Professor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Professor (lat. profiteri – özünü ictimaiyyətə müəllim kimi təqdim etmək) — elmi ad.[1]

İlk dəfə "professor" termini eradan əvvəl I əsrin ortalarında Roma imperiyasında işlədilib. XVI əsrdən rəsmi statusdur (ilk dəfə Oksford universitetində). Bir sıra ölkələrdə (Avstriya, Belçika və s.) yalnız ali məktəblərin deyil, həm də orta məktəblərin, ABŞ-də isə kolleclərin müəllimləri də professor adlanır.[2]

Azərbaycan Respublikasında professor adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilir.[3]

  1. Professor // İsgəndər Səklikov. Pedaqoji terminlər lüğəti. — Bakı: "Azəri" nəşriyyatı, 2021. — səh. 288.
  2. Профессор // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 29.
  3. ""Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il)" (az.). e-qanun.az. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]