40°39′11″ şm. e. 47°44′26″ ş. u.HGYO

Göyçay rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Göyçay rayonu

40°39′11″ şm. e. 47°44′26″ ş. u.HGYO


Ölkə
Daxildir Mərkəzi Aran
İnzibati mərkəz Göyçay
İcra Hakimiyyətinin başçısı Natiq Ağayev[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Sahəsi
  • 736 km²
Hündürlük
25 m
Əhalisi
Əhalisi
  • 119.400 nəf. (1 yanvar 2018)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-GOY
Poçt indeksi 2300
Rəsmi sayt
Göyçay rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göyçay rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[2] Mərkəzi Göyçay şəhəridir.Göyçayın ən gözəl kəndi İnçə kəndidir.

"Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Antik dövr müəllifləri Strabon, Ptolemey, Plini və başqaları bu bölgənin təsərrüfat həyatından bəhs edərkən torpaqlarının məhsuldarlığı ilə bərabər burada yaşayan əhalinin taxıl yetişdirdiyini, üzümçülüklə məşğul olduğunu, İberiya ilə Xəzər sahilini birləşdirən Transqafqaz ticarət yolunun bu bölgədən keçdiyini qeyd edib. Göyçay rayonuna məxsus kəndlər ayrı — ayrı tarixi dövrlərdə müxtəlif yerli feodal dövlətlərinin tərkib hissəsi olub. Mənbələrdən Göyçay çayının sağ və sol sahilləri 1025-ci ildən XIV əsrədək Qəbələ mahalına tabe olduğu görünür. Xanlıqlar dövründə Göyçay artıq Şirvanşahların inzibati ərazisinə çevrilib. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. Göyçay inzibati ərazi vahidi olaraq birinci Rusiya işğalı dövründə (1801–1920) Bakı quberniyasının qərbində yerləşən, quberniya ərazisinin çox böyük hıssəsini əhatə edən və quberniyaya daxil edilən, iki məntəqə, 62 kənd icmasından ibarət olan qəza mərkəzi idi. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. 1918-ci ildə burada türk və erməni qoşunları arasında Göyçay döyüşü baş vermişdir. Göyçay qəzası 1929-cu ildə ləğv edilmişdir. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il 8 avqustda Göyçay inzibati rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylılar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106 nəfər əlil olmuşdur.

Coğrafi adının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Göyçay çayının adı yuxarı axınında suyunun göyümtül rəngə çalması ilə əlaqədardır. Çay suyunun duruluğuna, səma rəngini özündə əks etdirdiyinə görə belə adlandırılmışdır.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Coğrafi mövqeyi - Göyçay Azərbaycan Respublikasının tərkibində inzibati rayondur. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Rayon ərazisi 40°20' ilə 40°50' şimal enlikəri və 47°40' ilə 48°10' şərq uzunluqları arasında yerləşir.

Göyçay rayonun ərazisi 755,3 km²-dir. Əhalisinin sayı 118271 nəfərdir. (01.01.2017), o cümlədən şəhər əhalisi 32%, kənd əhalisi 68%-dir. İnzibati mərkəzi Göycay şəhəridir (əhalisi 36,2 min nəfər −2013). Rayon ərazisi şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 42 km məsafədə uzanır. Rayonun mərkəzi Göycay şəhəri Bakı-Qazax magistral yolunun 215 kilometirliyində, Ucar dəmir yol stansiyasının 17,5 km məsafəsindədir.

Göyçay rayonu KürAraz ovalığında, Aran iqtisadi rayonu tərkibində olmaqla, şimal-qərbdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş inzibati rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 25 kənd ərazi dairəsi, 55 kənd yaşayış məntəqələri vardır. Əhalinin orta sıxlığı 157 nəfər/ km². Rayonun ən iri yaşayış məntəqələri Göycay şəhəri, Bığır, Ləkçılpaq, Qaraməryəm, Çərəkə, Çaxırlı, İncəQarabaqqal kəndləridir.

Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir.

Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.

Rayon iki geoloji rayona — dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə, rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10–15 santimetr qalınlığında qat kimi örtür.

Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur.

Göyçay rayonunun səthi əsasən düzənlikdir və Şirvan düzünün şimal kənarındadır. Şimal sahələr alçaq dağlıq relyefə malikdir. Acınohur alçaq dağlığına aid Xocaşen silsiləsinin cənub kənarı və Qaraməryəm tirəsi (Qaraquş d.,437m) Göyçayın şimalını tutur. Neogen və əsasən Antropogen yaşlı çöküntülər yayılmışdır.

Rayonun bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Heyvanat aləmi o qədər də zəngin deyil.

Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Rayon ərazisində illik yağıntının miqdarı 400–600 mm-dir.

Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir, qışı mülayim keçir. Yanvarın orta temperaturu 1,9 °C, iyul 26,4 °C-dir. əsasən yazda və payızda düşür. Belə iqlimə quru subtropik iqlim də deyilir.

Landşaft müxtəlifliyi:

[redaktə | mənbəni redaktə et]

Yarımsəhra və quru çöl iqlimi şəraitində boz- çəmən, dağ boz-qəhvəyi, şabalıdı, açıq-şabalıdı v s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əasasən, efemerli-yovşanlı və yovşan-şoranotlu yarımsəhra, dağlıq-kserofit bitki qruplarından ibarətdir. Seyrək saqqızağac, ardıc meşələri, arid kolluqlar: nar, qaratikan, murdarça, yulğun vardır. Dağlıq və dağ ətəyi ərazilərdə təbii yolla bitən yemişan, əzgil, sumaq, cır nar, zoğal, kəklikotu üstündür. Rayonda vaxtilə təbii meşələr olmuşdur. Hazırda xeyli azalıb.

Göyçayda bir çox subtropik və texniki bitkilər əkilir. Rayonun cənubunda pambıq, çəltik, üzüm bağları üstünlük təşkil edir, yeni meyvə bağları salınır. Göyçay rayonu özünün narı, heyvası, xurması, alçası, gilası, innabı ilə fərqlənir. Göyçayı təbii gözəlliyi ilə tanıdan onun xan çinarlarıdır.

Heyvanlar aləmi bir o qədər də zəngin deyildir. Dağətəyi sahələrdə meşə dələsi, qaban, yenot, çaqqal, qırqovul, canavar, tülkü, dovşan, sərçə, qarğa, sağsağan, dağ göyərçini yayılmışdır. Dağ ətəyi yarımsəhralarda və düzənliklərdə qumsiçanı, kaftar, kəklik, bəzgəq, qaz, qamış pişiyi, qırqovul, turac, dovdağ, ördək, leylək, vağlar, gürzə, koramal, suilanı, kərtənkələ və tısbağa yaşayır. Türyançay qoruğunun bir hissəsi Göyçay rayonunun ərazisində yerləşir.

Rayonun əsas çayı Göyçaydır (Kürün sol qolu). Qəbələ, İsmayıllı, Göyçay və Ucar rayonları ərazisindən axır. Uzunluğu 113 km, hövzəsinin sahəsi

1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (2980 m) alaraq Kürə tökülür. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın su sərfi 12,0 m3/san-dir. Çay Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır, gətirmə konusu yaradır və suvarma işlərinə sərf olunur. Göyçay şəhəri çayın suyu ilə təchiz olunur. Şilyan çayı rayondan keçərək Ucar rayonuna daxil olur. Arvan çayı yazda tez-tez daşqınlar yaradır. Göyçay çayına bir sıra çaylar tökülür — Buqur, Keyniyaçay, Peşnaçay, Zaratçay, Qalacıq, Əyriçay, Vəndamçay, Qaraçay, Buynuzçay və s.

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir.

2015-ci il iyul ayının 1-ə olan rəsmi məlumata görə, rayon ərazisində 116.1 min nəfər əhali yaşayır.

Etnik
qrup
1939-cu il[3][4] 1959-cu il[5] 1970-ci il[6] 1979-cu il[7] 1999-cu il[8] 2009-cu il[9]
Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali %
azərbaycanlı 41 698 89.91% 43 486 93.31% 64 227 95.36% 74 071 96.70% 99 086 98.58% 108 512 99.54%
ləzgi 1 744 3.76% 1 181 2.53% 1 593 2.37% 1 435 1.87% 1 054 1.05% 396 0.36%
rus 1 777 3.83% 1 008 2.16% 720 1.07% 584 0.76% 189 0.19% 62 0.06%
axısqa türkü 11 0.02% 36 0.04% 18 0.02%
tatar 35 0.08% 56 0.08% 34 0.04% 28 0.03% 7 0.01%
ukraynalı 155 0.33% 32 0.05% 27 0.04% 58 0.06% 4 0.01%
əşkinazi yəhudi 460 0.99% 150 0.32% 249 0.37% 99 0.13% 22 0.02%
kürd 356 0.32% 234 0.42% 321 0.31% 367 0.54% 356 0.41% 357 0.43%
erməni 251 0.54% 297 0.64% 206 0.31% 192 0.25% 3 0.01%
avar 1 0.01% 1 0.01% 4 0.01% 26 0.03% 2 0.01%
gürcü 23 0.05% 10 0.02% 21 0.03% 20 0.03% 2 0.01%
dağ yəhudisi 17 0.03% 29 0.04%
udin 10 0.01% 3 0.01%
tat 7 0.02% 1 0.01% 1 0.01%
talış 21 0.05% 1 0.01% 163 0.56% 178 0.45% 169 0.67% 235 0.78%
alman 19 0.04%
digər 184 0.40% 461 0.99% 218 0.32% 80 0.10% 25 0.02% 19 0.02%
cəmi 46 379 100% 46 602 100% 67 355 100% 76 601 100% 100 511 100% 109 018 100%

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Rza bəy Ağabəyzadə (1894–1961) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, "Müsavat" fraksiyasından millət vəkili.
  2. Hacı Hüseyn Əfəndiyev (1893–1920) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, "Əhrar" fraksiyasından millət vəkili.
  3. Yusif Əhmədzadə (?–1938) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, bitərəf.
  4. Rəsul Rza (1910–1981) — Azərbaycanın xalq şairi.
  5. Ənvər Məmmədxanlı (1913–1991) — Azərbaycanın xalq yazıçısı.
  6. Vladimir Pletnyov (1948–1988) — Azərbaycan Respublikasının Xalq artisti, baletmeyster.
  7. İsmayıl Əfəndiyev (1910–1967) — Görkəmli Azərbaycan kinoaktyoru, Əməkdar incəsənət xadimi.
  8. Məmməd Quliyev (1936–2001) — Görkəmli bəstəkar, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi.
  9. Bəxtiyar Yaqubov (1941–2015) — İsrailin Holon Texnologiya Universitetinin professoru, texnika elmləri doktoru.
  10. Mirzə Kərimoviç Mixailov (Mirzə Xəzər) (1947–2020) — “Azadlıq Radiosu” Azərbaycan Redaksiyasının müdiri, “Amerikanın Səsi” radiosu Azərbaycan bürosunun və “Mirzə Xəzərin Səsi” radiosunun rəhbəri, publisist, hüquqşünas.
  11. Ağamirzə Mirzəli (1910–1988) — Azərbaycan mühacir hərəkatının fəal üzvlərindən biri (Türkiyə), tibb elmləri doktoru.
  12. Kamal Soltanov — Türkiyənin İğdır Universitetinin professoru,fizika-riyaziyyat elmləri doktoru.
  13. Rafiq Əzizov — Türkiyənin Yeditepe Universitetinin professoru, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru.
  14. Qalib Mahmudov — "Azəri" Azərbaycan—Yeni Zelandiya dostluq Cəmiyyətinin sədri.
  15. Səadət Kərimi — İsveçin Umea Universitetinin dosenti, fizika-riyaziyyat elmlər doktoru.
  16. Emin Mahmudov (1925–2013) — Görkəmli yazıçı (ABŞ–da yaşayıb).
  17. Əbdül Qəhrəmanzadə — BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının eksperti, Azərbaycan Respublikasının sabiq Rabitə Naziri, texnika elmləri namizədi, dosent.
  18. Cabit Rəsulov — Beynəlxalq Telekommunikasiya Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, texnika elmləri doktoru.
  19. Şövqi Göyçaylı — Əməkdar elm xadimi və əməkdar müəllim,beynəlxalq Elmi inkişaf və Beynəlxalq Ekologiya Akademiyalarının üzvü, ABŞ Elm və texnika assosiasiyasının üzvü, coğrafiya elmləri doktoru, professor.
  20. Nüsrət Xəlilov (1925–2012) — Amerika neftçi geoloqlar assosasiyası Azərbaycan Bölməsinin prezidenti, Azərbaycan Respublikasının əməkdar geoloqu, geologiya – minerologiya elmləri doktoru, professor.
  21. Sabir Əliyev — Nyu-York Elmlər Akademiyasının professoru, fizika-riyaziyyat elmləri doktoru.
  22. Nihad Əliyev — Almaniya Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü, Şimali Amerika Yazıçılar Birliyinin, Belçikanın Bogdani Beynəlxalq Yazıçılar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü.
  23. Ağa Qurban Əliyev (1911–1997) — SSRİ-nin fəxri neftçisi, SSRİ Dövlət mükafatı laureatı, Respublikanın əməkdar mühəndisi, geologiya–minerologiya elmləri doktoru, professor.
  24. Nailə Seyfullayeva — SSRİ Rəssamlar İttifaqının və SSRİ Arxitektorlar İttifaqının üzvü.
  25. Mehrəli Əliyev — Rusiya Federasiyası Tatarıstan Respublikasının Almetyevsk Dövlət Neft İnstitutunun professoru, texnika elmləri doktoru.
  26. Rafael Əliyev — Sovet və Azərbaycan rəssamı, SSRİ, Azərbaycan və Avrasiya Rəssamlar İttifaqlarının üzvü.
  27. Aleksandr Tumanov (1911–1984) — Sovet sənaye xadimi, Sosialist Əməyi Qəhrəmanı.
  28. İzmail Kaurbekoviç Xuzmiyev — Şimali Osetiya–Alaniya Respublikasının 1-ci dərəcəli Dövlət müşaviri, Şimali Osetiya-Alaniya Respublikası yanacaq və energetika komitəsinin sədri, Beynəlxalq Pedaqoji EA-nın həqiqi üzvü, Rusiya Elektrotexnika Elmləri Akademiyasının müxbir üzvü, Gürcüstan Dövlət Aqrar Universitetinin professoru, texnika elmləri doktoru.
  29. Rauf Hüseynov (1940–2019) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
  30. İnqilab Kərimov (1931–2011) — AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor.
  31. Əbdülhəmid Xəlilov (1911–1990) — Dövlət mükafatı laureatı, geologiya–minerologiya elmləri doktoru, professor.
  32. Ənvər Şıxəliyev (?–?) — Dövlət mükafatı laureatı, texnika elmləri doktoru, professor.
  33. Səmid Salehov (1945–2012) — Texnika elmləri doktoru, professor.
  34. Hümmət Hüseynov (1926–1995) — Texnika elmləri doktoru, professor.
  35. Fərhad Hüseynov — Fizika–riyaziyyat elmləri doktoru, professor.
  36. Elmira Zamanova (1939–2010) — Fizika–riyaziyyat elmləri doktoru, professor.
  37. Əbdülbağı Xəlilov (?–?) — Fizika–riyaziyyat elmləri doktoru, professor.
  38. Elxan Abbasov — Fizika–riyaziyyat elmləri doktoru, professor.
  39. İrşad Kərimov — İqtisad elmləri doktoru, professor.
  40. Raqib Quliyev — İqtisad elmləri doktoru, professor.
  41. Hacağa Rüstəmbəyov — İqtisad elmləri doktoru, professor.
  42. Niyazi İsmayılov — İqtisad elmləri doktoru, professor.
  43. Nəsrəddin Bəşirov (1934–2017) — Kənd təsərrüfatı elmləri doktoru, professor.
  44. Ramiz Əliyev — Biologiya elmləri doktoru, professor.
  45. Mövsüm Abdullayev (1935–2015) — Beynəlxalq Ekoenergetika Akademiyasının Professoru, Respublikanın Əməkdar həkimi, tibb elmləri namizədi.
  46. Surxay Hadıyev — Əməkdar Elm xadimi, tibb elmləri doktoru, professor.
  47. Elxan Kərimov (1938–2017) — Əməkdar Elm xadimi, tibb elmləri doktoru, professor.
  48. Məmmədəli Şərifli (1909–1969) — Tarix elmləri doktoru, professor.
  49. Arif Məmmədov (1927–1985) — Filologiya elmləri doktoru, professor.
  50. Əbdürrəhman Cavadov (1927–1997) — Filologiya elmləri doktoru, professor.
  51. Nadir Abdullayev (1935–2022) — Filologiya elmləri doktoru, professor.
  52. Zemfira Şahbazova — Filologiya elmləri doktoru, professor.
  53. Beykəs İmranov (1934–2008) — Pedaqoji elmlər doktoru, professor.
  54. Natiq Həmidov — Texnika elmləri doktoru, dosent.
  55. Akif Rzayev (1949–2018) — Texnika elmləri doktoru.
  56. Çimnaz Salmanova — Kimya elmləri doktoru.
  57. Adil İsmayılov (1928–2016) — Tibb elmləri doktoru.
  58. Nurəngiz Hacıyeva — Tibb elmləri doktoru.
  59. Nəriman Zeynalov (1933–1989) — Filologiya elmləri doktoru.
  60. Məmməd Sadıq bəy Ağabəyzadə (1865–1944) — Azərbaycan Demokratik Cümhuriyyəti Daxili işlər nazirinin müavini, general — mayor, görkəmli şərqşünas alim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, "İttihad" fraksiyasından millət vəkili.
  61. Rəhim bəy Ağabəyzadə (?–?) — Tibb xidməti general–mayoru.
  62. Əjdər Xaspoladov (1901–1986) — SSRİ-nin ilk ədliyyə generallarından biri.
  63. Seyfulla Əkbərov (1914–1995) — Azərbaycan SSRİ-nin sabiq Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri.
  64. Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı, vitse-admiral.
  65. Oqtay Maqsudov (1937–2018) — Ədliyyə general–mayoru.
  66. Əlisahib Orucov — Azərbaycan Respublikasının sabiq Ədliyyə naziri, baş ədliyyə müşaviri.
  67. Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general–mayoru.
  68. İkram Əliyev — Azərbaycan Ordusunun general–mayoru.
  69. İlqar Qafarov — Azərbaycan Ordusunun general–mayoru.
  70. Ehtiram Xəlilov — Gömrük xidməti general–mayoru.
  71. Ərzuman Əliyev — Polis general–mayoru.
  72. Elxan Süleymanov — Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının prezidenti.
  73. Qafur Əfəndiyev (Qantemir) (1888–1944) — Görkəmli Azərbaycan yazıçısı.
  74. Abdulla Əfəndiyev (Faruq) (1907–1944) — Görkəmli Azərbaycan şairi.
  75. Əli Səmədli (1830–2006) — Azərbaycan yazıçısı.
  76. Əli Kərim (1931–1969) — Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  77. İsgəndər Coşqun (1931–1996) — Əməkdar incəsənət xadimi, şair-dramaturq.
  78. İbrahim Göyçaylı (1936–2007) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, şair.
  79. Yuri Kovalyov (1965–1991) — Azərbaycanın Milli Qəhrəmanı.
  80. Fərhad Əhmədov — Əslən Azərbaycandan olan Rusiyalı iş adamı və siyasi xadim, mesenat və filantrop.
  81. Feyruz İsayev — Tanınmış iş adamı, "Lukoyl-Moldova" ASC-nin Baş direktoru.
  82. Telman İsmayılov — Tanınmış iş adamı (hazırda Monteneqroda yaşayır).
  83. Həbib Fətəliyev (1942–1999) — Azərbaycan SSR sabiq yerli sənaye naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Bakı şəhər Nizami Rayon Partiya Komitəsinin birinci katibi.
  84. Ənvər Məlikov (1937–?) — Azərbaycan SSR sabiq yüngül sənaye naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı.
  85. Hüseyn Rəsulov (1929–1986) — Azərbaycan SSR-in Əməkdar inşaatçısı, Sosialist Əməyi Qəhrəmanı.
  86. Babək Səmidli (1974–2020) — Azərbaycan Ordusunun Şəhid polkovniki.

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq Göyçay rayonunun iqtisadiyyatında kənd təsərrüfatı, emal sənayesi və sənayenin digər sahələri aparıcı rola malik olmuşdur. Bununla belə, rayonda telekommunikasiya, tikinti, nəqliyyat, ticarət, iaşə və s. xidmət sahələri də inkişaf etmişdir. Göyçay rayonu SSRİ dövründə çox güclü sənaye potensialına malik olmuşdur. Rayonda əvvəllər fəaliyyət göstərən Toxuculuq Kombinatı, Konserv Zavodu, Yeyinti Məhsulları Kombinatı, Avtomobil Təmiri Zavodu respublikanın iri müəssisələrindən sayılırdı. Sovetlər İttifaqının dağılması ilə digər respublikalarla iqtisadi ələqələrin qırılması rayonun iri sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması ilə nəticələndi. Hazırda bu müəssisələrdə təssərrüfat fəaliyyətinin davam etdirilməsi istiqamətində fəal iş aparılır.

"Göyçay-Süd" Açıq Tipli Səhmdar Cəmiyyətinin istehsal etdiyi süd məhsulları respublikanın paytaxtı Bakı şəhərinin ticarət şəbəkələrində ən rəqabətqabiliyyətli məhsullardan hesab olunur. Bu məhsullar həmçinin qonşu Gürcüstan Respublikasına ixrac edilir. Müəssisənin istehsal etdiyi meyvə şirələri, əsasən, Rusiya, Ukrayna, Estoniya, Moldova, İsrail kimi ölkələrə göndərilir. SSRİ dövründə Sovetlər İttifaqının ən iri şəhərlərinə nar şirəsi göndərən Göyçay nar emalı zavodunda da hazırda intensiv yenidənqurma işləri aparılır. Rayonda ətlik və yumurtalıq istiqamətində quşçuluğu inkişaf etdirmək üçün münbit imkanlar vardır. Rayon ərazisində 528 min başlıq broyler, 200 min başlıq və 45 min başlıq quşçuluq kompleksləri vardır. İstər heyvandarlıq, istərsə də quşçuluq sahəsinin yemə olan tələbatını ödəmək üçün yüksək keyfiyyətli qüvvəli yem istehsal etmək üçün 100 tonluq yem zavodu vardır. Rayonda yeni istehsal sahələri yaratmaq üçün kifayət qədər yerli xammal ehtiyatları vardır. Belə ki, rayonda hələ keçən əsrin əvvələrində yerli gil xammalından yüksək keyfiyyətli örtük materialı — kirəmit istehsal olunurdu. Daha müasir texnoloji avadanlıqlar tətbiq etməklə şiddətli şaxtalara, doluya, həmçinin radiasiyaya qarşı davamlı dam örtüyü istehsalını bərpa etmək imkanları vardır. Yerli gildən həm də sanitariya qovşaqları üçün avadanlıqlar, tüstü boruları üçün boşluqlu kərpiclər, saxsı su boruları istehsal etmək olar. Rayonun mövcud emal müəssisələrində yeyinti sənayesinin ən müxtəlif sahələrini inkişaf etdirmək üçün real şərait vardır.[10]

Rayon ərazisində Accessbank, Atabank, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika, Dəmirbank, Xalqbank, Kapitalbank, Kredobank, Muğanbank və Zaminbankın filialları fəaliyyət göstərir.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII–XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid Surxay qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid[11][12] də rayonun tarixi abidələri sırasına daxildir.

  1. N.N.Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Геокчайского района по переписи 1939-го года Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine — yoxlanılıb: 08.03.2015
  4. Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Геокчайский Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966–1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256–427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов")
  5. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Геокчайского района по переписи 1959-го года Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
  6. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Геокчайского района по переписи 1970-го года Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
  7. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Геокчайского района по переписи 1979-го года Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
  8. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine
  9. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  10. Göyçay rayonu [ölü keçid]
  11. "Nişanələrlə dolu məscid — YENİ LAYİHƏ". 2014-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  12. "Şiələr və sünnilər təkfirçilərin layiqli cavablarını vermək qüdrətindədirlər — dini icmanın sədri". 2014-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]