Ay təqvimi
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Ay təqvimi — ayın Yer kürəsi ətrafındakı hərəkət dövriliyinə əsaslanan təqvim növü. Bu tip təqvimlərdən ən çox istifadə olunanı ay səhifələrinin dəyişməz dövriliyinə əsaslanan təqvimlərdir.
İlk Ay təqvimi İkiçayarasında miladdan öncə III minillikdə tərtib edilmişdir. Miladdan öncə IX əsrdə aşşurlar, sonra isə yəhudilər həmin təqvimdən istifadə etmişlər. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayılmışdır. Hazırda 20-dən çox Şərq ölkəsində təqvim kimi rəsmən Ay təqvimindən — Hicri-qəməri təqvimindən istifadə edilir.
Hicri-qəməri təqvimi 12 aydan ibarətdir və bu təqvimdə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Bu təqvim Günəş təqvimindən 11 gecə-gündüz qısadır.
Ay təqvimləri
[redaktə | mənbəni redaktə et]Təqvimdə əsas vaxt vahidi olaraq Ayın iki ardıcıl eyni adlı fazası arasındakı vaxt müddəti götürülür. Bu vaxt vahidi sinodik ay adlanır. Sinodik ayın uzunluğu 29.530559 gündür. Onda Ay astronomik ilinin uzunluğu 29.53059•12= 354.36706 orta Günəş günü olar. Ay təqvim ilində də aylar tam günlərdən ibarət olmalıdır. Ona görə ilin 6 ayı 30 gün, 6 ayı isə 29 gün götürülür. Onda Ay təqvim ilinin uzunluğu
29•6+30•6=354
orta Günəş günü olacaqdır. Buradan Ay təqvim ili ilə Ay astronomik ilinin fərqi 0.36703 orta Günəş günü olar. Bu fərqi aradan götürmək üçün təqvimə uzun il daxil edilir. Ərəb Ay təqvimində 19 adi və 11 uzun il vardır. Ərəb Ay təqvimində də era Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü gündən hesablanır. Bu təqvim də ilin Başlanğıcı və ya yeni il məhərrəm ayının 1-dir. Bu da həmişə təzə Ay fazasına (ayın təzələnməsinə) uyğun gəlir.
Ay təqvimində aylarla fəsillər arasında əlaqə yoxdur. Eyni ay müxtəlif illərdə müxtəlif fəsillərə düşür. Bu da onunla əlaqədardır ki, Ay təqvimində ilin uzunluğu Günəş təqvimindəkindən bəzən 10 gün, bəzən 11 gün, bəzən də 12 gün qısadır. Ay təqvimində ilin uzun il olduğunu yoxlamaq üçün ili göstərən ədədi 30-a bölmək lazımdır. Əgər qalıq 2,5,7,10,13,16,18, 21, 24, 26 və 29 ədədlərindən birinə bərabər olarsa onda təqvim iliuzun il hesab olunur. Sadə illərdə Zülhiccə ayı 29 gündən, uzun illərdə isə 30 gündən ibarətdir.
Türk ay təqvimləri
[redaktə | mənbəni redaktə et]Türk Ay təqvimi 8 illik dövrə əsaslanmışdır. Bu dövrdə 5 adi, 3 visokos il vardır. Visokos illərin daxil edilməsi elə seçilir ki, təqvim ilinin axırında Ay təqvim ilinin fərqi yarım gündən artıq olmasın. Bu o vaxt ödənilir ki, 8 illik dövrün 2-ci, 5-ci və 8-ci illəri visokos olsun.
Türk Ay təqvim ilinin 8 illik dövrdəki orta uzunluğu
orta Günəş gününə bərabərdir. Onda tapırıq ki, Ay təqvim ilinin orta uzunluğu ilə Ay astronomik ilin uzunluğunun fərqi
gün
olar. Bu fərq 126 ildə 1 günə çatır.
Maraqlıdır ki. türk dövründə Ay təqvim ilindəki günlərin sayı həftədəki günlərin sayına qalıqsız bölünür:
Bu elə daimi təqvim düzəltməyə imkan verir ki, hər 8 illik dövrdə ayın tarixi ilə həftənin günləri arasında uyğunluq alınsın. Məsələn, hər ayın başlanğıcı həftənin eyni gününə uyğun gəlsin.[1]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Tarix.info Arxivləşdirilib 2013-08-09 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ C. M. Quluzadə "Klassik Astronomiya" Bakı Universiteti nəşriyyatı, 2007.