Əbdüləziz

Vikipediya, azad ensiklopediya
(I Əbdüləziz səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Əbdüləziz
osman. عبد العزيز
2 iyun 1861 – 30 may 1876
ƏvvəlkiƏbdülməcid
SonrakıV Murad
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1830(1830-02-08)[1]
Doğum yeri
Vəfat tarixi 4 iyun 1876(1876-06-04)[2][3][…] (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər, bəstəkar
Atası II Mahmud
Anası Pərtəvniyal Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultan Əbdüləziz (Osmanlı türkcəsi: عبد العزيز — Abdü’l-`Azīz) (8 fevral 1830[1], Bəylərbəyi Sarayı, Üsküdar4 iyun 1876[2][3][…], Feriye sarayı) — 32-ci Osmanlı sultanı və 111-ci İslam xəlifəsi.

7 fevralı 8 fevrala bağlayan gecə 1830-cu ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası 30-cu Osmanlı sultanı II Mahmud, anası isə onun xanımlarından çərkəz əsilli Pərtəvniyal Sultan idi. 1836-cı ildə qardaşı Şahzadə Əbdülməcidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. İkinci Sədabad sarayında keçirilən mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 9 yaşında atası uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etmiş, böyük qardaşı Sultan Əbdülməcid taxta çıxmışdır. Qardaşının səltənətində vəliəhd olaraq olduqca sərbəst həyat yaşadı və mükəmməl təhsil aldı. Həsən Fəhmi Əfəndidən ərəb dili və ədəbiyyatı ilə yanaşı, dini təlimləri öyrəndi. Ney ifaçısı və bəstəkar Yusif Paşadan musiqi dərsləri aldı. Eyni zamanla idmanla da məşğul olan Əbdüləziz Əfəndi güləş və üzgüçülüklə maraqlanırdı. Qardaşının əksinə içki və eyş-işrət aləminə düşkün deyildi və sadə həyat tərzi vardı. Bu səbəblə vəliəhdliyi dövründə əhalinin rəğbətini qazanmışdı. Güclü, sağlam və göstərişli görünüşü əhalinin gözündə onu sultan namizədinə çevirmişdi. Sultan Əbdülməcidin həddini aşmış yenilikçi siyasətindən narazı olanlar onu ulu babası Yavuz Sultan Səlim kimi görür və taxta çıxmasını gözləyirdilər. Sultan Əbdülməcidin son illərindəki eyş-işrət və israfçılığından narazı olan yenilik tərəfdarları belə, Əbdüləziz Əfəndinin qardaşının vəfatından sonra 25 iyun 1861 tarixində taxta çıxmasını qəbul etdilər.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Sultan Əbdüləzizin taxta çıxdığı günlərdə Osmanlı imperiyası olduqca qarışıq dövrdə idi. Maliyyə böhranı dərinləşmiş, Qaradağ üsyanı artıq mühribə halını almışdı. Herseqovina əyaləti də çalxalanırdı. Avropa dövlətləri də bunları bəhanə edərək öz müdaxilələrini artırırdı. Bunun qarşısını almaq istəyən Sultan Əbdüləziz taxta çıxdıqdan bir neçə gün sonra bir fərman imzaladı. Sədrəzəmə xitabən yazılan və Bab-ı Əlidə mərasimlə elan edilən fərmanda, yeni sultan tənzimatdan imtina etmədiyini və bunu sübut etmək üçün Mehmed Əmin Paşa hökumətini iqtidarda saxlayacağını bildirdi. Bundan başqa fərmanda, ölkənin iqtisadi böhrandan çıxarılması, irqindən və dinindən asılı olmayaraq hər kəsin dövlət qarşısında bərabər hüquqlu olması kimi sosial məsələlərə də toxunulurdu.

Əsas problem iqtisadi böhran olduğu üçün, Sultan Əbdüləziz hökumətdən ilk öncə bu məsələnin həllini tələb etdi. Özü də bu məsələnin həlli uğrunda öz illik gəlirinin və saray məsrəflərinin azaldılmasına razı oldu. Hətta şəxsi həyatında yalnız bir xanımıyla yaşayacağını və sarayın əsas məsrəf səbəbi olan hərəmxana qurmayacağını da vəd etmişdi. Bu vədlərini yerinə yetirərək sarayda lazımsız bütün məmurları uzaqlaşdırdı. Sarayda qızıl, gümüş və digər qiymətli əşyaların istifadəsini qadağan etdi. Şəxsi gəlirlərinin üçdə bir hissəsini dövlət xəzinəsinə verəcəyini də bildirdi. Siyasi məhkumlar üçün ümumi əfv elan etdi. Rüşvətə qarışan məmurları cəzalandırdı. Nazirliklərdə xüsusilə də, Sədarət binasındakı məmurların sayını da azaltdı. Görülən bu tədbirlərlə iqtisadi böhran qismən azaldı.

Sultan Əbdüləziz yeni sədrəzəm Yusif Kamil Paşanın təklifi ilə 3 aprel 1863-cü ildə Misirə səyahət etdi. Babası Yavuz Sultan Səlimdən sonra Misir torpaqlarına gələn ilk Osmanlı sultanı oldu. Burada böyük sevinclə qarşılanan Sultan Əbdüləziz Mehmed Əli Paşa üsyanından sonra demək olar ki, ayrı bir dövlətə çevrilən Misir əhalisini Osmanlı imperiyasına qazandırmaq istəyirdi. Misir hakimi İsmayıl Paşa tərtiblədiyi möhtəşəm əyləncə məclisləri ilə sultanın gözünə girmişdi. Sonrakı illərdə sultanın eyş-işrətə və israfçılığa düşməsinin də səbəbi bu məclislər oldu. 28 may 1866-cı ildə Misirdə vərasət sistemini dəyişən İsmayıl Paşa 2 iyunda sultandan xədiv ünvanı aldı və bu ünvanın atadan oğula keçməsini təmin etdi.

Bu əsnada yaranan ikinci problem isə xarici ölkələrin müdaxilələri səbəbi ilə yaranan daxili ayaqlanmalar oldu. Rusların Balkan yarımadasındakı slavyanları üsyana təşviq etməsi digər dövlətlərin də fikrini burada cəmlədi. Qərb dövlətlərinin təhriki ilə Livanda iki qəbilə arasındakı mübarizə qanlı müharibəyə çevrilmişdi. Muxtariyyət tələbi ilə başlayan Qaradağ üsyanı yatırıldı. RusiyaFransanın müdaxilələri ilə tezliklə Serbiya, RuminiyaKrit adasında da yeni hadisələr baş verdi.

Sultan ƏbdüləzizKraliça Viktoriya

Fransa imperatoru III Napolyon Beynəlxalq Paris Sənaye Sərgisinin açılışı münasibətilə Sultan Əbdüləzizi Fransaya dəvət etmişdi. İstanbuldakı fransız səfirinin vasitəçiliyi ilə bu dəvətin beynəlxalq sülhə təkan verəcəyini də bildirmişdi. Bu əsnada İngiltərə kraliçası Viktoriya da sultanı Londona dəvət etdi və beləliklə, Sultan Əbdüləziz hər iki ölkənin dəvətini qəbul edərək 21 iyun 1867-ci ildə Avropa səyahətinə çıxdı. Beləliklə, Osmanlı tarixində xarici ölkələrə səyahət edən yeganə sultan və xristian dünyasına dost olaraq gedən ilk xəlifə Əbdüləziz oldu. Fransaİngiltərəni ziyarət edən, bu əsnada Belçika, PrussiyaAvstriyadan da keçən sultan 7 avqust 1767 tarixində İstanbula qayıtdı.

Sultan Əbdüləzizin bu səyahəti beynəlxalq sülhün təmin edilməsində önəmli rol oynadı. Ancaq Qərb dünyasının dəstəyi ilə ayaqlanan xalqlarla uzun çəkişmə və mübarizənin ardından Ruminya knyazlığı tanındı və Serbiyadakı qalalardan türk əsgərləri geri çağırıldı (1867). Krit adasının yunanlara ilhaq edilməsi təklifi isə qəbul edilmədi. Rusiyanın təşviqiylə Rus Provaslav kilsəsindən ayrılmaq istəyən bolqarların istəyi qəbul edildi və 1870-ci ildə müstəqil bolqar kilsəsinin qurulmasına icazə verildi. Beləliklə, bolqarların muxtariyyət arzularına şərait yarandı.

Avropada baş verən siyasi hadisələr, xüsusilə də Fransanın Almaniyaya məğlub olması Osmanlı imperiyasına da təsir etdi. Belə ki, Osmanlı reform proqramındakı ən güclü dəstəkçisi olan Fransanı itirmiş, Rusiya isə 1856-cı ildə bağlanan Paris sülhündəki şərtləri tanımadığını elan etmişdi (1871). Nəticədə Rusiya Balkan millətləri üzərindəki təzyiqləri artırdı və bölgədə rus təhlükəsi yenidən yarandı. İlk muxtariyyət tələbi 1875-ci ildə Herseqovinada, ardından Bosniyada baş tutdu. Üsyançılar Rusiya, Serbiya və Qaradağ tərəfindən dəstəklənirdi. Rusiyanın Balkan yarımadasında güclənməsini istəməyən Avstriyanın səylərinə baxmayaraq üsyan Bolqarıstana da sıçradı. Bu əsnada Salonikidə yaranan iğtişaşlarda iki səfirin öldürülməsi Qərb dövlətlərinin hadisələrə müdaxiləsinə səbəb oldu. Berlin memorandumu adlanan qərarnaməni Bab-ı Əliyə göndərmək istəsələr də, bu əsnada Sultan Əbdüləziz artıq taxtdan endirilmişdi.

Sultan Əbdüləzizin beynəlxalq problemlərlə keçən səltənəti illərində ölkə daxili böhranlarla da çalxalandı. Aparılan islahatlar və əldə edilən irəliləyişlər sədarətə gətirilən paşaların şəxsi səylərindən asılı hala düşmüşdü. Bu səbəblə Sultan Əbdüləziz səltənəti 2 dövrə ayrılır. Taxta çıxmasından 1871-ci ilə qədərki dövrdə hökumət əsasən Mehmed Fuad PaşaMehmed Əmin Əli Paşanın əlində idi. Bu dövrdə tənzimat və islahatlar dövrü davam etmiş, bəzi yeni müəssisələr açılmış və olduqca uğurlu xarici siyasət yeridilmişdir. Mehmed Əmin Əli Paşanın vəfatından sultanın devrildiyi 1876-cı ilədək olan ikinci dövrdə isə hakimiyyətdə Mahmud Nədim PaşaMithat Paşa söz sahibi idi.

Sultan Əbdüləziz Osmanlı imperiyasının uğurlu davamını Rusiyaya qarşı hərbi gücə sahib olmaqda görürdü. Bu səbəblə səltənəti dövründə həm şəxsi imkanları, həm də xarici borclanmalarla bu sahəyə pul ayırdı. Avropadan yeni isthesal olunmuş onlarla silah növü idxal etdi. Alınan böyük miqyaslı toplarla İstanbul boğazı və bəzi sərhəd qalaları təhkim edildi. Prussiyadan mütəxəssis zabitlər çağırıldı və Hərb məktəbi yenidən təşkil edildi (1866). Hərb qanunları müasir şərtlərə uyğunlaşdırıldı (1869). Kiçik hərbi məktəblər açıldı. Daşqışlaq, Gümüşsuyu və Taksim ordu qışlaqları inşa olundu. Bu gün İstanbul Universitetinə aid olan bina da Hərbi nazirlik olaraq Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir. Bu dövrdə dənizçilik də inkişaf etdirildi. İngiltərəFransa standartlarında yeni donanma qurulması üçün xəzinədən olduqca yüklü miqdarda pullar xərcləndi. Donanma tərsanələri yenidən quruldu. İnşası mümkün olmayan zirehli gəmilər xaricdən idxal edildi. Bahriyə nazirliyi quruldu.

Sultan Əbdüləzizin Dolmabağça sarayındakı yataq otağı

Sultan Əbdüləziz səltənətində nəqliyyat və rabitə sahələrində də önəmli irəliləyişlər oldu. Ümumilikdə 452 km olan dəmiryolu şəbəkəsi onun səltənətində 1344 km oldu. 2000 km-lik İstanbul-Paris dəmiryolunun inşası isə imtiyaz olaraq Avstriyaya verildi. Bu dəmiryolu xəttinin Topqapı sarayından keçməsi bəzi müzakirələrə səbəb olmuş, Sultan Əbdüləziz isə "Dəmiryolu keçsin, istərsə belimdən keçsin" deyərək məsələyə olan münasibətini bildirmişdir. Bu xəttin Sofiyaya qədər olan hissəsi 1874-cü ildə fəaliyyətə başladı. Bundan başqa 1873-cü ildə 99 km-lik Heydərpaşa-İzmit dəmiryolu xətti açıldı. 1863-cü ildə Niş, BosniyaVidində yeni yollar açıldı. Anadoluda isə Amasiya, SamsunKastamonuda yeni yollar çəkildi. Sultan Əbdülməcid səltənətində başlayan teleqraf çəkilişləri bu dövrdə demək olar ki, bütün ölkədə yayıldı.

