religions, according to the first general population census of 1897] (rus). Saint Petersburg: Tipografiya Obshchestvennaya polza. 1905. 52–56. 10 August 2022 tarixində arxivləşdirilib.
- ↑ Кавказский календарь на 1913 год, 1910, 1910
Mənbə
[redaktə | mənbəni redaktə et]- Richard G. Hovannisian. The Republic of Armenia: The First Year, 1918–1919. I. Berkeley: University of California Press. 1971. ISBN 978-0520019843.
- Richard G. Hovannisian. Russian Armenia. A Century of Tsarist Rule. Jahrbücher für Geschichte Osteuropas. 1971.
- George A. Bournoutian. Armenia and Imperial Decline: The Yerevan Province, 1900–1914. Milton Park, Abingdon, Oxon: Routledge. 2018. ISBN 978-1-351-06260-2.
- Кавказский календарь на 1917 год [Caucasian calendar for 1917]. Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1917.
- Кавказский календарь на 1913 год [Caucasian calendar for 1913]. Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1913.
- Список населенных мест по Кавказскому календарю 1910 года. Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1910.
- Arthur Tsutsiev. Atlas of the Ethno-Political History of the Caucasus. New Haven: Yale University Press. Translated by Nora Seligman Favorov. 2014. ISBN 9780300153088.
- Vaqif Arzumanlı və Nazim Mustafa. Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı: AMEA Milli Münasibətlər İnistittutu. Akad. Teymur Əhmədli. 1998.
- И. Шопен. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. Санкт-Петербург. 1852.
- George A. Bournoutian. The Population of Persian Armenia Prior to and Immediately Following its Annexation to the Russian Emp~re: 1826-1832. Conference on "NATIONALISM AND SOCIAL CHANGE IN TRANSCAUCASIN'. Co-sponsored by Kennan Institute for Advanced Russian Studies, The Wilson Center· and American ssociation for the Advancement of Slavic Studies. 1980.
- George A. Bournoutian. "The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century" in Transcaucasia, Nationalism and Social Change: Essays in the History of Armenia, Azerbaijan and Georgia edited by Ronald Grigor Suny. Michigan: The University of Michigan Press. Ronald Grigor Suny. 1996. 543.