Jorj Dantes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jorj Dantes
fr. Georges-Charles de Heeckeren d'Anthès
Doğum tarixi 5 fevral 1812(1812-02-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 noyabr 1895(1895-11-02)[1][3][…] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Yozef Konrad Dantes
Milliyyəti Fransız
Fəaliyyəti siyasətçi, diplomat, hərbi qulluqçu, bretör
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[1][2][…], Kolmar (Yuxarı Provans Alpları)[4]2 noyabr 1895[1][3][…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir.

Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir.

Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır. Dantes Sankt-Peterburq şəhərinə gəlir və qısa müddətdən sonra burada hakim ailənin mühazifəsini təşkil edən qvardiyaya daxil olmağı bacarır. 1836-cı ildə yəni qvardiyaya daxil olduqdan iki il sonra leytenant rütbəsi alır. Jorj Dantesin zadəgan ailədən gəlməsi onun Sankt-Peterburqun kübar cəmiyyətində qısa zamanda özünə yer etməsinə səbəb oldu. Atası ilə bağlı vərəslik işlərini həll edəndən sonra Dantes Hollandiya Kral Ailəsi ilə razılığa gəlir və vəsərəlik hüququndan istifadə edərək adını Jorj Karl de Gekkeren Dantes formasında dəyişdirir.

Kübar cəmiyyətin mühüm üzvülərindən birinə cevrilən Dantes Aleksandr PuşkinNatalya Qonçarova ilə tanış olur. Natalya Qonçarova ilə münasibət qurmağa çalışan Dantesin Puşkini təhdid etməsi barədə bəzi ehtimallar vardır. Aleksandr PuşkinNatalya Qonçarova ilə daha yaxın olmaq naminə Dantes 1837-ci ilin 10 yanvar tarixində Natalya Qonçarovanın bacısı Yekaterina Qonçarova ilə evləndi. Kübar cəmiyyətdə Jorj Dantesin Nataliyaya daha yaxın olmaq və onu əldə edə bilmək üçün belə bir evliliyə razı olması barədə şaiyələr yayılmağa başladı. Natalya Qonçarovaya ünvanlanan anonim sevgi məktubları vəziyyəti daha da gərginləşdirdi və ehtimalların doğru olduğunu sübut etməyə başladı.

Aleksandr Puşkin və Jorj Dantesin duel mübarizəsinin təsvir olunması. (Sankt-Peterburq yaxınlığı, 1837, 27 yanvar.)

Aleksandr Puşkin vəziyyətdən çıxış yolu kimi Jorj Dantesin atasına təhqir məzmunlu məktub yazmaqda gördü. Belə bir məktubun yazılması Jorj Dantesin ailə şərəfinə toxunmaq anlamına gəlirdi və belə hallar tərəflərin duel meydanında qarşılaşması ilə yekunlaşırdı. Tərəflərin razılığı ilə 1837-ci ilin 27 yanvar tarixində Sankt-Peterburq şəhəri yaxınlığında duel təşkil edilir. Aleksandr Puşkinin şahidi kimi yaxın dostu Danzas iştirak edir. Bəzi ehtimallara görə Puşkin dueldə istifadə ediləcək silahını almaq üçün gümüş sikkələrini satmaq məcburiyyətində qalmışdır. Tərəflərin atəş açması nəticəsində Dantes çiynindən, Puşkin isə bud sümüyündən ağır yara alır. Güllə Puşkinin bud sümüyünə dəyərək qarın boşluğuna daxil olur.

Dantes dueldən sağ olaraq xilas olmağı bacarsa da, Aleksandr Puşkin dueldən iki gün sonra aldığı güllə yaraları nəticəsində yaranmış peritonit xəstəliyindən vəfat edir. Həmin dövrdə Rusiya imperiyasının sərhədləri daxilində duel təşkil etmək qanunla qadağan idi. Puşkinin ölümündən sonra xalqda ciddi narazılıq yaranır və məhkəmə təşkil olunur. Məhkəməyə gətirilən Jorj Dantes dindirilir, ancaq Aleksandr Puşkinin onun atasına təhqiramiz məktub yazması və proviaksiyaya çəkməsi səbəbindən Dantes sərbəst bıraxılır. Rütbəsi və bütün imtiyazları əlindən alınır və imperiyanın sərhədlərini tərk etməsi barədə qərar çıxarılır.

Berlinə yollanan Dantes buradan həyat yoldaşını götürərək, atasının Fransada yerləşən malikanəsinə köçür. Fransada onun uğurlu siyasi həyatı başlayır; əvvəlcə yerli assambleyanın prezidenti, daha sonra isə 1848–1852-ci illərdə Milli Təsis Assambleyasının üzvü seçilir. Jorj Dantes eyni zamanda 1852–1870-ci illərdə senator vəzifəsində icra etmişdir. Dördüncü övladının doğumu zamanı xanımı 1843-cü ilin 15 oktyabrında vəfat edir. Jorj Dantes 1895-ci ilin 2 noyabr tarixində Almaniya İmperiyasının Elzas-Lotaringiya əyalətində 83 yaşında vəfat etmişdir.

  1. 1 2 3 4 http://www.senat.fr/senateur-2nd-empire/heeckeren_georges_charles_d_anthes0104e2.html.
  2. 1 2 Georges Charles Anthes baron de heeckeren d' // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 Georges, Charles D'ANTHÈS D'HEECKEREN // Sycomore (fr.). / Assemblée nationale
  4. 1 2 http://www.visit-france.com/colmar/.