II Mənuçöhr
II Mənuçöhr ibn I Fəribürz | |
---|---|
| |
Şirvanşahlar Dövlətinin XVII hökmdarı | |
1096 – 1106 | |
Əvvəlki | I Fəribürz |
Sonrakı | I Əfridun |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | I Fəribürz |
Dini | islam |
II Mənuçöhr – Şirvanşahlar dövlətinin on yeddinci hökmdarı, Şirvanşah I Fəribürzün oğlu.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Şirvanşah I Fəribürz iki oğul qoyub getmişdi: II Mənuçöhr və I Əfridun. Onlar növbə ilə hakimiyyətə gəlmişlər. Məsud ibn Namdarın verdiyi məlumata görə Fəribürzün Gəncənin və bütün Arran vilayətinin əmiri olmuş əl-Ədud adlı oğlu olmuşdur.[1] S. Aşurbəyli qeyd edir ki, bu Fəribürzün oğlunun adı deyil, ləqəbi idi. Onun adını müəyyənləşdirmək hələlik mümkün deyil, lakin güman etmək olar ki, bu II Mənuçöhrün ləqəbidir.[2]
II Mənuçöhr haqqında qalmış yeganə sənədlər Ermitajda alçaq əyarlı gümüş sikkə və onun adı çəkilən kitabədir. Mənbələrdə onun haqqında heç bir məlumat verilmir. Sikkənin üz tərəfində dini rəmz, xəlifə əl-Müstəzhir billahın (h.487-512 (1094-1118)-ci illər) və səlcuq sultanı Məhəmmədin (h.498-511 (1105-1118)-ci illər) adları göstərilmişdir. Arxa tərəfdə əl-məlik Mənuçöhr ibn Fəribürz adı həkk olunmuşdur.[3][4] Xəlifə Müstəzhir h.487-ci ildən 512-ci ilədək (1094- 1118), sultan Məhəmməd ibn Məlik şah isə h.498-ci ildən 511-ci ilədək (1105-1118) hökmranlıq etmişdir. Deməli, h.498 (1105)-ci ildə Mənuçöhr Şirvanın şahı idi. Kitabəyə görə II Mənuçöhr h.489 (1096)- cu ildə hakimiyyətə başlamışdır: "Şirvanşah Əbü-1-Müzəffər, möminlər əmirinin köməkçisi Mənuçöhr ibn Fəribürzün zamanında. Dörd yüz səksən doqquzuncu il (1096-cı il)". [5][6] Onun hakimiyyətinin son ili məlum deyil. Lakin Əfridunun h.514 (1120)-cü ildə öldürüldüyü [7] nəzərə alınsa, ehtimal edilir ki, h.498 və h.514 (1105-1120)-cü illər arasında II Mənuçöhrün hakimiyyəti sona çatmış və I Əfridunun hakimiyyəti başlanmışdır.[8][9]
Sikkədə sultan Məhəmmədin adının çəkilməsi Şirvanşahın İraq səlcuqlarına tabe olduğunu göstərir. Lakin əl-məlik titulu və Mənuçöhrün atasının – Fəribürzün adının çəkilməsi Şirvanşahın hakimiyyətinin möhkəmləndiyinə dəlalət edir. Məlik şahın oğlu, Arranı öz torpaqlarına birləşdirmiş Gəncə hakimi sultan Məhəmmədin hakimiyyət dövrü o zaman dövlətin başında duran qardaşı Börküyarıq əleyhinə üsyan qaldıraraq, onunla hakimiyyət uğrunda ara müharibələri aparması ilə səciyyələnir. Qardaşının ölümündən sonra sultan Məhəmməd h.498-ci ildən 511-ci ilədək (1105-ci ildən 1116-cı ilədək) təkbaşına baş sultan olmuşdur.[4][10][11] II Mənuçöhrün adı ilə kiçik mis pullar da var. Onların bir tərəfində titulsuz Mənuçöhr, digər (tərəfində isə Məlik şah (Y.A. Paxomovun fikrincə, II Malik şah) (təqribən h.498 (1104/5-ci il) adları çəkilir. Lakin Kuyumcan onları III Mənuçöhrə aid edir.[12][13] I Fəribürzün oğlu II Mənuçöhr haqqında sikkələrdən və kitabədən başqa, hələlik, heç bir məlumat yoxdur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Atası I Fəribürz. Şirvanşah
- Qardaşı I Əfridun. Dərbənd hakimi.
- Qardaşı əl-Ədud. Gəncə və Arran hakimi.
- Bacısı Şahbanu Xatun. Şamaxıda Gülüstan qalasını yenidən tikdirmişdir.
SƏLƏF I Fəribürz |
II Mənuçöhr Kəsranilər |
XƏLƏF I Əfridun |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Бeйлиc. Coчинeния Macyдa. s.14, 40, v.l23a, 126a
- ↑ S. Aşurbəyli – Şirbanşahlar dövləti, Bakı, 2007
- ↑ Mapкoв. Инвeнтapный кaтaлoг мycyльмaнcкиx мoнeт импepaторcкoгo Эpмитaжa. CПб., 1896, c.932
- ↑ 1 2 Пaxoмoв. Kpaткий кypc... c.30
- ↑ Иcтopия Aзepбaйджaнa, т.I, c.141
- ↑ Z.Bünyadov. Azərbaycan Atabəylərdövləti, s.146
- ↑ Historie de la Georgie depuis Гantiquite jusqu, au XIX siesle, traduite du georgien par M.Brosset, 1-re partie. CПб., 1849
- ↑ Пaxoмoв. Kpaткий кypc... c.ЗO
- ↑ Hadi Həsən. Fələki Şirvani c.7
- ↑ M.Defremery. Recherches sur le renge de Barkiarouk. Journal Asiatik. 1853, Avril
- ↑ Бeйлиc. Coчинeния Macyдa, c.24-26
- ↑ Пaxoмoв. Kpaткий кypc. c.ЗO
- ↑ Dickran Karnick Kouyrn-jian. A numismatic history of southeastern Caucasia and Adharbayjan... New-York, 1969, c.155