Ağaqulu Xudaquluyev
Ağaqulu Xudaquluyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Nərimankənd, Qobustan |
Vəfat tarixi | |
Vəfat yeri | Nərimankənd, Qobustan rayonu |
Dəfn yeri | Qobustan şəhər qəbirstanlığı |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Dini | islam |
İxtisası | pulemiyotçu |
Mükafatları |
Ağaqulu Allahqulu oğlu Xudaquluyev (1917, Nərimankənd, Şamaxı qəzası – 8 noyabr 1991) — İkinci Dünya müharibəsinin iştirakçısı. Döyüşlərdə göstərdiyi şücaətə görə II və III dərəcəli "Şöhrət", Keniqsberqin və Berlinin alınmasına, Qafqazın müdafiəsinə görə və digər xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunmuş, SSRİ Baş Komandanı İosif Stalinin təşəkkür məktubunu almışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1917-ci ildə Azərbaycanın Qobustan şəhərinin (keçmiş Şamaxı rayon ərazisi) Nərimankənd kəndində anadan olmuşdur. 1938-ci ildə 7 illik məktəbi bitirmişdir.
Hərbi xidmətə 1939-cu ildə çağrılmışdır. 1939-cu ildə Sovet-Fin müharibəsində iştirak etmişdir. Məşhur Mannerheym müdafiə xəttinin alınmasında artilleriya qüvvələrinin sıralarında iştirak etmiş və fərqlənmişdir. 1940-cı ildə SSRİ Qızıl ordu sıralarından tərxis olunmuşdur.
1941-ci ilin 22 iyun tarixində İkinci Dünya müharibəsinin başlanması ilə yenidən ordu sıralarına çağırılmışdır, artilleriyaçı kimi iştirak etmişdir. İkinci Dünya müharibəsində döyüşlərə Şimali Qafqazda, Mozdokdan başlayıb. Kuban uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Almanlar 1942-ci il qış kampaniyaları zamanı Qafqazı uğrunda apardıqları döyüşlərdə dəf edildikdən sonra, Stalinqrad ətrafına çəkilmişlər. Bu ərəfədə qoşunların bir qisminin Tbilis şəhərində yenidən formalaşdırılmasına imkan yaranır.
Ağaqulu Xudaquluyev də Tbilisdə yeni formalaşdırılmış dağ artilleriya divizionunda xidmət etmək üçün təyinat alır. Yeni yaradılmış divizion dağlıq ərazilərdə döyüşlər bitdikdən sonra "Malaya Zemlya" döyüşlərində iştirak edir. Bu döyüşlərdə xüsusi təyinatlı motobotda məsuliyyətli hesab edilən pulemyotçu vəzifəsində döyüşür. Motobotlarla hücumlar zamanı düşmən projektorlarını pulemyot atəşi ilə məhv etməklə, hücum zamanı çoxlu sayda əsgər və zabitlərin həyatını təhlükə altından xilas etmişdir.Bundan əlavə döyüş meydanından külli miqdarda yaralıların Qafqazın azad olunmasında göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilir.
Qafqaz döyüşlərindən sonra Ağaqulu Xudaquluyevin döyüşdüyü divizion Keniqsberqin alınması uğrunda gedən döyüşlərə cəlb edilir.Keniqsberqin alındıqdan sonra Berlinin alınması uğrunda döyüşlərə cəlb edilir. Hər iki istiqamətdə gedən döyüşlərdə göstərdiyi şücaətə görə ("Keniqsberqin alınmasına görə" və "Berlinin alınmasına görə") medallarla təltif edilmişdir.
Faşist Almaniyasının məğlub edilməsindən sonra Berlində dislokasiya olunmuş Sovet qoşunlarının tərkibində xidmətini Almaniyada dislokasiya olunmuş, etnik azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq diviziyasının 26 nömrəli polkunda davam etdirmişdir. Ağaqulu Xudaquluyev yalnız 30 yaşına çatdıqda ordu sıralarından tərxis edilmişdir.
Mülki həyatda kolxoz və sovxozlarda müxtəlif vəzifələrdə, kolxoz sədrinin müavini vəzifəsinə işləmişdir. 1947-1949-cu illərdə kənd soveti sədri olmuşdur. 1984-cü ildə təqaüdə çıxmışdır.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Böyük Vətən müharibəsi" ordeni
- II dərəcəli "Şöhrət ordeni"
- III dərəcəli "Şöhrət ordeni"
- "Qafqazın müdafiəsinə görə" medalı
- "Keniqsberqin alınmasına görə" medalı
- "Berlinin alınmasına görə" medalı
- "Almaniya üzərində qələbəyə görə" medalı
- Baş Komandan Stalinin Təşəkkür məktubu
- "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" medalı
- "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 25 illiyi" medalı
- "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" medalı
- "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" medalı
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" medalı
- "SSRİ Sİlahlı Qüvvələrinin 70 illiyi" medalı
- "Ümumittifaq kənd təsərrüfatı Sərgisinin iştirakçısı" medalı
- "Əmək veteranı" medalı
- "Sosializm yarışının qalibi" nişanı
- "Qvardiya" nişanı
Medal və ordenlərin şəkilləri
[redaktə | mənbəni redaktə et]-
Böyük Vətən müharibəsi medalı
-
II Şöhrət ordeni
-
Keniqsberqin alınmasına görə
-
Berlinin alınmasına görə