Raufbəy Seyidov
Raufbəy Seyidov | |
---|---|
Raufbəy Əli oğlu Seyidov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | AMEA-nın Şərqşünaslıq İnstitutunda "İran tarixi" şöbəsinin müdiri |
İş yeri | AMEA |
Alma-mater | Moskva Şərqşünaslıq İnstitutu |
Təhsili | ali |
Mükafatları |
Raufbəy Əli oğlu Seyidov (17.03.1924-02.11.1989) — Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimi. 1964-cü ildən Sov.İKP-nin üzvü, Əmək veteranı idi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Raufbəy Seyidov 1924-cü il martın 17-də Bakıda anadan olmuşdur. Valideynləri həkim idilər. 1942-ci ildə orta məktəbi bitirmişdir. 1945-46-cı illərdə Lenin adına APİ-nin İngilis dili fakültəsində təhsil almışdır. Bir qədər sonra Respublika tərəfindən təhsilini davam etdirmək üçün Moskva Şərqşünaslıq institutunun İran şöbəsinə göndərilmişdi. 1951-ci ildə İnstitutu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alması Moskva Şərqşünaslıq institutu tərəfindən tövsiyə olunmuşdu. Aspiranturanı bitirdikdən sonra "Müasir İranda aqrar münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1956-cı ilin oktyabrından Azərbaycan Elmlər Akademiyası sistemində işləyirdi. 1958-ci ilin martına qədər Tarix İnstitutunda, martdan sonra Şərqşünaslıq İnstitutunda çalışmışdır. Şərqşünaslıq İnstitutunda elmi katib, elmi işlər üzrə direktor müavini, 1968-1989-ci illərdə İran şöbəsinin müdiri vəzifəsində çalışmışdı. 1979-cu ilin dekabrında "İran burjuaziyasının formalaşması" mövzusunda doktorluq işini müdafiə etmişdi.
Şərqşünaslıq institutunun İran tarixi şöbəsində işlədiyi zaman tanınmış iranşünas alimlər, elmlər doktorları Şahin İbrahimov (Simurq), Şövkət Tağıyeva, Zakir Abdullayev, Semyon Ağayev, elmlər namizədi Oqtay Məlikov və digərləri ilə birgə çalışmışdır.
İki qızı vardır.
Elmi dairələrdən olan həmkarlarının söylədiklərinə görə, Raufbəy Seyidov 1956-cı ildə SSRİ-nin başçısı Nikita Xruşşovun qızı Radaya onun atasının siyasi fəaliyyəti haqqında ciddi tənqidi fikirlərini bildirdikdən sonra Moskvadan uzaqlaşdırılaraq, Bakıya göndərilmişdi.
1985-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunun direktoru, sonralar Rusiyanın körkəmli dövlət və siyasi xadimi olmuş Yevgeni Primakov Bakıya səfəri zamanı Azərbaycan EA-nın rəhbərliyi və Respublikamızın şərqşünasları ilə görüşərkən, Raufbəy Seyidovun elmi fəaliyyətinə SSRİ elmi dairələrində yüksək qiymət verildiyini bildlrmişdi.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Bakı, Moskva, Daşkənddə kitab və bir sıra elmi əsərləri çap olunmuşdur:
- İranda aqrar məsələsi və kəndli hərəkatı, Bakı, 1963, rus dilində, (12,7 çap vərəqi);
- 19-cu əsrin əvvəli-20-ci əsrdə İran burjuaziyası, Moskva, 1974, rus dilində, (13 çap vərəqi);
- Prof. İ.M.Reysner, dosent K.A.Boldırev, prof. Z.Z.Abdullayevlə birgə İran tarixinin müxtəlif dövrlərinə aid kitabları Moskva və Bakıda nəşr olunmuşdur.
- Ömrünün sonlarına yaxın "1970-ci illərdə İranda siyasi böhran" mövzusunda iri həcmli monoqrafiyanı capa hazırlamışdı.
- Ümumiyyətlə, 500 çap vərəqinə yaxın həcmdə çap olunmuş elmi əsərlərin müəllifidir.
Rus dilində yüksək səviyyədə yazı qabiliyyəti və texnikasına, erudisiya və intelektə malik alim idi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- AMEA Şərqşünaslıq İnstitutundan təqdim olunmuş bioqrafiyası və elmi əsərlərin siyahısı.