40°53′42″ şm. e. 45°45′32″ ş. u.HGYO

Köhnəqala (Tovuz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Köhnəqala
40°53′42″ şm. e. 45°45′32″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.687 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Köhnəqala xəritədə
Köhnəqala
Köhnəqala

KöhnəqalaAzərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd.[2]

Kənd buradakı köhnə (qədim) qalanın adı ilə adlandırılmışdır.[3]

Zəyəmçayın sahilində yerləşən qala bir hektardan artıq ərazini əhatə edir. Eramızdan əvvəl 450-ci ildə Kürün qolu olan Zəyəmçayda Sasanilərlə yerli xalq arasında müharibə olub. Müharibə zamanı burada olan qala və qəsirlər dağılıb, həmin qalalardan biri də o vaxt bu ərazidə yerləşən Köhnəqala olub. Kəndin adı da elə bu qalanın adı ilə — Köhnəqala adlanıb. Qədim tarixi mənbələrdə burada 2 min il əvvəl böyük bir şəhərin olduğu qeyd edilir. 1963-cü ildə bu qaladan 2 büt tapılıb. Qalanın yerində bir neçə böyük daşla, kərpic və küp qalıqlarından başqa demək olar ki, heç nəyə rast gəlmək mümkün deyil. Çünki qalanın yerində yeni yaşayış evləri tikilib. Qaladan fərqli olaraq, qalanın giriş qapısının qalıqları bu günə qədər qalıb. Sakinlər deyir ki, qədimdə burada tunel olub və həmin tunel vasitəsilə insanlar buradan qalanın olduğu əraziyə gedib-gəliblər.[4]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd orta dağlıq qurşaqda yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 1604 785 819
2009[6] ↗1687 ↗863 ↗824

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə Köhnəqala kənd kitabxana filialı,[7] Köhnəqala kənd klubu[8] fəaliyyət göstərir.

Kənddə Şah İsmayıl Xətai adına Köhnəqala kənd tam orta məktəbi fəaliyyət göstərir.[9][10]

Bundan başqa kənddə Köhnəqala kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[11]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Köhnəqala həkim məntəqəsi yerləşir.[12]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  3. Köhnəqala (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 289. ISBN 978-9952-34-155-3.
  4. "Arxivlənmiş surət". 2015-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  6. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  9. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  10. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  11. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  12. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]