Black or White
"Black or White" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Dangerous albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 8 noyabr, 1991 | |||
Format | sinql | |||
Janr | Rock, dance-pop | |||
Dil | ingilis dili | |||
Müddət | 04:15 | |||
Prodüser | Maykl Cekson, Bill Bottrell | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson, rep: Bill Bottrell | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rok və dans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır.
Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100 və UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur.
Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New York və Los-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı.
Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır. Klipin rejissoru Maykl Ceksonun Thriller klipinin də rejissoru olan John Landisdir. Bütün zamanların ən çox izlənən kliplərindən olan Black or White klipinin təqdimatı dünyanın 27 ölkəsində, 500 milyon tamaşaçının iştirkı ilə keçirilmişdir.
Mahnı 1992-ci ildə Robert Clivillés və David Cole remix edilmişdir. Remix versiyalar ayrıca daha çox "Black or White (The Clivillés & Cole (C&C) Remixes)" və ya sadəcə "Black or White (Remixes)" adıyla tanınan albom şəklində satışa çıxarılmışdır.
Kompozisiyaları
[redaktə | mənbəni redaktə et]- Maxi CD
- "Black or White" (Single Version) – 3:22
- "Black or White" (Instrumental) – 3:22
- "Smooth Criminal" – 4:16
- 7" single
- "Black or White" (Single Version) – 3:22
- "Black or White" (Instrumental) – 3:22
- Black Or White (The Clivillés & Cole Remixes)
- Black Or White (The Clivillés & Cole House / Club Mix) – 7:36
- Black Or White (The Clivillés & Cole House / Dub Mix) – 6:34
- Black Or White (The Underground Club Mix) – 7:29
- Black Or White (House With Guitar Radio Mix) – 3:53
- Black Or White (Tribal Beats) – 3:38
Visionary sinql
[redaktə | mənbəni redaktə et]- CD side
- "Black or White" (Single version) – 3:22
- "Black or White" (Clivillés & Cole House Guitar Radio Mix) – 3:50
- DVD side
- "Black or White" (Music video) – 11:00
- Enhanced With The Dangerous Pepsi Commercial!
Hit paradlarda
[redaktə | mənbəni redaktə et]Hit parad (1991) | Yüksəldiyi yer |
---|---|
ABŞ – US Billboard Hot 100 | 1 |
BK – UK Singles Chart | 1 |
Dutch Singles Chart | 1 |
Australian Singles Chart | 1 |
Belgium Singles Chart | 1 |
Canadian Singles Chart | 1 |
French Singles Chart | 1 |
Irish Singles Chart | 1 |
New Zealand Singles Chart | 1 |
Norwegian Singles Chart | 1 |
Swedish Singles Chart | 1 |
Swiss Singles Chart | 1[1] |
German Singles Chart | 1 |
Danish Singles Chart | 1 |
Hit parad (2009) | Yüksəldiyi yer |
Austrian Singles Chart | 17 |
Danish Singles Chart | 22 |
French Digital Singles Chart | 9[2] |
New Zealand Singles Chart | 16[3] |
Norwegian Singles Chart | 18[4] |
Swedish Singles Chart | 11[5] |
Swiss Singles Chart | 7[1] |
UK Singles Chart | 25[6] |
US Billboard Hot Digital Songs[7] | 13 |
Sertifikatları
[redaktə | mənbəni redaktə et]Ölkə | sertifikat | Satış |
---|---|---|
ABŞ | Platinum | 1,000,000 |
Avstraliya | 2xPlatinum[8] | 140,000[8] |
Yeni Zellandiya | Platinum[3] | 15,000[3][9] |
Almaniya | Gold[10] | 250,000 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Swiss Singles Chart Archives". hitparade.ch. July 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2009.
- ↑ "Download French Single Top 50". France. lescharts. 2011-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-30.
- ↑ 1 2 3 "The Official New Zealand Music Chart". Recording Industry Association of New Zealand (RIANZ). July 6, 2009. June 21, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 10, 2009. (#apostrophe_markup)
- ↑ "VG-Lista Topp 20". Vakthavende Journalist (VG). 2009. 20 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2009. (#apostrophe_markup)
- ↑ "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
- ↑ "UK Singles Chart". The Official UK Charts Company. July 11, 2009. June 29, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2009. (#apostrophe_markup)
- ↑ "Arxivlənmiş surət". 2009-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
- ↑ 1 2 "Aria 50 Top Singles Charts". Australian Recording Industry Association (ARIA). July 6, 2009. May 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 10, 2009. (#apostrophe_markup)
- ↑ "The Official New Zealand Music Chart: Charts Facts". Recording Industry Association of New Zealand (RIANZ). July 6, 2009. September 26, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 10, 2009. (#apostrophe_markup)
- ↑ "The Official New Zealand Music Chart". 2009-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.