Leave Me Alone
"Leave Me Alone" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi |
13 fevral 1989 (ABŞ-də yayımlanmayıb) |
|||
Format | sinql | |||
Janr | fank, R&B, rok | |||
Dil | ingilis dili | |||
Müddət | 04:40 (albom/sinql versiyası) | |||
Prodüser | Maykl Cekson və Kuinsi Cons | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır.
Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir. Musiqi videosunda Cekson haqqında yayılan müxtəlif şaiyələr komik şəkildə lentə alınıb. Həmin klip 1990 – cı ildə "Ən Yaxşı Qısa Musiqi Videosu" kateqoriyasında Qremmi mükafatına layiq görülmüşdür.
Fon və yazılma
[redaktə | mənbəni redaktə et]“Leave Me Alone” mahnısı Cekson haqqında mətbuatda tez-tez yayılan neqativ və saxta məlumatlara, həmçinin 1986-cı ildə “Thriller” albomunun qazandığı uğurdan sonra yayılmış tabloidlərə cavab olaraq nəzərdə tutulmuşdu.[1] 1986-cı ildən etibarən tabloidlərdə Cekson haqqında saxta məlumatlar yayılmağa başlayır, onlardan birində Ceksonun qocalma prosesinin qarşısını almaq üçün hiberbarik oksigen otağında yatması qeyd edilirdi. Mətbuata sızmış şəkildə Ceksonun xəstəxanada hiperbarik oksigen qutusunda uzanması görünürdü. Əslində isə foto Ceksonun maraq üçün kameranı yoxladığı zaman naməlum şəxs tərəfindən çəkilmişdi.
Cekson Babls adlı şimpanzeni evində saxlamağa qərar verdikdə isə, media bunu onun reallıqdan uzaqlaşmasının sübutu kimi təqdim etmişdi.[2] Başqa bir məlumatda isə Ceksonun “Fil adam” kimi tanınan Cozef Merrikin sümüklərini aldığı bildirilsə də, cekson açıqlamasında bunun “tamamilə yalan” olduğunu bildirmişdi.[2][3] Məhz bu məlumatla əlaqədar Ceksona bir müddət "Wacko Jacko" ləqəbi verilmişdi ki, bu da müğənninin heç xoşuna gəlmirdi. Medianın tez-tez gündəmə gətirdiyi digər bir məsələ isə Ceksonun plastik əməliyyatlar keçirməsi ilə bağlı idi. Ceksonun meneceri bu mövzu ilə bağlı mediada yayılmış məlumatları tənqid edərək qeyd edirdi ki, “Həddən artıq qorxunc məlumatlar yayılır. Ok, o burunun formasını dəyişib. Sizə bir məlumat verim, mənim burnum beş dəfə sınıb və iki dəfə formasını dəyişib. Niyə heç kim heç nə demir? Kimə nə dəxli var? Elvis də burnunu dəyişmişdi. Merlin Monro burnunu və döşlərini dəyişmişdi. Hər adam harasınısa dəyişir.”[4]
Mahnıda Ceksonun əvvəlki albomlarında tez-tez müraciət etdiyi “paranoya mövzusu”na da toxunulub.[5] “The Atlantic”də qeyd edilir ki, mahnıda Cekson “açıq inamsızlıq nümayiş etdirir” və bu mahnı Ceksonun “daimi yalnızlığının əks etdirildiyi” nadir mahnılardan biridir.[6] 2009-cu ildə “Rolling Stone” jurnalından Edvard Keyes yazır ki, “ “Leave Me Alone” “vintaj Maykl” kimi səslənir və mahnının uğurunun səbəbi onun qalın akkordlarıdır.” Keyes qeyd edir ki, mahnı sanki “The Way You Make Me Feel” mahnısının qaranlıq inversiyasıdır, “Leave Me Alone” mahnısı üzərində çalışarkən müğənni qəzəbli olub və yüksək notlar Ceksonun ürək qırıqlığını əks etdirir.[7]
İnstrumentasiya
[redaktə | mənbəni redaktə et]“Leave Me Alone” pianino və gitara ilə ifa olunan[8] fank mahnısıdır.[9] Mahnı Gb Major açarı üzərində qurulub, Ceksonun səsi isə Bb3 - Ab5 açarları arasında səslənir.[8] Moderate temposuna malik olan mahnının metronomu dəqiqədə 112-i vuruşa bərabərdir.[8]
Tənqidçilərin mövqeyi və gəlir göstəriciləri
[redaktə | mənbəni redaktə et]Riçard Harrinqton The Washington Post qəzeti üçün [10]
Mahnı müasir musiqi tənqidçiləri tərəfindən əsasən yaxşı qəbul edilmişdir. “Allmusic” yazarı Stefan Tomas Erlvayn qeyd edir ki, “Leave Me Alone” mahnısının “Bad” albomundakı ən yaxşı mahnı olduğunu hiss edir və bildirir ki, “niyə onun ən yaxşı mahnıları paranoya himni kimi səslənir?”[5] “The Boston Globe”dan Stiv Morza qeyd edir ki, “Leave Me Alone” Ceksonun “paparazzilərlə dolu tabloidlərə” cavabıdır.[11] “The New York Times”dan Con Parales isə bildirir ki, “Leave Me Alone” “açıq mesajdır”.[12] 2009-cu ilin iyununda Ceksonun vəfatından sonra “Rolling Stone” jurnalı “Leave Me Alone” mahnısını Ceksonun monumental işləri sırasına daxil etmiş və yüksək qiymətləndirmişdir.[7]
“Leave Me Alone” bir çox hit-paradlara daxil olmuşdur. Mahnı ABŞ və Kanada xaricində də sinql kimi stışa çıxarılmışdır. “Bad” albomundan çıxarılmış əvvəlki sinqllar kimi bu sinql da beynəlxalq uğur qazanmışdır. “Leave Me Alone” üçün ən uğurlu ərazi hit-paradda birinci yerə yüksəldiyi İrlandiya olmuşdur.[13] Oxşar şəkildə Birləşmiş Krallıq, Niderland, Norveç və İsveçrədə də uğur qazanan mahnı iki, beş, altı və onuncu yerlərə kimi yüksələ bilmişdir.[14][15] Avstriya, Fransa və İsveçdə ilk iyirmiliyə daxil olan mahnı 15, 17 və 19-cu pillələrə kimi yüksələ bilmişdir.[14] Sinqlın ən zəif göstəricisi Avstraliyada qeydə alınmışdır. Bu ölkədə “Leave Me Alone” otuz yeddinci yerdə qərarlaşmışdır.[16]
Musiqi videosu
[redaktə | mənbəni redaktə et]Cim Blaşfildin rejissorluğu, Blaşfild və Pol Dinerin prodüserliyi ilə çəkilmiş “Leave Me Alone” musiqi videosu 2 yanvar 1989-cu ildə çıxarılmışdır.[17] Mahnı həm də 1988-ci ildə çıxarılmış “Ay yürüşçsü” filmində istifadə olunmuşdur.[18] Əslində video Ceksonun 1982-ci il “Thriller” albomundan sonra qazandığı uğurları əks etdirən mövzulu əyləncə parkı xarakteri daşıyır. Əsasən Cekson haqqında tabloidlərdə yayılan məlumatların diqqət mərkəzinə alındığı videoda, medianın 1980-ci illərdə müğənniyə verdiyi "Wacko Jacko" ləqəbinə də toxunulur.[19] Ceksonun Cozef Merrikin sümüklərini alması haqqında yayılmış əsassız şaiyələri göstərmək üçün musiqi videosunda müğənni sümüklərlə rəqs edir.[19] Məhz bu səhnə (sümük təsvirləri olmadan) sinqlın üz qabığında istifadə olunmuş, sümüklərsiz videofraqment isə “Moonwalker” filmində istifadə olunmuşdur.
