Rövşən Rzayev (siyasətçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rövşən Rzayev
Vəzifədədir
21 aprel 2018-ci ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiƏli Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1962(1962-01-20) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Şükür Rzayev

Təltifləri "Şöhrət" ordeni — 2022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rzayev Rövşən Şükür oğlu (20 yanvar 1962, Bakı) — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı[1][2]

1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirmişdir.

1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlaması üzərində işləmişdir.

Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib.

Hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru Şükür Rzayevin oğludur.

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az (az.)
  2. "Milli Məclis". www.meclis.gov.az. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2017.