Sultan Əbdüləziz səltənətində borclar 200 milyon qızıla çıxmışdı. Bir il ərzində borc və faiz olaraq ödənən pul miqdarı 14 milyona çatmışdı. O illərdə Osmanlı imperiyasının maliyyə siyasəti borcu borcla ödəməkdən ibarət idi. Xarici ölkələrdən borc alma imkanı olmadığı hallarda isə, Qalata sərraflarından yüksək faizlə borc alınırdı. Nəticədə ölkədəki iqtisadi böhran dərinləşdi. 1875-ci ilin büdcəsində 5 milyon lirə kəsr var idi və artıq daxili və xarici borlanma imkanı qalmamışdı. Sədrəzəm Mahmud Nədim Paşa rus səfirinin tövsiyəsilə, bütün Avropa ölkələrinin etiazı ilə qarşılanan bir qərar qəbul etdi. 6 oktyabr 1875 tarixli qərarla, dövlətə borc verən şəxslərə pul yerinə qiymətli kağızlar paylandı. Qərar daxildə və xaricdə böyük əks-sədaya səbəb oldu. Avropada, əllərində qiymətli kağızlar olan şəxslər Osmanlı səfirlikləri önündə mitinqlərə başladı. Nəticədə həm ölkənin prestiji azaldı, həm də ingilisfransızlar Osmanlılara düşmən oldular. Əslində rus səfirinin də məqsədi bu idi.

Sultan Əbdüləziz taxtdan endirildikdən sonra ədəbsiz saray xidmətçiləri ilə

Taxtdan endirilişi və ölümü

[redaktə | mənbəni redaktə et]

Böyük güclərin Osmanlı imperiyasına müdaxiləyə hazırlandığı bu əsnada müxalif qruplar Sultan Əbdüləzizi devirib, Murad Əfəndini taxta çıxarmağı planlayırdı. Mithat Paşanın köşkündə toplanan iclasda Sultan Əbdüləzizin səltənətdə qalması həm ölkənin, həm də müxalif qüvvələrin gələcəyi üçün təhlükəli olaraq görüldü və mədrəsə tələbələrinin üsyana sövq edilmələrinə qərar verildi. Digər tərəfdən isə vəliəhd Murad Əfəndi üsyan edəcək tələbələrə paylamaq üçün şəxsi sərrafı Xristaki Əfəndidən təmin etdiyi sandıq-sandıq qızılı Mithat Paşaya göndərdi. 10 may 1876 günü Fateh, BəyazidSüleymaniyyə mədrəsələrinin tələbələri dərslərdən imtina edərək mitinq keçirdi. Bunlara Şirvanizadə Əhməd Hulusi və Gürcü Şərif Əfəndi kimi yüksək rütbəli üləmalar da qatıldı. Hərəkatın planı isə o əsnada vəzifədən alınan Mithat Paşanın şəhər kənarındakı köşkündə hazırlanmışdı. Üsyançılar Yıldız sarayı önünə qədər gələrək şeyxülislamınsədrəzəmin vəzifədən alınmasını tələb etdi. Mehmed Rüşdü Paşanın sədarətə, Həsən Xeyrullah Əfəndinin şeyxülislamlığa, Hüseyn Avni Paşanın sərdarlığa və Mithat Paşanın məclisə daxil edilməsi elan edildi (12 may) və üsyançılar dağıldı.

Sultan Əbdüləziz düşmənliyində ortaq olan və "möhtəşəm dördlük" adı verilən bu qrup iqtidarı ələ aldıqdan sonra Sultan Əbdüləziz devrilməsi məsələsində razılaşdılar və planı vəliəhd Murad Əfəndiyə bildirdilər. Vəziyyəti leqallaşdırmaq üçün fətva əmiri Qara Xəlil Əfəndi şeyxülislam vasitəsilə sədrəzəmin köşkünə çağırıldı. Onun da planı təsdiq edib qoşulmasından sonra Hüseyn Avni Paşanın vəliəhdi Dolmabağça sarayından qaçırılaraq taxta çıxarılmasına qərar verildi. Bütün bunlar olarkən, Sultan Əbdüləziz hadisələrin yatırıldığını zənn edirdi.

