Ənvər Arazov
Ənvər Arazov | |
---|---|
Ənvər Talış oğlu Arazov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə şəhəri, Azərbaycan SSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Sırxavənd, Ağdam rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1988-1992 |
Rütbəsi | Polkovnik |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Ənvər Talış oğlu Arazov (2 dekabr 1953, Kirovabad – 2 noyabr 1992, Sırxavənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.[1]
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2019.
- ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 36.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 2 dekabrda doğulanlar
- 1953-cü ildə doğulanlar
- 38 yaşında vəfat edənlər
- 2 noyabrda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan polkovnikləri
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Gəncədə doğulanlar
- Sırxavənddə vəfat edənlər
- Ağdamda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar