Laviniya Bajbeuk-Melikyan
Laviniya Bajbeuk-Melikyan | |
---|---|
| |
Doğum tarixi | 3 aprel 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2005[3][4] (83 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, heykəltaraş, qrafika ustası[d] |
Təhsili | |
Janrlar | natürmort, portret, peyzaj |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Laviniya Aleksandrovna Bajbeuk-Melikyan (rus. Лавиния Александровна Бажбеук-Меликян; 3 aprel 1922[1][2][…], Tiflis[2][4] – 8 noyabr 2005[3][4], İrəvan[4]) — Sovet, Rusiya və Ermənistan rəssamı. Ermənistan SSR xalq artisti (1983). Rusiya Federasiyasının əməkdar artisti (1997). Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2002).[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Tbilisidə məşhur erməni rəssamı Aleksandr Bajbeuk-Melikyanın ailəsində anadan olub.[6] Atasının ikinci nikahdan olan oğlu Vazgen və qızı Zuleyka da rəssam oldular.
1944-cü ildə Yerevanda yerləşən Fanos Terlemezyan adına Rəssamlıq Məktəbini bitirdi, 1951-ci ildə isə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirdi. İnstitutu bitirdikdən sonra Laviniya SSRİ xalq rəssamı P. D. Korinin rəhbərliyi altında Moskva metrosunda mozaik pannosu üzərində işlədi. Bundan sonra o, Ermənistana qayıtdı və bir müddət orada çalışdı.
19 sentyabr 2000-ci ildə Laviniya Bajbeuk-Melikyan Rusiya Federasiyası vətəndaşlığını əldə etdi.[7]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Rəssam Ermənistan mənzərələrini, erməni kəndlilərinin həyatlarından rəsmlər çəkirdi; həyatının son illərində o, dost rəssamların portretlərini, avtoportretlər, natürmortlar çəkərək, əsasən emalatxanada işləyirdi. Məhz bu dövrdə çəkilən əsərləri sənətşünaslar onun yaradıcılıq karyerasının zirvəsi hesab edir.[8]
Laviniya Bajbeuk-Melikyanın sənətinə atası Aleksandr Bajbeuk-Melikyanın və Martiros Saryanın yaradıcılığı güclü təsir etmişdir.[8] Onun yaratdığı işlərdə rus realist məktəbinin ənənələri və erməni sənətinin milli koloriti birləşdirilib.
Sənətkarın dostu Sovet və Rusiya rəssamı Dmitri Jilinski onu "Dəniz kənarında. Ailə" (1964) əsərində təsvir etmişdir.
Qiymətləndirilməsi
[redaktə | mənbəni redaktə et]Milli Estetik Ədəb Mərkəzinin direktoru, sənətşünas Henrix İgityan sənətkarın yaradıcılığı haqqında belə demişdir: “Bir çox sənətçi karyeralarının əvvəlində yaxşı şəkillər çəkir, lakin zaman keçdikcə işləri darıxdırıcı və maraqsız olur. Ancaq Laviniya Bajbeuk-Melikyan belə sənətkarlardan deyil. Hətta əksinə, son əsərləri daha da dərin və güclüdür".[9] Erməni sənətşünas, Milli Rəsm Qalereyasının keçmiş direktoru Şahen Xaçatryan əşyaların və onların gözəlliyinin hər zamanLaviniya Bajbeuk-Melikyanın diqqət mərkəzində olduğunu qeyd edib. Rəssamın qızı Mariam Bajbeuk-Melikyan sərgilənən lövhələrdə Ermənistanın maraqlı, psixoloji tipajların, mənzərələrin, natürmortların təsvir olunduğunu qeyd edib: "Müasir günümüzdə rəssamlardan kimsə nadir hallarda natürmortlara diqqət yetirir. Biz o qədər tez-tez ətrafımızda olan əşyaların yanından keçirik və onların gözəlliyinə fikir vermirik. Рər şeydə gözəllik görmək və onu təsvir edə bilmək xüsusi qabiliyyətdir".[9]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Ermənistan SSR xalq artisti (1983).
- Ermənistan SSR əməkdar artisti (1967).
- Rusiya Federasiyasının əməkdar artisti (08.25.1997) — incəsənət sahəsindəki xidmətlərinə görə.[10]
- SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1988).
- Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2002).
- SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı (1981).
Şəxsi sərgiləri
[redaktə | mənbəni redaktə et]- 1979 — Rəssam evi. İrəvan[11]
- 1980 — Moskva
- 01.10.2008—14.10.2008 — Ermənistan Rəssamlar İttifaqında, İrəvan[9]
- 10.04.2007—06.05.2007 — Rusiya Rəssamlıq Akademiyasında, Moskva[12]
Əsas əsərləri
[redaktə | mənbəni redaktə et]- Atası Aleksandr Bajbeuk-Melikyanın portreti (1960)
- Ana (1961)
- Kitablı natürmort (1970)
- Avtoportret (1978)
- Rəssam Nina Jilinskaya (1984)
- Ağabalyants bacılarının portreti (1994)
- M. Xaçatryanın portreti (1996)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 (Bažbeuková) Lavinia Bazhbeuk // The Fine Art Archive.
- ↑ 1 2 3 4 5 6 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1. S. 193.
- ↑ БАЖБЕУК-МЕЛИКЯН ЛАВИНИЯ АЛЕКСАНДРОВНА Arxivləşdirilib 2021-05-14 at the Wayback Machine на сайте Российской академии художеств
- ↑ Ереван.ру — виртуальный город Arxiv surəti 19 iyun 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-06-19 at the Wayback Machine
- ↑ "Указ Президента Российской Федерации от 19 сентября 2000 года № 1673 «О приёме в гражданство Российской Федерации»". 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- ↑ 1 2 "Выставка Л.Бажбеук-Меликян в Российской академии художеств — — Новости и афиша музеев России — — www.Museum.ru". 2013-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- ↑ 1 2 3 Новости — Армения[ölü keçid]
- ↑ "Указ Президента Российской Федерации от 25 августа 1997 года № 937 «О награждении государственными наградами Российской Федерации»". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- ↑ Лавиния Бажбеук-Меликян. ЕРЕВАН: ТИГРАН МЕЦ. 2006. 85. ISBN 99941-0-157-9.
- ↑ Российская академия художеств | Академия художеств Arxivləşdirilib 2012-09-14 at Archive.today Arxivləşdirilib 2012-09-14 at Archive.today
- 3 apreldə doğulanlar
- 1922-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 8 noyabrda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- İrəvanda vəfat edənlər
- V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunları
- Ermənistan SSR-in xalq rəssamları
- Rusiya Federasiyasının əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə rəssamlar
- Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvləri
- Ermənistan SSR əməkdar rəssamları
- Ermənistanın qadın rəssamları