Sultan Əbdüləzizin məzar sandığı, Sultan Mahmud türbəsi

Plan, 26 mayda Hüseyn Avni Paşanın köşkündə toplanan məclisdə yenidən müzakirə edildi və tarix olaraq 31 may günü seçilsə də, bəzi hadisələrin ardından çevriliş 29-30 may gecəsi baş tutdu. Sultan Əbdüləziz əvvəlcə Dolmabağça sarayından Topqapı sarayına aparıldı. Burada onu III Səlimin otağında məhkum etdilər. Bundan məyus olan Sultan Əbdüləziz "Məni də əmim Sultan Səlim kimi burda bitirmək istəyirlər" dedi. Üstəlik otaqda oturmağa yer də yox idi. Həm özü, həm də ailəsi o əsnada yağan yğışın altında saraydan atılması ona olduqca güclü zərbə endirmişdi. Bir müddət sonra başqa bir otağa alınan Sultan Əbdüləziz burada yeni sultana məktub yazdı və öz istəyilə Fəriyə sarayına aparıldı (1 iyun). Ancaq 4 iyun 1876 günü otağında biləkləri kəsilmiş bir halda tapıldı.

Dövlət bürokratiyasından hadisə yerinə gələn ilk şəxs isə sərdar Hüseyn Avni Paşa oldu və hələ də can çəkişən sabiq sultanı otağın pərdəsinə bürüyərək ölməsini gözlədi. Xəbəri eşidən digər dövlət adamları da Fəriyə sarayına gəldi. Əcnəbi həkimlərin də iştirak etdiyi 19 nəfərlik həkim heyətinin cəsədi müayinə etməsinə qərar verildi. Ancaq həkimlərdən bəziləri sultan cənazəsinin bu halda saxlanmasına etiraz edərək bu müayinəyə qatılmadı. Bundan başqa Hüseyn Avni Paşanın da müdaxiləsiylə müayinə olduqca qısa müddət ərzində səthi olaraq aparıldı.

Ardından həkim heyəti bu yaraların onlara göstərilən saqqal qayçısının səbəb olması haqqında bir tibbi raport yazdılar. Daha sonra sabiq sultanın cənazəsi Topqapı sarayına aparıldı və burada yuyulub kəfənləndikdən sonra Sultan Mahmud türbəsinə dəfn edildi. Vəfat xəbəri 6 iyun 1878 tarixində intihar olaraq elan olundu.

