Əli Vəliyev
Əli Vəliyev | |
---|---|
Doğum tarixi | 27 fevral 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1983 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | Məsud Əlioğlu |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
|
Əli Qara oğlu Vəliyev (27 fevral 1901, Ağdü, Zəngəzur qəzası – 2 fevral 1983, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1937), Azərbaycan SSR xalq yazıçısı (1974), M.F.Axundov adına mükafat laureatı (1958).
Həyatı
[redaktə | mənbəni redaktə et]Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olmuşdur.[1] Mənşəcə kürddür.[2] 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmişdir.
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur.
1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirmişdir. 1933–1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935–1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937–1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmışdır.
1942–1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləmişdir. 1945–1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır.
1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır.
Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.[3]
Mükafatları
[redaktə | mənbəni redaktə et]1945-ci ildə "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunmuşdur. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülmüşdür.
1972-ci ildə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülmüşdür.
6 sentyabr 1974-cü ildə "Azərbaycan SSR xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.[4] 1976-cı ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq "Oktyabr inqilabı" ordeni ilə təltif olunmuşdur (26.02.1981).[5]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlamış, fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış etmişdir.
"İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilmişdir. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirmişdir.
1937–1941-ci illərdə "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilmişdir. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak etmiş, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazmışdır. 1942–1945-ci illərdə "Ərköyün", "Sovqat" kitablarını çap etdirmişdir.[6]
1945–1950-ci illərdə "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilmişdir. 1958-ci ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına mükafata layiq görülmüşdür. 1954–1959-cu illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin I cildi oxuculara təqdim olunmuşdur.
1959-cu ildə Rus dilində "Ürək dostları" romanı işıq üzü görmüşdür. 1960–1970-ci illərdə "Seçilmiş əsərləri"nin II–VI cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxmışdır.
1971-ci ildə "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxmışdır. 1972-ci ildə "Durna qatarı" oçerklər kitabı nəşr edilmişdir.
1974-cü ildə "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap etmişdir. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxmışdır. 1976-cı ildə "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977–1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Allahın səyahəti (1930)
- Nənəmin cəhrəsi (1930)
- Qarlı dağlar (1938)
- Dostlar (1939)
- Ordenli çoban (1939)
- Qəhrəman (1940)
- Sübut (1941)
- Cəbhə hekayələri (1942)
- Gülşən (1953)
- Çiçəkli (1955)
- Turaclıya gedən yol (1961)
- Anaqız (1965)
- Bir cüt ulduz (1967)
- Bir cüt tərlan (1968)
- Seçilmiş əsərləri,(6 cilddə) Bakı, Azərnəşr — 1968 (12 000 nüsxə)
- Seçilmiş əsərləri, (povest, hekayələr və romanları — 6 cilddə) Azərbaycan Dövlət Kitab Palatası 1969. — 12 000 nüsxə
- Seçilmiş əsərləri, Azərbaycan Dövlət Kitab Palatası — 1970, 12 000 nüsxə
- Gülşən və ürək dostları,(Povestlər) — Azərbaycan Dövlət Kitab Palatası, 1970
- Ürək dostları (1970)
- Samovar tüstüləri (1971)
- Durna qatarı (1972)
- Budağın xatirələri, Bakı: "Gənclik", 1974
- Zamanın ulduzları (1976)
- Narahat adam (1978)
- Oçerklər (1978)
- Ötən günlər (1981)
- Madarın dastanı (1988)
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Rejissor Vasif Məmmədzadə 2011-ci ildə "Əli Vəliyev" adlı sənədli film çəkmişdir.[7]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Əli Vəliyev — azerbaycanli.org saytı". 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
- ↑ "Azərbaycanın tarixi şəxsiyyətlərinə dair polemika". Yeni Müsavat (az.). 3 may 2013. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
- ↑ "Elbrus Şahmar, "Şəxsiyyətin əzəməti" ƏLİ VƏLİYEV — 110. — 525.az saytı". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
- ↑ Ə.Q.Vəliyev yoldaşa Azərbaycan SSR xalq yazıçısı fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 sentyabr 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ Yazıçı Ə.Q.Vəliyevin "Oktyabr inqilabı" ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 fevral 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ "Flora Xəlilzadə, "Silsilə romanlar müəllifi" — medeniyyet.az saytı". 2013-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
- ↑ Allahverdiyev, E. Əli Vəliyev barədə film: [Rejissor Vasif Məmmədzadənin Xalq yazıçısı Əli Vəliyevə həsr etdiyi "Əli Vəliyev" adlı sənədli filmi haqqında] //Ekran-efir.- 2011.- 6 may.- S. 5.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əli Vəliyev[ölü keçid] — kepeztv.az saytı
- "Əli Vəliyev haqda ANIM", "Ədalət" qəzeti.- 2011.- 30 dekabr.- Səh.5. — anl.az saytı
- Xalq yazıçısı Əli Vəliyev İctisuda.Kəlbəcər 1975-ci il — YouTube saytı
- Əli Vəliyev (film, 2011) — YouTube saytı
- KULT.AZ " XALQ YAZIÇISI ƏLI VƏLIYEV ANILACAQ Arxivləşdirilib 2013-12-19 at the Wayback Machine
- 27 fevralda doğulanlar
- 1901-ci ildə doğulanlar
- Zəngəzur qəzasında doğulanlar
- 2 fevralda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- 81 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR xalq yazıçıları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- "Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- "Qızıl qələm" mükafatı laureatları
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Zəngəzurda doğulanlar
- Azərbaycan kürdləri