Niyazi Bədəlov
Niyazi Bədəlov | |
---|---|
Niyazi Mustafa oğlu Bədəlov | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (88 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1938–1989 |
Təhsili |
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb.[1]
Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə[1] Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır.[1]
Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edir. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırır. Belə nümunələrdən biri "Məhəmməd Füzuli" (1958) sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradır.[1]
N.Bədəlov həmçinin, 30-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində "Böyük həyat", "Tüfəngli adam", "Oyanmış torpaq" və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.[1]
N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılır və 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olunur. Burada Salyan Dövlət Dram Teatrını təşkil edir və teatrın bədii rəhbəri işləyir. Bir müddət sonra yenidən kinoya qayıdır.[1]
Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İncəsənət", "İdman" və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.[1]
Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.[2]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Rejissor kimi
- Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film)
- Komsomol nəsli (film, 1938) (qısametrajlı sənədli film)
- Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film)
- Biz Bakını müdafiə edirik (film, 1942) (qısametrajlı sənədli film)
- Sovqat (film, 1942) (qısametrajlı bədii film)
- General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film)
- Bakıda tikinti (film, 1946) (sənədli film)
- Dağlıq Qarabağ (film, 1948) (qısametrajlı sənədli film)
- Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film)
- Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film)
- İlk müjdələr (film, 1960) (qısametrajlı sənədli film)
- Yeddiilliyin adamları və işləri (film, 1960) (qısametrajlı sənədli film)
- Bizim mayaklar (film, 1961) (qısametrajlı sənədli film)
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
- Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film)
- Dostluq yolu ilə (film, 1964) (qısametrajlı sənədli film)
- Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
- Kirov Azərbaycanda (film, 1966) (qısametrajlı sənədli film)
- Hanı mənim övladlarım? (film, 1967) (tammetrajlı sənədli film)
- Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968) (qısametrajlı sənədli film)
- Xalq şairi Səməd Vurğun (film, 1969) (qısametrajlı sənədli film)
- Lenin bizimlədir (film, 1970) (qısametrajlı sənədli film)
- Dağlarda ada (film, 1971) (qısametrajlı sənədli film)
- Dostluq telləri (film, 1971) (qısametrajlı sənədli film)
- Əli Bayramlı (film, 1971)(I) (qısametrajlı sənədli film)
- Bizim katib (film, 1972) (qısametrajlı sənədli film)
- Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film)
- Onun adı Serafino idi (film, 1974) (qısametrajlı sənədli film)
- Şərəfli yol (film, 1974) (qısametrajlı sənədli film)
- Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film)
- Üzüm tənəyinin xəstəlikləri (film, 1975) (qısametrajlı sənədli film)
- Üç qardaş (film, 1976) (qısametrajlı sənədli film)
- Estafet (film, 1982) (qısametrajlı sənədli film)
- Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film)
- Xəzər üzərində körpü (film, 1988) (qısametrajlı sənədli film)
Azərbaycan dilinə dublyajın rejissoru kimi
- Bakılılar (film, 1938) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
- Komsomol nəsli (film, 1938) (qısametrajlı sənədli film)
- Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film)
- General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film)
- Dağlıq Qarabağ (film, 1948) (qısametrajlı sənədli film)
- Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film)
- İlk müjdələr (film, 1960) (qısametrajlı sənədli film)
- Yeddiilliyin adamları və işləri (film, 1960) (qısametrajlı sənədli film)
- Bizim mayaklar (film, 1961) (qısametrajlı sənədli film)
- Dostluq yolu ilə (film, 1964) (qısametrajlı sənədli film)
- Kirov Azərbaycanda (film, 1966) (qısametrajlı sənədli film)
- Hanı mənim övladlarım? (film, 1967) (tammetrajlı sənədli film)
- Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film)
- Burada başlanmışdır (film, 1974) (qısametrajlı sənədli film)
- Estafet (film, 1982) (qısametrajlı sənədli film)
- Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film)
İkinci rejissor kimi
- Ordenli Azərbaycan (film, 1938) (qısametrajlı sənədli film)
Rejissor assistenti kimi
- Xəzər dənizçiləri (film, 1944) (tammetrajlı sənədli film)
Bədii rəhbər kimi
- Uzunömürlülər (film, 1977) (qısametrajlı sənədli film)
Aktyor kimi
- Əlaqə (film, 1989) (tammetrajlı bədii film)(rol: qoca)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Savalan Fərəcov. "Niyazi Bədəlov". «Mədəniyyət» qəzeti (az.). Kayzen. 2 sentyabr 2016. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.
- ↑ "Niyazi Bədəlovun 100 illik yubileyi". Baku-Art.az. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-18.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.