Videoda həyatda Ceksonla yaxın dost olmuş aktrisa Elizabet Teylorun fotosundan da istifadə edilmişdir. Klip boyu “Mayklın kosmos-yaşlı dietası”, “Maykl Lizə təklif edir” kimi “National Intruder” tərəfindən Cekson haqqında nəşr edilmiş məqalələrin sərlövhələri göstərilir. Musiqi videosunun digər bir məşhur səhnəsi isə burun və skalperin təsvir edildiyi səhnədir ki, bununla da rejissor müğənninin plastik əməliyyat keçirməsi haqqında kütləvi mətbuatda yayılmış çoxsaylı tənqidlərə işarə etmişdir. Videonun sonunda məlum olur ki, nəhəng Cekson özü böyük bir əyləncə parkıdır. O, parkı parçalayaraq ayağa qalxır. Bu səhnə “Qulliverin səyahəti”ndən Qulliverin Liliputların kəndirlərini qıraraq azadlığa çıxmasını xatırladır.[20] Video “Michael Jackson's Vision” və “Bad 25” video-məcmuələrində satışa çıxarılmışdır.
“Leave Me Alone” müxtəlif mükafatlara nominant göstərilmişdir. 1990-cı ildə XXXII Qremmi mükafatlarının təqdim edilməsi mərasimində musiqi videosu “Ən Yaxşı Qısa Musiqi Videosu” nominasiyasında mükafata layiq görülmüşdür.[21] Video 1989-cu il MTV Video Musiqi Mükafatlarının təqdim edilməsi mərasimində altı nominasiyada mükafata layiq görülmüşdür: İlin videosu, İzləyicilərin seçimi, Nailiyyətli video, Ən Yaxşı montaj və Ən Yaxşı quruluşçu rejissor. Lakin video, yalnız Ən Yaxşı xüsusi effektlər nominasiyasında qalib ola bilmişdir.[22] Digər nominasiyalarda isə Nil Yanqın “This Note Is for You” (İlin videosu), Art of Noise qrupu (Nailiyyətli video), Paula Abdul (Ən Yaxşı montaj), Madonnanın “Express Yourself” (Ən Yaxşı operator işi və Ən Yaxşı quruluşçu rəssam) və “Like a Preyer” (İzləyicilərin seçimi) mahnılarına məğlub olmuşdur.[22] Erlvayn musiqi videosunu “daha çox klausttrofobik” kimi təsvir edir və “Bad” albomundan olan “ən yaxşı musiqi videosu” olduğunu bildirir.[22]
Kompozisiyaları
[redaktə | mənbəni redaktə et]
|
|
Hit-parad göstəriciləri
[redaktə | mənbəni redaktə et]
|
|
Sələfləri Simple Minds qrupunun "Belfast Child" mahnısı |
Irish Singles Chart number-one single 2 mart, 1989 (1 həftə) |
Xələfləri Ceyson Donovanın "Too Many Broken Hearts" mahnısı |
Sələfləri Maykl Ceksonun "Smooth Criminal" mahnısı |
Productores de Musica de Espana number-one single 30 aprel, 2006 (1 həftə) |
Xələfləri Violadores del Versonun "Vivir para contarlo" mahnısı |
Personal[39]
[redaktə | mənbəni redaktə et]- Sözlər, musiqi, vokal sintez, solo və fon vokal - Maykl Cekson
- Prodüser - Kuinsi Cons
- Prodüser köməkçisi - Maykl Cekson
- Zərb alətləri proqramlaşdırıcısı və sintezotor - Larri Vilyams
- Gitara - Pol Cekson
- Sinklavyer, sintezator proqramlaşdırıcısı - Keysi Yanq
- Ölçü verici - Qreq Fillinceyns
- Ritm və vokal aranjimanı - Maykl Cekson
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rodman, Sarah. "Michael Jackson, pop's uneasy king, dead at 50". The Boston Globe. 16 iyun 2009. 2009-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 "Music's misunderstood superstar". BBC News Online. 13 iyun 2005. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Tucker, Ken. "Beyond the Pale". Entertainment Weekly. Time Inc. 25 iyun 2009. 2009-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ "Cover Story: Is Michael Jackson for Real?". Archived from the original on 2009-07-03. İstifadə tarixi: 2015-03-27.. Rolling Stone. Jann Wenner. İstifadə: 27 mart 2015.
