Qubad ibn Yəzid
Qubad ibn Yəzid | |
---|---|
Şirvanşahlar Dövlətinin XIII hökmdarı | |
1043 – 1049 | |
Əvvəlki | Əbu Mənsur Əli ibn Yəzid |
Sonrakı | Buxtnassar Əli ibn Əhməd |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | Yəzid ibn Əhməd |
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü.[1]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
- Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü.
- Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034)
- Qardaşı Əbu Mənsur Əli ibn Yəzid. Şirvanşah (1034-1043)
- Qardaşları Mənuçöhr və Əbu Mənsur Əlinin həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən.
- Qardaşı Əhməd ibn Yəzid
- Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd
- Qardaşı Salar ibn Yəzid
- Qardaşı Məmlan ibn Yəzid
- Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
- Qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı.
SƏLƏF Əbu Mənsur Əli ibn Yəzid |
Qubad ibn Yəzid Kəsranilər |
XƏLƏF Buxtnassar Əli ibn Əhməd |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007