Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Earth Song

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Earth Song"
Maykl Cekson tərəfindən HIStory: Past, Present and Future, Book I albomunda ifa olunmuş mahnı
Yayımlanıb 27 noyabr 1995
Janr blyuz, gospel, operatic pop
Dil ingilis dili
Müddət 6:46 (Albom versiyası)
5:02 (Radio versiyası)
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Prodüser Maykl Cekson, David Foster, Bill Bottrell
Studiya Epic Records
Leybl Epic Records
Audio nümunəsi
"Earth Song" mahnısının səslənməsi

"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, operagospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər.

Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür. Mahnı əksər Avropa ölkələrinin hit paradlarında ilk beşliyə daxil olmuşdur. Böyük Britaniyada mahnı Maykl Ceksonun ən çox satılan sinqlı olmaqla yanaşı, 1995-ci ilin bir nömrəli yeni il sinqlı adını da almışdır. "Earth Song" ABŞ-də sinql kimi satışa çıxarılmamışdır. Bu mahnıdan sonra Cekson heyvanlar və təbiətin qorunması üçün çalışan təşkilat və birliklərin dəstəyini qazanmışdır.

Bu mahnının çıxarılmasından əvvəl də Cekson sosial məzmunlu mahnılar ifa etmişdi. Kifayət qədər məşhurlaşdıqdan sonra, o, öz məşhurluğundan cəmiyyətin diqqətini müxtəlif sosial problemlərə yönəltmək üçün istifadə edirdi. 1985-ci ildə o, dünyanın və ABŞ–ın diqqətini Afrikadakı kasıblğa, insanların aclıqdan ölməsinə yönəltmək üçün Layonel Riçi ilə birgə "We Are the World" mahnısını yazmışdı. Mahnı bütün zamanların ən çox satılan sinqllarından biri olmuş, 20 milyon nüsxəylə satılaraq Afrikadakı qıtlığın aradan qaldırılması üçün milyonlarla dollar gəlir gətirmişdir. Bu həm də Ceksonun messenat kimi göründüyü ilk vaxtlar idi.[1] Ardınca Maykl "Man in the Mirror" mahnısının bütün gəlirini xeyriyyə məqsədilə istifadə etmişdir.[2][3] O, 1992-ci ildə "Heal the World Foundation" adlı xeyriyyə fondunun əsasın qoymuş və ifa etdiyi növbəti xeyriyyə mahnısını da bu cür adlandırmışdır.[4][5]

Rayan Vaytın xəsətələnərək vəfat etməsindən sonra Cekson kütlənin diqqətini HIV/AIDS virusuna yoluxaraq dünyasını dəyişən milyonlarla insanların probleminə yönəltmiş, onun bu hərəkəti isə bəzi qalmaqallarla müşahidə olunmuşdur. O, Bill Klintonun inaqurasiya mərasimində çıxış etdikdən sonra, açıq bir şəkildə müraciət edərək HIV/AIDS virusundan əziyyət çəkənlərə kömək etməyə çağırmışdır. O, mərasimdə ifa etdiyi "Gone Too Soon" mahnısını "ağ ölüm"ün qurbanı olan insanlara həsr etdiyi bildirmişdir.[6][7]

İstehsalı və musiqisi

[redaktə | mənbəni redaktə et]

Maykl Cekson "Earth Song" mahnısınn sözlərini və musiqisini Avstriyada, qaldığı hoteldə yazmış, istehsal prosesində isə ona David Foster və Bill Bottrell kömək etmişdir.[8] Mahnıda arxa vokal səslər "Andrae Crouch's Choir" və Maykl Cekson tərəfindən ifa edilmiş, getdikcə mahnının sonuna yaxın Maykl solo ifanı dayandırır və arxa səslər əsas səs kimi mahnını yekunlaşdırır.[9] İşə başlayarkən, Ceksonun məqsədi sadə musiqisi, lakin asan anlaşılan dərin mənalı sözləri olan mahnı yazmaq olmuşdur. Elə bir mahnı ki, ingilis dilini bilməyən fanatlar da asanlıqla anlasın və birgə ifa də bilsin. O, mahnıda emosional şəkildə bir mesaj göndərmişdir.[10] "Earth Song" özündə bluz, gospelopera elementlərini birləşdirən bir balladadır. Sosial məzmuna malik olan mahnıda Cekson, müharibələr və insanın digər dağıdıcı fəaliyyəti nəticəsində təbiətə vurulan zərbələrin aradan qaldırılması üçün Allaha yalvarır.[11][12][13][14]

  • Musiqi, Sözlər və arxa vokal səslər Maykl Cekson
  • Prodüsser Maykl Cekson və Devid Foster
  • Prodüsser köməkçisi Bill Bottrell
  • Xor ifa Andrae Crouch's Choir
  • Fortepiano: Devid Peyç
  • Bass gitar: Qay Pratt
  • Sintezator: Stiv Porkaro

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

Tənqidçilərin münasibəti

[redaktə | mənbəni redaktə et]

"Rolling Stone" dərgisindən Ceyms Hanter qeyd edir ki, "Slou operatik – bluz olan "Earth Song" özündə daşıdığı bütüm incə və ali duyğularla birgə ilk növbədə bir sülh şousunu xatırladır."[12] "The Daily Collegian"dan Deepika Peddy mahnı haqqında fikrini ifadə edərkən bildirir ki, Ceksondan başqa birisi bu mahnını oxusaydı, mütlək onun böyük kommersiya gəlirlərini nəzərə alaraq albomun ən mühüm parçalarından biri kimi qabardardı.[15] "Mercury News"dan Sen Couz mahnını "düzgün" və "iztirab dolu" adlandıraraq qeyd edir ki, Cekson yaradıcılığının ilk dövrlərndən etibarən mahnılar üzərində eksperiment aparmağı sevmişdir.[16]

"The Philadelphia Inquirer" qeyd edir ki, mahnı "şəfalı, insanları dini əqidəyə səsləyən ritmik balladadır."[14] "The Sacramento Bee"nin münasibəti isə çox müsbət olmuş, dərc edilən məqalədə Ceksonun vokal performansı "möhtəşəm" sözüylə ifadə edilmişdir.[17]"Rocky Mountain News"dan Maykl Mili yazdığı məqalənin sonunda qeyd edir ki, mahnı "himnvari" və "güclü dini əsər" xarakteri daşıyır.[13] "Ledger-Enquirer" qeyd edir ki, "Earth Song" mahnısında Mayklın "incə, dramatic çağırışına, mahnının sonunda Andrae Crouch Choir layiqli cavab vermişdir."[9] "Contra Costa Times"da mahnı "əsaslı parça və ciddi musiqi" adlandırılır, lakin eyni zamanda eyd edilir ki, mahnı "epik" xarakter daşıyır və "insanda duyğu qırıqlığı yaradır."[18]

"Earth Song" Ceksonun Böyük Britaniyada ən çox satılan sinqlı olmaqla, bir milyon nüsxədən çox satış miqdarına malikdir. Mahnı bu səbəbdən Birləşmiş Krallıq hit paradlarında birinci yerdə debüt etmiş, yeddi həftə öz yerini qorumuş, 1995-ci ilin dekabr ayında isə yerini U2 qrupuna vermişdir. Bu uğuruna görə mahnı "Christmas number one single" seçilmişdir. Birinci yeri tutmaqla yanaşı, eyni zamanda "Earth Song" "The Beatles" qrupunun 25 il öncə çıxardığı "Free as a Bird" mahnısının uğurunu da təkrar etmişdir. Artıq dekabr ayının əvvələrində bukmeykerlər Ceksonun Bitlzı da geridə qoyması haqqında məlumat verməkdə idilər.[19][20]

Mahnı eyni zamanda İspaniyaİsveçrədə də birinci yerə yüksəlmiş, əksər Avropa ölkələrində ilk beşliyə daxil olmuşdur.[21] Mahnı Ceksonun Almaniyada "German Singles Chart" da birinci yerə yüksələn ilk mahnısı olmaqla yanaşı, öz mövqeyini beş həftə ərzində qorumuş və eyni zamanda almaniyada müğənninin ən çox uğur qazanan əsəri olmuşdur. Mahnı əksər ölkələrdə qazandığı uğura görə onuncu ən uğurlu pop ilahi kimi də tanınmışdır.[22] Thanks to this, the song is the 10th most successful pop hymn ever in that country[23]

ABŞ-də isə mahnı yalnız radiostansiyalarda səsləndirilmiş, "The Hot Dance Music/Club Play chart" hitparadına daxil olmuşdur. 2006-cı ildə mahnı 55-ci yerdə "Eurochart Hot 100 Singles" hit paradında peyda olmuş, eyni zamanda Ceksonun 1980–1990-cı illər ərzində çıxardığı ən uğurlu 20 sinqlın toplandığı "Visionary: The Video Singles" toplusuna daxil edilmişdir.

Ekologiyaya xidmət

[redaktə | mənbəni redaktə et]

Cekson heyvanların problemlərinə qarşı həssasiyyət göstərməsinə görə "Genesis Award: 1995 Doris Day Music Award" mükafatına layiq görülmüşdür.[24] 2008 – c ildə "Nigeriya Exchange" müəllifi qeyd edirdi: ""Earth Song" insanların diqqətini onların fəaliyyətinə görə dünyanın məhv olmasına və ölümə sürüklənməsinə cəlb etmişdir."[25]

Maykl Ceksonun "Earth Song" mahnısına çəkilmiş klipdən təbiətin qorunması üçün çalışan təşkilatların bir çoxu əsas reklam materiallarından biri kimi istifadə edirlər

Mahnı üçün çəkilmiş bahalı klipi rejissoru Nik Brant olmuşdur. Klip 1996-cı ildə "Le Film Fantastique: Best Video Award", 1995-ci ildə "Genesis Award: Doris Day Music Award" mükafatlarını qazanmış, 1997-ci ildə ən yaxşı qısa musiqili vido nominasiyasında Qremmi mükafatına layiq görülmüşdür. Klip ictimai məzmuna malik olub heyvanların məhv edilməsi, meşələrin qırılması, havanın zəhərləndirilməsi və müharibə səhnələri ilə zəngindir. Cüekson və müxtəlif millətlərdən olan insanlar klipdə birgə ruhani musiqi – "Earth Song" – un sədaları altında yalvararaq insanların günahının bağışlanmasını və törətdikləri xətaların geri qaytarılmasını xahiş edirlər. Xüsusi effektlərdən istifadə edərək zamanın həyatı geri qaytarması və insanın dünyaya vurduğu zədələrin bərpa olunması canlandırılır. Bununla da insan övladına yeni bir şans verilməsi nümayiş etdirilir. Klip "Heal the World Foundation" xeyriyyə fonduna bəxşişlər etmək çağırışı ilə yekunlaşır.[24][26] Əksər ABŞ telekanalları klipi yayımlamaqdan imtina etmişlər. Klip ABŞ telekanallarında nadir hallarda göstərilir.

Klip dörd coğrafi regionda lentə alınıb. İlk məkan Amazon meşələri olub və klipin yekunlaşdırılmasından bir neçə həftə sonra həmin meşələrin böyük bir hissəsi həqiqətən də məhv edilib. Klipdə meşə sakinləri kimi aktyorlar yox, yerli sakinlər çəkilmişdir. İkinci məkan isə klipin çəkilişləri zamanı müharibənin getdiyi Xorvatiya olmuşdur. Bu məkanda Serbiyada doğulmuş məşhur Xorvatiya aktyoru Slobodan Dimitriyeviç çəkilmişdir. Üçüncü məkan isə, qanunsuz ovlanmalar nəticəsində bir çox heyvanların nəsli kəsilmək qarşısında olan Tanzaniya olmuşdur. Klipin çəkilməsi zamanı heç bir heyvana zərər yetirilməniş, klipdə yer alan öldürülən heyvan kadrları isə sənədli filmlərdən alınmışdır. Lakin klipin çəkilişlər zamanı filin yerli ovçular tərəfindən qanunsuz şəkildə öldürülməsi halı baş vermiş və bu da çəkilərək klipə salınmışdır. Sonuncu məkan isə Warwick, New York olmuşdur. Burada əvvəl sakit olan meşənin sonrdan qırılması və yandırılması səhnələri çəkilmişdir.[26]

Mahnıya çəkilmiş klip HIStory on Film, Volume II, Number OnesMichael Jackson's Vision toplularına da daxil edilmişdir.

BRIT mükafatı

[redaktə | mənbəni redaktə et]
Maykl Ceksonun HIStory konsert turu çərçivəsində Almaniyanın Münix şəhərində keçirilən konsertində "Earth Song" performansı

1996-cı ildə Cekson mahnını Böyük Britaniyada, BRIT mükafatlarının təqdimetmə mərasimində ifa etmişdir. O, həmin mərasimə "Yüzilliyin Ən Yaxşı İfaçısı" mükafatının təqdim edilməsi üçün dəvət edilmişdi. İfa zamanı, Maykl səhnədə mahnını oxuyarkən, birdən yerdən kran qalxmış və müğənnini xeyli yüksəyə qaldırmışdı. Maykl bu krannan bir il əvvəl "German TV"də Wetten Dass şousunda ifa zamanı da istifadə etmişdi. Mahnı xorda arxa səslər ifa edən ifaçılara o qədər təsir etmişdi ki, Maykl krannan enən kimi, onlar önə keçərək hamısı Mayklı qucaqlamağa başlamışdılar. Bundan sonra Pulp qrupunun rəhbəri, sərxoş Cervis Kuker icazəsiz səhnəyə çıxaraq müğənninin yanına qaçmış, onu qucaqlamağa çalışaraq, köynəyini yuxarı qaldırmış və guya tufa baş verirmiş kimi görüntü yaratmaq istəmişdir.[24][27][28]

Həmin tədbirdə üç dəfə BRIT mükafatına layiq görülmüş Pulp qrupunun digər üzvləri də iştirak edirdi.[29] Səhnədə baş verən xoşagəlməz hadisədən sonra, Kuker polis idarəsinə aparılaraq səhnədə olan bir neçə uşaq ifaçını əzdiyinə görə sorğulanmş, lakin onun heç bir pis məqsədi olmadığı müəyyən edildikdən sonra azad buraxılmışdır.[30] Müğənni aıqlamasında bildirmişdir ki, bu performansı o qədər də uğurlu saymır, qeyd edilir ki, Cekson bu çıxışı ilə tamaşaçıların gözündə özünün Məsihə bənzər bir obrazın yaratmaq istəmiş və böyük maddi və mənəvi gücü vasitəsilə buna nail olmuşdur.[24][27][28] Cekson Kukerin davranışını "iyrənc və qorxaq hərəkətlər" deyə tənqid etmişdir.[29] Baş vermiş insident haqqında Şərqi Anqliya Universitetinin Poitologiya üzrə professoru Con Stritin "Politics and Popular Culture" əsərində də qeyd edilmişdir. O yazır:

"Lakin populyar mədəniyyətə başqa gözlə baxıb onu daha ciddi incələdikdəəvvəllər fərqinə varmadığın tamam başqa anlamlar və siyasi mesajlar kəşf edirsən. Biz blirik ki, insanın mətni anlaması onu necə eşitməsi və ya oxumasından asılıdır. Ola bilsin ki, Maykl Cekson "Earth song" mahnısının dünyada təbiətə qayğı və diqqətin artırılması məqsədiylə yazmışdı; başqaları – Cervis Kuker kimiləri isə onu başqa cür görmüş və qəbul etmişlər. Bunun bir səbəbi alternativ ədəbiyyatların ortaya çıxmasıdır. Çünki populyar mədəniyyət vasitəsilə göstərlən performans sabit mətnlərə malik olan kitablardan daha təsirli olmaqla, izləyiciyə hansısa işarə vermək, simvollar, səs tonu, görünüş , baxış və sairfərqli vasitələrlə müxtəlif məsələləri anlatmaq imkanı verir.

[31]

Kompozisiyaları

[redaktə | mənbəni redaktə et]

Mahnı Rusiya pop müğənnisi Sergey Lazerev tərəfindən də ifa edilmiş və müğənninin 2005-ci ildə çıxardığı "Don't Be Fake" adlı solo albomuna daxil edilmişdir.

2010 Qremmi Preformansı

[redaktə | mənbəni redaktə et]

Mahnı Ceksonun geri dönüş proqramının bir hissəsi olan 3-D formatlı "This Is It" filmində də istifadə edilmiş, konsertə hazırlıq prosesində Mayklın mahnını ifa etməsi görüntüləri yayımlanmışdır. 2010-cu ilin Qremmi mükafatlarının təqdimatı mərasimində bu görüntülər istifadə edilmiş, arxada həmin görüntülər yayımlanarkən, səhnədə tanınmış dünya ulduzları – Cenifer Hadson, Karri Andervud, Smoki Robinson, Selin DionAşer birgə mahnını ifa etmişlər. Film original 3-D formatında proqram zamanı yayımlanmışdır. Bu səb əbdən də hələ Qremmi mükafatlarının təqdimolunma mərasimindən bir həftə əvvəl insanlar 3-D eynəkləri əldə etməyə çalışmışlar. Daha sonra Mayklın böyük övladları Paris və Prins Cekson "Ceksonun Həyat Başarısı" mükafatını qəbul etmək üçün səhnəyə gəlmiş və hər ikisi qısa nitq söyləyərək, insanlara təşəkkür etmişlər. Bu 7 iyun, 2009-cu ildə Ceksonun dəfn mərasimindən sonra uşaqların kütlə qarşısında birinci çıxışı idi.

