Anaplazmoz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Anaplazmoz – anaplazmalar cinsindən olan ibtidailərin törətdiyi heyvan xəstəliyi. Törədicisi eritrositlərdə olan hüceyrədaxili qan parazitləridir. Anaplazmoz yazdapayızda hər yerdə qeydə alınır və yoluxma, əsasən, iksod gənələrinin, həşəratların (göyün, qaşqaçıbin, mığmığa, ağcaqanad) dişləməsindən, həmçinin inyeksiya və cərrahi əməliyyatlar zamanı baş verir. Anaplazmoza ən çox qaramal və davar yoluxur. İnkubasiya dövrü 4–6 həftə çəkir. Anaplazmoz kəskin və xroniki ola bilər. Kəskin Anaplazmozda titrətmə-qızdırma, əzginlik, tənəffüsün tezləşməsi, limfa düyünlərinin böyüməsi, ödemlər, zəiflik, susuzluq, sarılıq, selikli qişanın solğunluğu, süd məhsuldarlığının kəskin azalması müşahidə edilir. Xroniki Anaplazmoz üçün qanın tərkibi, mədə-bağırsaq traktı, ürək-damar sistemi, tənəffüs orqanları funksiyalarının pozulması xarakterikdir. Ölümlə nəticələnən hallar

30–40% təşkil edir. Diaqnoz qan yaxmasında anaplazmaların, yaxud qanda və digər toxumalarda anticismlərin və antigenlərin olması ilə təsdiqlənir. Müalicəsi: tetrasiklin sırasından olan antibiotiklərdir. Profilaktikası: Anaplazmoz daşıyıcıları ilə mübarizə, cərrahi əməliyyatlar və s. zamanı aseptika və antiseptikaya ciddi riayət etmə, parazitgəzdiricilərin tədqiqivaksinasiya.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 477. ISBN 978-9952-441-02-4.