Ancaq V Muradın 3 aylıq qısa səltənətindən sonra taxta çıxan qardaşı II Əbdülhəmid əmisinin intiqamını aldı. Belə ki, Ulduz məhkəməsi olaraq bilinən məhkəmədə bütün müqəssirlər mühakimə edildi.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Abdülaziz // Encyclopædia Britannica (ing.).
  2. 1 2 А. В. Абдул-Азис (rus.). // А — Аколла 1926. Т. 1.
  3. 1 2 Abd ül-Asis // Brockhauz Ensiklopediyası (alm.).
  • Cevdet Paşa, Tezâkir (nşr. M. Cavid Baysun), Ankara 1986, II-IV;
  • a.mlf., Ma‘rûzât (nşr. Yusuf Halaçoğlu), İstanbul 1980, s. 22-41, 56-60, 196-206, 222-236;
  • Ahmed Midhat, Üss-i İnkılâb, İstanbul 1294, Ks. I, s. 66-226, 294-296, 398-401;
  • İstanbul 1295, Ks. II, s. 254-272;
  • a.mlf., Devr-i Sultan Abdülaziz, İstanbul 1319;
  • Mahmud Celâleddin Paşa, Mir’ât-ı Hakîkat (haz. İsmet Miroğlu), İstanbul 1983, s. 37-127;
  • Mehmed, Hakaiku’l-beyân fî hakkı Abdilaziz Han, İstanbul 1324;
  • Tevfik Nûreddin, Sultan Aziz’in Hal‘i ve İntiharı, 1293 Vekayi‘i, İstanbul 1324;
  • Midhat Paşa, Mir’ât-ı Hayret, Sultan Abdülaziz Han Merhûmun Esbâb-ı Hal‘i (nşr. Ali Haydar Midhat), İstanbul 1325;
  • Ali Haydar Midhat, Midhat Paşa, İstanbul 1325, s. 133-169;
  • Süleyman (Paşa), Hiss-i İnkılâb yahut Sultan Aziz’in Hal‘i ile Sultan Murâd-ı Hâmis’in Cülûsu, İstanbul 1326; H
  • ayreddin, Vesâik-i Târihiyye ve Siyâsiyye Tetebbuâtı, İstanbul 1326, V, 82-85;
  • Hüseyin Hıfzı, Sultan Aziz Devri, İstanbul 1326;
  • Ahmed Sâib, Vak‘a-i Sultan Abdülaziz, Kahire 1326;
  • Ed. Engelhardt, Türkiye ve Tanzimat (trc. Ali Reşâd), İstanbul 1328, s. 169-247;
  • Mehmed Memduh (Paşa), Mir’ât-ı Şuûnât, İzmir 1328;
  • a.mlf., Esvât-ı Sudûr, İzmir 1328;
  • a.mlf., Hal‘ler ve İclâslar, İstanbul 1329;
  • E. Driault, Şark Meselesi (trc. Nâfiz), İstanbul 1328, s. 248-271;
  • Reşid İbrahim, Tarihin Unutulmuş Sahifeleri, Sultan Aziz’in Şehâdetine Asıl Sebep Ne İdi?, Berlin 1333;
  • Henri Elliot, İntihar mı, İmâte mi? yahut Vak‘a-i Sultan Aziz, İstanbul, ts.;
  • A. Ayhan [Oruç], Sultan Abdülaziz Nasıl Hal‘ Edildi, Nasıl İntihar Etti?, I, İstanbul 1927;
  • İbnülemin, Son Sadrazamlar, İstanbul 1940-53, I-III;
  • a.mlf., Hoş Sadâ, s. 19-23;
  • a.mlf., “Hâtıra-i Âtıf”, TTEM, sy. 7 (84) (1926), s. 40-54;
  • a.mlf., “Sultan Abdülaziz’e Dâir”, a.e., sy. 9 (86), s. 177 vd.;
  • a.mlf., “Abdülhamîd-i Sânî’nin Notları”, a.e., sy. 13 (90), s. 60-68;
  • A. Kemâlî Aksüt, Sultan Aziz’in Mısır ve Avrupa Seyahati, İstanbul 1944;
  • Halûk Şehsuvaroğlu, Sultan Aziz, Husûsî, Siyâsî Hayatı, Devri ve Ölümü, İstanbul 1949;
  • S. Ezgi, Türk Musikisi, V, 491-492;
  • Mahmud R. Gazi Mihal, Türk Askerî Muzıkaları Tarihi, İstanbul 1955, s. 59-81;
  • İ. H. Danişmend, Kronoloji, İstanbul 1961, IV, 197, 256-264;
  • İbretnümâ, Mâbeynci Fahri Bey’in Hatıraları ve İlgili Bazı Belgeler (nşr. Bekir Sıtkı Baykal), Ankara 1968;
  • İ. H. Uzunçarşılı, Midhat ve Rüştü Paşaların Tevkiflerine Dâir Vesikalar, Ankara 1987;
  • a.mlf., Midhat Paşa ve Yıldız Mahkemesi, Ankara 1967;
  • a. mlf., “Sultan Abdülaziz Vak‘asına Dâir Vak‘anüvis Lütfi Efendi’nin Bir Risâlesi”, TTK Belleten, VII/28 (1943), s. 349-373;
  • Karal, Osmanlı Tarihi, VII, 1-348;
  • a.mlf., “Abd al-Azız”, EI² (İng.), I, 56-57;
  • Necib Âsım, “Sultan Aziz’in Avrupa Seyahati”, TOEM, XLIX (1916);
  • Abdurrahman Şeref, “Sultan Abdülaziz’in Vefatı İntihar mı, Katil mi?”, TTEM, sy. 6 (83), (1926), s. 321-335;
  • B. Şehsuvaroğlu, “Sultan Abdülaziz’in Avrupa Seyahati”, Belgelerle Türk Tarihi Dergisi, sy. 1, İstanbul 1967, s. 41-51;
  • Efdalüddin - T. Yılmaz Öztuna, “Abdülaziz”, İTA, II, 332-347;
  • A. H. Ongunsu, “Abdülaziz”, İA, I, 57-60
Əbdüləziz
Doğum: 8 fevral 1830 Vəfat: 4 iyun 1876
Hakimiyyət titulları
Sələfləri 
Əbdülməcid

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

2 iyun 1861-30 may 1876
Xələfləri 
V Murad
Sünni İslam titulları
Sələfləri 
Əbdülməcid

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
V Murad