Konsumerizm
Konsumerizm (ing. consumerism — istehlakçı) — daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi nizam. Sənaye inqilabı zamanı, xüsusən də XX əsrdə kütləvi istehsal həddindən israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi, buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların istifadəsinə başladılar.[1] 1899-cu ildə Torsteyn Veblenin nəşr etdiyi "Tənbəl sinif nəzəriyyəsi" adlı konsumerizmə aid kitabda XX əsrin əvvəllərində geniş yayılmış "asudə vaxt" ilə birlikdə ortaya çıxan geniş yayılmış dəyərlər və iqtisadi institutlar araşdırılır.[2] Orada Veblen "bu asudə vaxt sinfinin fəaliyyətlərini və xərcləmə vərdişlərini açıq və dolayı istehlak və israf nöqtəti-nəzərindən araşdırır. Hər ikisi funksionallıq və ya yararlılıq ilə deyil status nümayişi ilə bağlıdır".[3]
İqtisadiyyatda konsumerizm istehlaka cəmlənən iqtisadi siyasətə istinad edə bilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Czarnecka, Barbara; Schivinski, Bruno. "Do Consumers Acculturated to Global Consumer Culture Buy More Impulsively? The Moderating Role of Attitudes towards and Beliefs about Advertising" (PDF). Journal of Global Marketing. 32 (4). 17 June 2019: 219–238. doi:10.1080/08911762.2019.1600094. ISSN 0891-1762. 8 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 December 2021.
- ↑ Veblen, Thorstein (1899): The Theory of the Leisure Class: an economic study of institutions, Dover Publications, Mineola, N.Y., 1994, ISBN 0-486-28062-4. (also available: Project Gutenberg e-text)
- ↑ bookrags.com, The Theory of the Leisure Class: Summary & Study Guide Description Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine