Hümmət Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hümmət Hüseynov
Hüseynov Hümmət Paşa oğlu
Doğum tarixi
Doğum yeri Göyçay rayonu, Azərbaycan
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru

Hüseynov Hümmət Paşa oğlu — texnika elmləri doktoru, professor

Hüseynov Hümmət Paşa oğlu Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqal kəndində anadan olmuşdur. 1950-ci ildə "riyaziyyat" ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. 1951-1953-cü illərdə akad. İ.M.Qubkin adına Moskva Neft-kimya və qaz sənayesi institutunun aspirantı olub. 1954-cü ildən AzETNÇİ-da boyük elmi işçi işləyib. 50-ci illərdin ortalarında onun təşəbbüsü ilə, sonralar uzun müddət rəhbərlik etdiyi "Yeraltı hidrodinamika" laboratoriyası yaradılmışdır. 1954-cü ildə "Qazlaşdırılmış mayenin məsaməli mühitdə hərəkəti məsələlərinin hidrodinamiki tədqiqatları" mövzusunda namizədlik, 1961-ci ildə isə "Neft layının hidrodinamiki ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1982-ci ildən onun elmi pedaqoji fəaliyyəti həmçinin AzPİ ilə də bağlı olub ki, burada o uzun müddət "Hidravlik və hidravlik maşınlar" kafedrasına rəhbərlik edib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hüseynov H.P. tanınmış alim kimi layların yeraltı hidrodinamikasının və neft-qaz yataqlarının işlənilməsinin bir çox istiqamətləri ilə məşğul olub.

Elmi tədqiqatların sahəsi: lay mayelərinin süzülməsi proseslərinin yeraltı hidrodinamikası məsələləri; neft və qaz yataqlarının layihə edilməsi və işlənilməsinin təhlili.

Hüseynov H.P. 280-dən artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifdir. 20 elmlər namizədi hazırlamışdır. Hüseynov H.P. medal və fəxri fərmanlarla mükafatlanıb.