Göstərdiyi nəticələr

[redaktə | mənbəni redaktə et]

Qalibiyyət və məğlubiyyətləri

[redaktə | mənbəni redaktə et]
Sələfləri 
East 17

"Stay Another Day"

UK Christmas number-one single

"Earth Song"
1995

Xələfləri 
Spice Girls

"2 Become 1"

Sələfləri 
"I Believe" / "Up on the Roof" by Robson & Jerome
UK Singles Chart number-one single
3 Dekabr 1995 – 7 Yanvar 1996
Xələfləri 
"Jesus to a Child" by Corc Maykl
  1. Taraborrelli, p. 340–344
  2. "Blacks who give back". Ebony. 1990. 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  3. Taraborrelli, p. 382
  4. George, p. 45–46
  5. Harrington, Richard. "Jackson to Tour Overseas". The Washington Post. February 5, 1992. (#accessdate_missing_url)
  6. "Stars line up for Clinton celebration". Daily News of Los Angeles. January 19, 1993. (#accessdate_missing_url)
  7. Smith, Patricia. "Facing the music and the masses at the presidential gala". The Boston Globe. January 20, 1992. (#accessdate_missing_url)
  8. Jackson, Michael. HIStory booklet. Sony BMG. p 36
  9. 1 2 "Jackson disappoints with HIStory". Ledger Enquirer. June 23, 1995. February 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  10. Grant, Adrian. Michael Jackson : Making History. Omnibus Press. 1998. ISBN 0711967237.
  11. Pareles, Jon. "Pop View; Michael Jackson Is Angry, Understand?". The New York Times. June 18, 1995. March 11, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  12. 1 2 Hunter, James. "Michael Jackson HIStory". Rolling Stone. August 10, 1995. August 4, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  13. 1 2 Mehle, Michael. "Can Michael Jackson make a comeback?". Rocky Mountain News. June 20, 1995. February 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  14. 1 2 "Jackson promises new CD in spring". The Philadelphia Inquirer. February 25, 1995. April 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  15. Reddy, Deepika. "Jackson's latest lives up to his character". The Daily Collegian. June 23, 1995. February 26, 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  16. "Is Michael Jackson HIStory?". San Jose Mercury News. June 19, 1995. November 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  17. "Michael Jackson back from Neverland..." The Sacramento Bee. June 20, 1995. May 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  18. "HIStory's a Thriller". Contra Costa Times. June 18, 1995. May 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)
  19. Hinckley, Davis. "Extra! Extra!". New York Daily News. December 5, 1995. İstifadə tarixi: 12 iyun 2011. (#apostrophe_markup)[ölü keçid]
  20. British Hit Singles and Albums. Guinness World Records. 2006. səh. 49. ISBN 1-904994-10-5.
  21. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "M. Jackson – Earth Song (nummer)". www.ultratop.be. 2011-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  22. "Arxivlənmiş surət". 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.
  23. "Arxivlənmiş surət". 2011-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.
  24. 1 2 3 4 George, p. 48–50
  25. Sylva, Ifedigbo. "Scammers New Anthem; "Mugu Don Pay !!!". Nigeria Exchange. October 27, 2008. July 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  26. 1 2 Michael Jackson HIStory on Film volume II VHS/DVD
  27. 1 2 Pinkerton, Lee. The Many Faces of Michael Jackson. Music Sales Distribution. 1997. səh. 55. ISBN 0711967830.
  28. 1 2 "Brits behaving badly". BBC. March 4, 2003. February 15, 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  29. 1 2 McKie, John. "Brits brawl as Cocker 'pulps' Jackson chorus". The Independent. London. February 21, 1996. July 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  30. Pryor, Fiona. "Bad behaviour at the Brit Awards". BBC News. February 14, 2007. September 4, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  31. Street, John. Politics and Popular Culture. Temple University Press. 1997. səh. 36. ISBN 1566396034.
  32. 1 2 "Swiss Singles Chart Archives". hitparade.ch. 2013-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  33. "Arxivlənmiş surət". 2014-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-07.
  34. "Download French Single Top 50". LesCharts.com. Hung Medien. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  35. "Michael Jackson – Earth Song (song)". SwedishCharts.com. Hung Medien. 2010-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  36. "UK Singles Chart". The Official Charts Company. July 30, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2011.
  37. [1]
  38. "Arxivlənmiş surət". 2017-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-07.
  39. "Arxivlənmiş surət". 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-07.