Abbas Kazımov (rəssam)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abbas Kazımov
Kazımov Abbas Ələsgər oğlu
Doğum tarixi 1 yanvar 1956(1956-01-01)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 2021(2021-11-08)[1] (65 yaşında)
Fəaliyyəti rəssam
Təhsili Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsi, Lenin adına Azərbaycan Pedaqoji İnstitunun bədii qrafika fakültəsi

Abbas Kazımov (1 yanvar 1956, Bakı8 noyabr 2021[1])— azərbaycanlı rəssam.

Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitunun bədii qrafika fakültəsini bitirmişdir. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvüdür. Abbas Kazımov rəngkarlıqda "xalça üslubu"-nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Arkanovun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılmışdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun fərdi sərgiləri Moskva, VaşinqtonKanadada təşkil olunmuşdur. [2], [3],[4]

  1. 1 2 Tanınmış rəssam Abbas Kazımov dünyasını dəyişib.
  2. http://m.salamnews.org/az/news/read/223050[ölü keçid]
  3. https://azertag.az/xeber/Moskvada_ressam_Abbas_Kazimovun_yubiley_sergisi_achilmisdir-518896
  4. "Arxivlənmiş surət". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.