Möhbalı Əmiraslanov
Möhbalı Əmiraslanov | |
---|---|
1 noyabr 1955 – 27 avqust 1956 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Davud Şirinov |
9 mart 1954 – 29 sentyabr 1955 | |
Əvvəlki | Sadıq Rəhimov |
Sonrakı | vəzifə ləğv edilib |
11 avqust 1953 – 9 mart 1954 | |
Əvvəlki | Teymur Quliyev |
Sonrakı | İlyas Abdullayev |
9 sentyabr 1939 – 1941 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Sadıq Rəhimov |
1938 – 1939 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 1984 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər | |
|
|
Təltifləri |
Möhbalı Firudin bəy oğlu Əmiraslanov (1902, Balahəsənli, Zəngəzur qəzası – 15 may 1984, Bakı) — Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı, podpolkovnik.
Həyatı
[redaktə | mənbəni redaktə et]Möhbalı Firudin bəy oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girir və 1924-cü ildə Bakıya gələrək texnikumun axşam şöbəsinə daxil olur və gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Moskva Polad İnstitutuna təhsilini davam etdirməyə göndərilir.
1931-ci ildə o, Leninqrada göndərirlir və 1934–1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1939-cu ildə toxuculuq sənayesi naziri təyin edilir və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir.
1942-ci ildə müharibəyə gedir. Döyüşlərdə iştirak edən M. Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır. 1945–1951-ci illərdə Zaqafqaziya sənaye tikinti trestinə rəhbərlik edir. 1951–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin birinci müavini təyin edilir. 1954-cü ildə o, yüngül sənaye naziri təyin edilir. 1956-cı ildə onu Bakı baş tikinti idarəsinə rəis göndərirlər. 1961-ci ilin martında Möhbalı Əmiraslanov Respublika Nazirlər Soveti yanında Dağ-Mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsinin sədri təyin olunur.
O, Azərbaycan SSR Ali Sovetini 2-ci və 3-cü çağrışında deputat seçilmişdir.
İşlədiyi illərdə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1944–1954-cü illərdə Azərbaycan KP MK-nın büro üzvü seçilib. 1981-ci ilin yanvarında təqaüdə çıxmış və 1984-cü il mayın 15-də dünyasını dəyişmiş, Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 1902-ci ildə doğulanlar
- Zəngəzur qəzasında doğulanlar
- 15 mayda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın yüngül sənaye nazirləri
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan SSR xalq komissarları və nazirləri
- Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri