Aleksandr Dubçek

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Dubçek
slovak. Alexander Dubček
bayraq
Çexoslovakiyanın 6-cı federal məclisinin sədri
18 dekabr 1989 – 25 iyun 1992
ƏvvəlkiSranislav Kokrak
SonrakıMixal Kovaç
bayraq
Çexoslovakiya KP MK-nın 2-ci birinci katibi
5 yanvar 1968 – 17 aprel 1969
ƏvvəlkiAntonin Novotnıy
SonrakıQustav Qusak
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Trençin diyarı, Slovakiya
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Praqa,  Çexoslovakiya
Vəfat səbəbi avtomobil qəzası[d][1]
Dəfn yeri
  • Slaviçe udole qəbiristanlığı[d]
Partiya Çexoslovakiya Kommunist Partiyası
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Dubçek (slovak. Alexander Dubček; 27 noyabr 1921[2][3][…]7 noyabr 1992[2][3][…], Praqa, Çexoslovakiya[4][5][…]) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birinci katibi (1968–1969). Praqa baharının rəhbəri kimi tanınır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Aleksandr Dubçekin abidəsi

1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı "Fəaliyyət proqramı"nda yeni, demokratik Çexoslovakiyanın şəraitində sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina olunurdu. 1968-ci il 21 avqustda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, MacarıstanBolqarıstan Çexoslovakiya ərazisinə təcavüz etdilər. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. Beynəlxalq ictimaiyyətin ittihamından çəkinən Sovet hökuməti Dubçeklə danışıqlar aparmağa məcbur oldu. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında saziş bağlanması ilə başa çatdı. Sovet qoşunlarının ölkədə olmasına arxalanan islahat əleyhdarları hücuma keçdilər. 1969-cu il 17 apreldə Aleksandr Dubçek Qustav Qusakla əvəz olundu.

  • Ən yeni tarix. Ümumtəhsil məktəblərinin 11-ci sinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2007. səh 88–89

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]