Gümrü müqaviləsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gümrü müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 2 dekabr 1920[1] |
İmzalanma yeri | |
Tərəflər | Ermənistan Demokratik Respublikası, Ankara Hökuməti |
Gümrü müqaviləsi (erm. Ալեքսանդրապոլի պայմանագիր), (türk. Gümrü Antlaşması) – Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2 dən 3-nə keçən gecə imzalanmış sülh müqaviləsi.
Bü müqavilə Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilədi.
Bu müqavilə 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi. Müqavilə 18 maddədən ibarət idi.
Müqavilənin şərtlərinə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi.
Bu müqavilənin şərtlərinə əsasən Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orudya malik olmalı və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi, pulyemyotların isə maksimal sayı 20 dən çox ola bilməzdi.
Ermənistan "Sevr müqaviləsi"nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ – dan qeri çağırmağı öz üzərinə götürürdü.
Həmçinin Ermənistan hökuməti Türkiyəyə qarşı, və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri, qüvvədən düşmüş elan edirdi.
Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində "hərbi tədbirlər görmək" imkanını əldə edirdi.
Müqavilənin 7-ci bəndinə əsasən, hər iki tərəf müharibə zamanı bir-birlərinə vurduqları ziyana görə təzminatdan imtina edirdilər. Müqavilə imzalandığı andan etibarən bir ay ərzində ratifikasiya olunmalı və qüvvəyə minməli idi.
Müqavilənin taleyi
[redaktə | mənbəni redaktə et]Daşnak hökumətinin nümayəndələri gecə dekabrın 2 dən 3 nə keçən gecə Gümridə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqran ilə Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar.
Dekabrın 4-də İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olur. Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onu qüvvədən düşmüş elan edir.
Ermənistanla Türkiyə arasındakı sərhəd məsələsi 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi ilə tənzimləndi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- TURKISH-ARMENIAN WAR: SEP.24 – DEC.2, 1920
- Gümrü müqaviləsi
- ""Gümrü" müqaviləsi ləğv edilsə, Ermənistan xeyli torpaq itirəcək" — MÜSAHİBƏ
- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.