Böyük Hamam
Böyük Hamam | |
---|---|
Ümumi məlumatlar | |
Yerləşmə | Şimali Nikosiya |
Ölkə | |
Koordinatlar | 35°10′36″ şm. e. 33°21′42″ ş. u.HGYO |
Açılma | 1309 |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Hamam (yun. Μπουγιούκ Χαμάμ) ― Şimali Nikosiyada türk hamamı. İplik Pazarı məscidinə yaxındır. Zaman keçdikcə ətraf ərazilərin zəmininin qalxması nəticəsində tikilinin qapısı yer səviyyəsindən 2 metr, hamam otaqları isə 3 metr aşağıda qalmışdır.[1]
Tarix
[redaktə | mənbəni redaktə et]Hamamın yerində 1306-1309-cu illərdə latınların Müqəddəs Corc kilsəsi inşa edilmiş və böyük şənliklərlə açılmışdır. Kilsə XIV əsrdə iki mühüm hadisənin məkanı olmuşdur. 10 noyabr 1330-cu ildə Lefkoşa şəhər divarlarının içərisindən axan Pedieos çayının daşqınlarına məruz qaldı. Daşqın 3 000 nəfərin ölümünə səbəb oldu. 17 yanvar 1369-cu ildə isə bəzi cəngavərlər Kipr kralı I Pyotru öldürmək üçün plan qurduqda kilsə sui-qəsd məkanı oldu. Kevork Keşişyana görə kilsə kral sarayının yaxınlığında idi və beləliklə böyük əhəmiyyət kəsb edirdi.[2]
Bina adadakı Osmanlı hakimiyyətinin ilk illərində, 1571-1590-cı illər arasında Türk hamamı olaraq yenidən qurulmuşdur. Məscid Mustafa paşanın vəqfinə aid idi və şəxslər onu idarə etmək üçün fondlardan icarəyə götürmüşdülər. Məsələn, yeniçəri Hacı Mehmed Racilin hamamı 1593-cü ildə 16 illik kirayəyə götürdüyü qeyd olunur. [3] Bura Osmanlı dövründə qadınların sosiallaşdıqları, xəbər mübadiləsi etdikləri və yemək yedikləri məşhur bir sosial mərkəz idi. 1891-ci ildə "sıcaklık" bölməsindəki mərmər lövhələr sökülərkən lövhələrdən birinin orta əsrlərə aid məzar daşı olduğu ortaya çıxdı və muzeyə köçürüldü. [4] Hamamın orijinal qazanxanası daşdan hazırlansa da, qızdırılmaq üçün çox odun tələb olunduğu üçün və mənfəətin azaldılması məqasədi ilə daha sonralar mis ilə dəyişdirilmişdir.[5]
Hamam 2007-ci və 2008-ci illərdə UNDP və USAID-in köməyi ilə tikilinin orijinal keyfiyyətlərini vurğulayan texnika ilə təmir edilmişdir.
Memarlıq
[redaktə | mənbəni redaktə et]Hamam üç hissədən ibarətdir: müştərilərin paltarlarını çıxardığı "soyunmalık", "ilıq yer" mənasını verən "ılıklık" və "isti yer" mənasını verən "sıcaklık". Haşmet Müzaffer Gürkana görə, "soyunmalık" bölməsi Latın kilsəsinin orijinal qalıqlarından ibarətdir.[6] Hamamın əsas hissəsi hesab edilən "istilık" sahəsində böyük bir günbəz və mərkəzi masaj platforması mövcuddur. Girişdəki arko "soyunmalık" bölməsindəki pəncərələrlə yanaşı, kilsəsinin qalıqları olduğu düşünülən qotik qabartmalar və dekorativ elementlərə malikdir.
Cari istifadə
[redaktə | mənbəni redaktə et]Bina, qeyri-kommersiya təşkilatı olan Evkaf İdarəsinə, xüsusən də Lalə Mustafa Paşa vəqfinə məxsusdur. BuraŞimali Kipr Türk Respublikasında fəaliyyət göstərən yeganə orijinal türk hamamıdır. Tikili ənənəvi Türk hamamını yaşamaq istəyən turistlər üçün mühüm məkandır. Kipr türklərinin özləri isə hamama böyük maraq göstərmirlər. Hamamın bəzi saatları yerli sakinlər üçün, bəziləri isə turistlər üçün ayrılmışdır. Yerli sakinlər üçün saat bəzi günlər qadınlar üçün, bəzi günlər isə kişilər üçün ayrılır. Turistlər üçün isə bu belə deyil.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mimari" (türk). Büyük Hamam. 2015-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2015. (#empty_citation)
- ↑ Keshishian, Kevork K. Nicosia: Capital of Cyprus Then and Now (II). Nicosia: The Moufflon Book and Art Centre. 200. (#empty_citation)
- ↑ Jennings, Ronald C. Christians and Muslims in Ottoman Cyprus and the Mediterranean World, 1571-1640. New York and London: New York University Press. 1993. səh. 113. (#empty_citation)
- ↑ "Tarihçe". Büyük Hamam, official website. 2015-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2015.
For example, in 1891, when the marble plaques on the floor were disassembled, it was realized that one of them was a medieval tombstone and that one was transported to a museum.
(#empty_citation) - ↑ "Tarihçe" (türk). Büyük Hamam. 2015-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2015. (#empty_citation)
- ↑ Gürkan, Haşmet Muzaffer. Dünkü ve Bugünkü Lefkoşa (türk) (3rd). Galeri Kültür. 164–5. ISBN 9963660037. (#empty_citation)
- ↑ "Büyük Hamam, yabancıların gözdesi oldu" (türk). Haber KKTC - Star Kıbrıs. 2 aprel 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2015. (#empty_citation)