Otoya Yamaquçi
Otoya Yamaquçi | |
---|---|
yap. 山口二矢 | |
Doğum tarixi | 22 fevral 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1960 (17 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Otoya Yamaquçi — Yaponiya Sosialist Partiyasının sədri İneciro Asanumanı qətlə yetirmiş yapon tələbə, siyasi fəal. Yamaquçinin törətdiyi qətlin əks olunduğu foto Pulitser mükafatına layiq görülüb. Yamaquçi həbsxanada intihar edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Otoya Yamaquçi 1943-cü il fevralın 22-də Tokionun Tayto dairəsində anadan olub. Atası Şimpey Yamaquçi Yaponiya Özünümüdafiə Qüvvələrinin yüksək rütbəli zabiti olub. Ana babası isə yazıçı Namiroku Murakami olub. "Böyük Yaponiya" partiyasının üzvü olub. Müxtəlif ittihamlarla 10 dəfə həbs olunub. 1960-cı il oktyabrın 12-də 17 yaşı olanda Yaponiya Sosialist Partiyasının sədri İneciro Asanumanı qətlə yetirib. Cinayət Asanumanın çıxış etdiyi vaxt baş verib. Yamaquçi onu dinləyən kütlədən ayrılaraq Asanumaya hücum edib və vakicaşi qılıncı ilə ona 2 zərbə endirib. Daha sonra polisə verdiyi ifadədə Yamaquçi Sanzo Nosakanı də öldürməyi planlaşdırdığını deyib.
Bundan sonra Otoya həbs olunaraq azyaşlılar üçün nəzərdə tutulmuş həbsxanada saxlanılıb. 1960-cı il noyabrın 2-də həbsxanada özünü asıb. Özünü asmamışdan qabaq saxlanıldığı kameranın divarına diş məcunu ilə "Yaşasın imperator!" və "Kaş ki bu vətənə fəda edəcəyim 7 canım olardı" şüarlarını yazıb. "Yeddi canım olsa yeddisi də ölkəyə fəda olsun" şüarı XIV əsrdə yaşamış yapon samurayı Kusunoki Masaşiqeyə məxsusdur.