Fatima Mustafina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fatima Mustafina
başq. Мостафина Фатима Хәмит ҡыҙы
Şəxsi məlumatlar
Doğum tarixi 26 dekabr 1913(1913-12-26)
Doğum yeri
Vəfat tarixi 2 noyabr 1998(1998-11-02) (84 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]

Fatima Mustafina (tam adı: Fatima Xəmitovna Mustafina, başq. Мостафина Фатима Хәмит ҡыҙы; 26 dekabr 1913, Dinqizbay[d], Nikolayev qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası2 noyabr 1998, Ufa, Başqurdıstan, Rusiya) — pedaqoq, partiya və dövlət xadimi, fəlsəfə elmlər namizədi, RSFSR əməkdar məktəb müəllimi, Başqırd Komsomol Regional Komitəsinin birinci katibi (1936—1944), Sovet İttifaqı Kommunist Partiyası Başqırdıstan Regional Komitəsinin Elm və Təhsil Qurumları Bölməsinin rəhbəri (1951—1955), Başqırd Muxtar Sovet Sosialist Respublikasının Təhsil Naziri (1955—1971).

Fətimə Xamitovna Mustafina 26 dekabr 1913-cü ildə Samara vilayətinin Puqaçev rayonunun Dinqizbay kəndində anadan olmuşdur (indi Rusiya Federasiyasının Samara vilayəti Bolşeyçerniqovvski rayonu). Onun uşaqlığı Povoljedəki 1921—1922-ci il aclığına təsadüf edir. Onun atası Xamid bəy ailəsinin korluq çəkməməsi üçün əlindən gələni etmişdir. Bu zaman Xəmit Mustafin ailəsini cənuba Daşkəndə aparmışdır. Ancaq Xəmit Mustafin təyinat nöqtəsinə çatmadan Tif xəstəliyinə tutulur və həlak olur. Fatimanın anası Əzizə uşaqları xilas etmək məqsədi ilə uşaq evlərinə verir. Bir necə ildən sonra Əzizə xanım övladları ilə birlikdə Ufaya, Başqırdıstana qayıdır[1].

1930-cu ildə Fatimə Mustafina Başqırdıstan Dövlət Universitetinə daxil olmuşdur. 1941-ci ildə Fatimə Mustafina Sovet İttifaqı Kommunist Partiyası sırasına qatılmışdır. 1947-ci ildə isə Fatimə Xamidovna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində İctimai Elmlər Akademiyasının aspiranturasına daxil oldu və 1950-ci ildə fəlsəfə elmləri namizədi olur. 1951-ci ildə Ufaya qayıdır. Regional komitədə elm və ali təhsil şöbəsinin müdiri olaraq işə başlayır. 1953-cü ilin iyununda isə məktəb şöbəsinin müdiri vəzifəsinə köçürülür.

Təhsil naziri olaraq 16 illlik fəaliyyəti nəticəsində, respublikada 60-70-ci illərdə məktəb islahatlarının aparıcı qüvvəsi olur. Respublikanın təhsilinin inkişafına görə çoxlu sayda mükafata layiq görülmüşdür. O cümlədən Lenin və iki dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir[2].

  • Ufa şəhər № 20 Başqırd gimnaziyası Fatima Mustafinanın adını daşıyır.