Bermud üçbucağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bermud üçbucağının bir versiyası

Bermud üçbucağı və ya Şeytan üçbucağıAtlantik okeanın şimalında Florida, Bermud adalarıPuerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi, qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

Bermud üçbucağı

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Vinsent Qaddis adında Amerikalı yazıçı Arqosy jurnalında tarixdə ilk dəfə olaraq  "Bermud üçbucağı" ifadəsini işlətmiş və onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstərmişdir. Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almırlar. Onların fikrincə isə, Bermud üçbucağının ümumi sahəsi 1.3 milyon km2-dən 3.9 milyon km2 arasında dəyişir.

Bermud üçbucağında baş verən ilk anormal hadisə 1946-ci ildə həmin Amerikalı yazıçı Vincent Qaddisin müəmmalı şəkildə itən, ABŞ hərbi donanmasına məxsus 5 -19 bombardumançı təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlayır.

1950-ci ildə isə Associated Press xəbər agentliyinin müxbiri Edvard Van Vinkılın Bermud üçbucağındakı digər sirli qeyb olmaları xatırlatması və bu ərazini "Şeytan dənizi" adlandırması ilə bu mövzu yenidən aktuallaşır. Sonralar 1964-cü ildə Vinsent Qaddisin "Ölümcül Bermud üçbucağı" adlı redaksiyası baş verən bütün hadisələrin burada cəmlənməsi ilə bu sahəyə öz töhfəsini vermiş oldu.

1974-cü ildə Bermud üçbucağı teoremini dəstəkləyən Çarlz Berliç adında dilçilik üzrə müəllim Bermud üçbucağı adında kitab dərc edir və kitab bestseller olmaqla böyük bir populyarlıq qazanır.

Nəzəriyyələr

[redaktə | mənbəni redaktə et]

Bu çılğın nəzəriyyələrlə birlikdə, gəmilərin itməsini aydınlaşdırmaq üçün elm adamlarının inkşaf etdirməyə çalışdıqları nəzəriyyələr də mövcuddur. Məsələn dənizin altında yüksək şəkildə mövcud olan metan qazının, elektrik və ya şimşək ilə qarşılıqlı təsir nəticəsində böyük bir partlayışla gəmiləri və ya təyyarələri məhv etdiyini düşünənlər var. Təbii ki, bu nəzəriyyələr problemsiz deyil. Beləki belə bir partlama dünyanın heç bir yerində müşahidə olunmayıb. Əlavə olaraq Bermud Üçbucağında metan olduğu ilə bağlı heç bir məlumat yoxdur.

Buradakı maqnit sahəsi gəmilərdəki elektrik siqnallarına zərər verdiyinə və kompasları xarab etdiyinə görə onları səhv istiqamətə yönəltməsi iddialar arasındadır. Ancaq bölgədə aparılan araşdırmalar hər hansı bir maqnit olduğunu göstərmir.

Bermud Üçbucağı sirri haqqında insanlar nəzəriyyə yaratmaqla məşğul olsunlar, amma soruşulacaq başqa bir sual var. Realda ortada bir sirr mövcuddurmu? Larry Kusche adlı qəzetçi və pilot tam olaraq bu sualı soruşdu. Bermud Üçbucağında itkin düşdüyü iddia edilən Kuşe, Berlitzin yazıları da daxil olmaqla, bütün halları araşdırma etdi və dedi ki, hətta alimləri belə aldadan yayılmış bu nəzəriyyədən fərqli olaraq Bermud Üçbucağında heç bir sirr yoxdur.

Bu teoremin dəstəkçiləri son əsrdə 100-dən çox gəmi və təyyarələrin naməlum şəraitdə itməsini xatırladırlar.

On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin YaponiyaLeyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir.

Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə aparatlarını istifadə etməsi kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir.

Əksər insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeyri-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]