Münəccimbaşı Əhməd Dədə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Münəccimbaşı[1] və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah[2] (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir.

Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə).[3][4] O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi.[3] Astronomiyaastrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi.[3][5] IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi. Burada Münəccimbaşının övladlığa götürdüyü oğlu Moralı Həsən paşa hakim idi. Bir müddət sonra Münəccimbaşı Məkkəyə hərəkət etdi, burada yerli mövləvixananın şeyxi oldu, 1693/4-cü ildə Mədinəyə getdi. Yeddi il sonra, 1700-cü ildə o, münəccimbaşı kimi təzədən işləməsi üçün İstanbuldan çağırıldı, ancaq təklifi yaşının çoxluğuna görə rədd etdi. Münəccimbaşı Əhməd Dədə Məkkəyə qayıtdı və 27 fevral 1702-ci ildə burada öldü. Onun qəbri Məhəmməd peyğəmbərin ilk həyat yoldaşı Xədicənin türbəsinin yaxınlığında yerləşir.[3][5]

Cami əl-düval

[redaktə | mənbəni redaktə et]

Münəccimbaşının əsas əsəri ərəbcə yazdığı “Cami əl-düval”dır.[3][4] Əsər sədrəzəm Qara Mustafa paşanın əmriylə yazılmağa başlayıb. Qara Mustafa paşa Münəccimbaşını müfəssəl tarix kitabı yazması barədə təlimatlandırmışdı.[6] Kitab Adəmlə başlayır və Osmanlı dövründə, 1678-ci ildə bitir. Əsər üç hissəyə bölünür: Məhəmmədin tarixi, İslamdan əvvəlki və qeyri-islami dövlətlərin tarixi və müsəlman xanədanlarının tarixi, hansı ki, 1678-ci il qədər Osmanlı xanədanının tarixi ilə tamamlanır.[3][4] Onun əsərinin dəyərli olmasının səbəbi hal-hazırda itmiş olan müxtəlif mənbələrdən (xüsusilə bir çox kiçik müsəlman sülalələri haqqında) məlumatların bu əsərdə qorunub-saxlanılmasıdır. Buna misal Münəccimbaşının itirilmiş “Tarix Bab əl-əbvab” (“Dərbəndin tarixi”) əsərindən istifadə etməsidir. “Tarix Bab əl-əbvab” Cənubi Qafqazın şərqi, ArranAdərbayqanın sülalələri haqqında çox informasiya verir.[3] İslamdan əvvələ aid hissə də önəmlidir, çünki Münəccimbaşı romanyəhudi mənbələrini, həmçinin Qərbi Avropa salnamələrini istifadə edib. Münəccimbaşı babillilər, selevkilərassuriyalılar kimi xanədanlar üzərində işləyən ilk İslam tarixçisidir. Onun əsərində həmçinin HindistanÇinə aid hissələr var.[4] Orjinal əsərin bir neçə əlyazma nüsxəsinin mövcud olduğu bilinsə də, “Cami əl-düval” “Səhaifəl-əkbər” (Salnamənin səhifələri) kimi bilinən tərcüməsi vasitəsilə uzun müddət tanınıb. Səhaifəl-əkbər XVIII əsrdə Əhməd Nədim tərəfindən Cami əl-düvalın türk dilinə tərcüməsidir.[3][4] İcmallaşdırılmış olsa da, Nədimin versiyası çox oxunaqlıdır və onun dövründə üstünlük təşkil edən qəliz ədəbiyyat üslubunda yazılmayıb.[3] Əsər Vladimir Minorskinin “Studies in Caucasian history” (London, 1953) və “A history of Sharvan and Darband” (Kembric, 1958) kimi işləri üçün əsas material olmuşdur.[3] Uzun müddət itmiş hesab edilən orijinal əlyazmanın bir hissəsi Edirnedəki Səlimiyyə məscidinin kitabxanasında, qalanı isə İstanbuldakı Topqapı sarayı muzeyinin kitabxanasında saxlanılır.[5]

Münəccimbaşı İbn Xəldunun İslam tarixşünaslığında istifadə etdiyi üsulu izləyərək öz mənbələrini göstərir və onları tənqidi olaraq tədqiq edir.[6]

Münəccimbaşı həmçinin “Aşiq” təxəllüsü ilə sufizm mövzularında divan, Lətaifnamə, həndəsə, musiqisufizmə aid elmi əsərlər, teoloji təfsirlər, həyasız şairin və homoerotik fars satirist Übeyd Zakaninin lətifələrinin tərcüməsi kimi bir çox əsərin müəllifidir.[3][4][5]

Onun “Hasia” əsəri Əl-Baydavinin “Quran Təfsir əl-Baydavi əl-müsəmmə ənvər əltənzil və əsrar” şərhinin təfsiridir.[5]

Münəccimbaşının yazdığı digər əsərlər bunlardır:

  • Şərh-i kitab-ı Əxlaq — Qadi Adudunun əxlaq kitabı üzrə qeydlər.
  • Taliqat əla Uqlidi — həndəsəyə aid əsər.
  • Vəsilət ül-Vüsul ila Mərifət İl-Hamli vəl-Mahmulməntiq elmi.
  • Risalə-i Musiqiyyə — musiqiyə aid əsər.
  • Feyz-ül-Hərəm — Məkkə şəhərinin və onun ətrafının təqdimatı, əsasən Həcc zamanı zəvvarlar üçün yol göstərmək məqsədi daşıyır.
  • Cayət-ül-Bəyan fi Dəqaiq-i ilm-ül-Bəyanmetaforanın istifadə edilməsi üzrə tədqiqat.
  1. Мүнәҹҹимбашы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 127.
  2. Sahaif-ül-Ahbar fî Vekayi-ül-a'sâr. Birinci cilt.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Kramers, 1993. səh. 572–573
  4. 1 2 3 4 5 6 Ahmed Dede Müneccimbaşı Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine at Encyclopaedia Britannica
  5. 1 2 3 4 5 Mihail Guboglu – Cronici turceşti privind ţările române Vol. II –Editura Academiei Republicii Socialiste România, Bucureşti 1974
  6. 1 2 Hatice Arslan-Sözüdogru - Müneccimbasi als Historiker - Islamkundliche Untersuchungen Band 289, Klaus Schwarz Verlag, ISBN 978-3-87997-363-7