- ↑ 1 2 Erlewine, Stefan Timas. "Michael Jackson – Bad". AllMusic. All Media Network. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Hsu, Hua. "MJ R.I.P." The Atlantic. June 26, 2009. July 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 Keyes, J. Edwards. "Michael Jackson: The Essential Playlist". Rolling Stone. Jann Wenner. 16 iyun 2009. 2009-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 3 "Leave Me Alone By Michael Jackson – Digital Sheet Music". MusicNotes.com. Sony/ATV Music Publishing. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Lecocq, Richard. Michael Jackson King: 1979-2009 : l'Oeuvre (fransız). Publibook. 2011. səh. 151. ISBN 978-2-7483-6358-6.
- ↑ Harrington, Richard. "Article: Jackson's `Bad': Looking Good; Not a `Thriller' but It's Full of Flash". The Washington Post. HighBeam Research. 31 avqust 1987. 2012-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Morse, Steve. "Michael's Magic Show Continues". The Boston Globe. NewsBank. 10 yanvar 1989. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Pareles, Jon. "Pop Review: Michael Jackson's 'Bad'; A Follow Up To A Blockbuster". The New York Times. 31 avqust 1987. 2015-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 3 "The Irish Charts – All there is to know". Irishcharts.ie. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 3 4 5 6 7 Ultratop.be — Michael Jackson — Leave Me Alone (nid.). Ultratop 50. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb 27 mart 2015.
- ↑ 1 2 Archive Chart UK Singles Chart. The Official Charts Company. Yoxlanılıb 27 mart 2015.
- ↑ 1 2 Australian-charts.com — Michael Jackson — Leave Me Alone. ARIA Top 50 Singles. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ Halstead, p. 197
- ↑ "Moonwalker". Variety. Reed Business Information. 1 yanvar 1988. 2009-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 Considine, J.D. "Michael Jackson: The Man Inside 'Moonwalker' Video". Sarasota Herald-Tribune. 1 fevral 1989. 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Harrington, Richard. "Videos; `Moonwalker': It's Baaad; Michael Jackson's Extravagant New Arrival". The Washington Post. January 10, 1989. November 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ "Grammy Awards 1990". Rock On The Net. 2013-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ 1 2 3 "1989 Video Music Awards". MTV. Viacom International. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Michael Jackson — Leave Me Alone Austriancharts.at (alm.). Ö3 Austria Top 40. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ "Leave Me Alone – MICHAEL JACKSON" (holland). Top 30. 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
Hoogste notering in de top 30 : 2
- ↑ 1 2 Lescharts.com — Michael Jackson — Leave Me Alone (fr.). French Singles Chart. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ [http://musicline.de/de/chartverfolgung_summary/title/Michael+Jackson /Leave+Me+Alone /single Musicline.de — Chartverfolgung — Michael Jackson — Leave Me Alone] (alm.). Media Control Charts. PhonoNet GmbH. Yoxlanılıb27 mart 2015.
- ↑ "I singoli più venduti del 1989" (italyan). Hit Parade Italia. Creative Commons. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Nederlandse Top 40 - Michael Jackson - Leave Me Alone search results (nid.). Stichting Nederlandse Top 40. Yoxlanılıb 27 mart 2015.
- ↑ 1 2 3 Dutchcharts.nl — Michael Jackson — Leave Me Alone (nid.). Mega Single Top 100. Hung Medien / hitparade.ch. Yoxlanılıb 27 mart 2015.
- ↑ Charts.org.nz — Michael Jackson — Leave Me Alone. Top 40 Singles. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ Norwegiancharts.com — Michael Jackson — Leave Me Alone. VG-lista. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ "LEAVE ME ALONE – Michael Jackson" (polyak). LP3. 2014-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2015.
- ↑ Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (ispan) (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2.
- ↑ Swedishcharts.com — Michael Jackson — Leave Me Alone. Singles Top 60. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ Michael Jackson — Leave Me Alone swisscharts.com. Swiss Singles Chart. Hung Medien. Yoxlanılıb 27 mart 20153.
- ↑ Italiancharts.com — Michael Jackson — Leave Me Alone (ital.). Italian Singles Chart. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ Spanishcharts.com — Michael Jackson — Leave Me Alone Canciones Top 50. Hung Medien. Yoxlanılıb 27 mart 2015.
- ↑ Archive Chart UK Singles Chart. The Official Charts Company. Yoxlanılıb 27 mart 2015.
- ↑ Bad: Special Edition liner notes, Epic Records (2001).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Leave Me Alone" — YouTube platformasında