Böyük Plini
Böyük Plini | |
---|---|
lat. Plinius Maior | |
Doğum tarixi | ən tezi 23 və ən geci 24[1][2][…] |
Vəfat tarixi | 79[3][2][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | Vulkan püskürməsi |
Uşağı | |
Elm sahəsi | Təbiətşünaslıq |
Tanınmış yetirməsi | Kiçik Plini |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[1][2][…] – 79[3][2][…], Stabie[d], İtaliya[d], Roma imperiyası[4][5][…]) — Qədim Roma yazıçısı və filosofu.
Təbiət tarixi
[redaktə | mənbəni redaktə et]Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi. Ayrıca bir kitab insana, dördü heyvanlar aləminə, səkkizi isə bitki aləminin təsfirinə həsr edilmişdi. Sonrakı on iki kitabda isə bitki və heyvan mənşəli dərmanlardan danışılırdı. Altı kitabdan ibarət seriya isə qeyri-üzvi təbiətə, yerin altındakı minerallara aid yazılmışdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Pliny the Elder // World History Encyclopedia (ing.). 2009.
- ↑ 1 2 3 4 Arnaldi F., autori vari PLINIO il Vecchio // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1935.
- ↑ 1 2 Cayo Plinio Segundo // Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.
- ↑ 1 2 autori vari Plinio il Vecchio // Dizionario di Storia (it.). / Istituto dell'Enciclopedia Italiana 2011.
- ↑ 1 2 Istituto dell'Enciclopedia Italiana Plìnio il Vecchio // Enciclopedia on line (it.).