Göyçay SES

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göyçay SES
"Göyçay" Su Elektrik Stansiyası
Ümumi məlumatlar
Çay Göyçay
Sahibi Azərenerji ASC
Status İşlək
Tikilmə tarixi 2010
İstismara verilib 2015
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 20 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
Yer Cənubi Qafqaz

"Göyçay" SESGöyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası.[1]

"Göyçay" Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına[2] əsasən inşa olunmuşdur.[1] SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur.[1]

Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir.[1]

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

"Göyçay" SES kiçik su elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır.[1]

Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir.[1] Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.[1]

Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir.[1]

Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır.[1] Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 İlham Əliyev “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib Arxivləşdirilib 2018-01-30 at the Wayback Machine. president.az, 06.10.2015  (az.)
  2. "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamı. e-qanun.az  (az.)